Ruslan Rəsulov öz sürücüsündən 5000 manat pul alıb?! - İTTİHAM
Sosial / Dunya
Oxunub: 806
28 mar 2019 | 19:18
Ruslan Rəsulov öz sürücüsündən 5000 manat pul alıb?! - İTTİHAM















Bilərəkdən və ya bilməyərəkdən insan cinayət törədir və bu üzdən də layiq olduğu cəzanı çəkməyə başlayır. Cinayəti sübut olunandan sonra təbii ki, islah olunması üçün həbsxanalara göndərilir. Yəni, dövlət insanının tərbiyəsi və islahı üçün gərəkən addımları atır. Amma nə gizlədək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan həbsxana və təcridxanalarda heç də hər iş dövlətin qanunlarına, islah üsullarına uyğun aparılmır, bir növ adı çəkilən yerlər bazar qaydaları ilə işləyir, burdakı səlahiyyətlilər həm dustaqların, həm də onların yaxınlarının qanını sorurlar.

Dia.az Sozcu.info-ya istinadən bildirir ki, ən acınacaqlı vəziyyət isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədəki2 saylı istintaq Təcridxanasında yaşanır və sanki bura gözdən, nəzarətdən uzaq, qanunların işləmədiyi bir qrumu xatırladır.

Burda baş verənləri anlamaq, bilmək üçün də ciddi axtarışa, fakt toplamağa ehtiyac qalmır. Təcridxananın qarşısında görüşə gələnlərlə qısaca söhbət bütün məsələlərə aydınlıq gətirir. Görüşə gələnlər tərəfindən bildirilir ki, bu təcridxanada bütün işlər bazar qaydalarına uyğun icra edilir. Onları dinlədikcə təcridxanada baş verən qanunsuzluqlar adamı dəhşətə gətirir. Deyirlər ki, soyğunçuluq ilk olaraq sovqat qəbulu və görüş otağından başlayır. Belə ki, valideyin həbs edilən övladı ilə görüşmək üçün ən azından 70-150 manat arasında pul verməlidir. Bu sövdələşmə baş tutmursatəcridxana rəisi Ruslan Rəsulov və onun əməliyyat üzrə müavini həbs edilən şəxsi hər hansı bir əsasla cərimə otağına kecirirlər.

Bundan başqa gələn valideyin bir yemək sumkasını kecirmək üçün ən azından 5-20 manat verməlidir. Qanunsuzluq bununla da bitmir. Ruslan Rəsulov hər hansı bir nəzarətcini gündəlik pullu xidmətə cıxartmaq üçün ən azından 3 min manat pul alır.

Daha bir biabırçı məsələ isə Təcridxananın daxilində həbs edilmiş şəxslə normal kamera alveridir. Yəni, şəraiti nisbətən yaxşı olan kamera üçün həbs edilən şəxs ən azından 2 min manat pul verməlidir. Bütün bunlar yetməzmiş kimi hər kameradan rəis müavini Emil Ağayev və rejim rəisi Şahin Əhmədov dövlətin işiqını həbs edilən şəxslərə satır və işiq pulu yığırlar. Əgər kamerada qızdırıcı istifadə edirlərsə hər kamera ayda 200 manat da əlavə pul verməlidir.

Ümumilikdə təcridxanada 75 kamera var. Təcridxanada qalıb cəza cəkmək üçün yəni təsərrüfat xidmətində saxlanılmaları üçün hər məhkum edilən şəxs bir ilinə 2 min manat verməlidir . Əgər məhkum edilən ən azından 3 il cəza alıbsa bu 6 min manat edir. Bu biznesi isə Ruslan Rəsulovun müavini tutduğu vəzifəyə görə savadı belə olmayanEmil Ağayev reallaşdırır.

Daha bir acınacaqlı fakt isə odur ki, Ruslan Rəsulov bu yaxınlarda 10 AO 499 dövlət qeydiyyat nişanlı xidməti maşını idarə etmək üçün nəzarətcidən 5 min manat pul alıb. Halbuki, ştatda sürücü olduqda nəzarətcinin xidməti avtomobil sürməyə ixtiyarı yoxdu. Bundan başqa hər bir nəqliyyat vasitəsinə yol vərəqəsi yazılmalı oıduğu halda yazılmır, dövlətin verdiyi yanacaq nəzarətcinin şəxsi maraqları üçün istifadə olunur və nəzarətci xidməti postda olmaq əvəzinə xidməti maşın ilə yemək daşımaqla və ya digər çirkin əməllərlə məşğul olur. Çünki Ruslan Rəsulova verdiyi 5 min manatı çıxarmaq və qazanmaq üçün hər yola əl atmaq məcburiyyətindədir. Hətta nəzarətci elə fikirləşirki, dövlətin maşınınıyanacağı ilə birlikdə rəis bunun şəxsi mülkiyyətinə verib.

Bütün bunlar az imiş kimi təcridxana daxilində dələduzluq da baş alıb gedir. Məhkumlar aldadılır və onlardan küllü miqdarda pul ələb edilir. Guya məhkəmə ilə danışırlar və cəzanı minumuma endirirlər. Bu iş isə rəisin göstərişi ilə şöbə rəisi Rəşad Rəhimova həvalə edilib. Bu da açıqca dələduzluqdur və birbaşa cinayət tərkibli əməldir.

2 saylı təcridxanada hüquq təhsili olmayan rəis müavini Emil Ağayevə məhkum edilən şəxslərin şəxsi işlərini məhkəməyə hazırlaması da qanunsuzluğun bir başqa təzhürüdür. Emil Ağayevin bu işi görə bilməməsi ucbatından həmin məsələ ilə səlahiyyəti, daha doğrusu bu işə aidiyyatı olmayan təsərrüfat rəisi Elşad Abbasov məşğul olur. Beləcə bina komendantı rəis və müavini Emil Ağayevin qanunu pozması və ya bacarıqsızlığı ucbatından səlahiyyət sahibi olur və çox sayda məhkumun həyatı ilə oynayır.

Bir nəfərin təcridxanadan vaxtından əvvəl şərti buraxılması üçünRuslan Rəsulov və onun müavini ən azından 3-5 min pul alır. Həmçinin məhkumlara təyin edilən aylıq maaşı saxta etibarnamə iıə hər ay ən azından 7 min manat Emil Ağayev poct vasitəsi ilə mənimsəyir. Qeydiyyat şöbəsində 2 zabitin olmasına baxmayaraq oranın məxfi işlərini yeməkxana müdiri erməni mənşəli Fira adlı qadın aparır. Narkotik vasitə və telefon satışına rəisin ən inandığı nəzarətci Nəriman Fəttahov baxır, o bütün günü korpusda rejim olan yerə getmək səlahiyyəti olmadığı halda acıq aşkar narkotik və telefon satır.Telefon ala bilməyən həbs edilmiş şəxslər yaxınları və valideyinləri iıə danışmaları üçün dəqiqəsi 1 manatdan pul ödədikdə danışırlar. Bu işlərə də rəhbərliyi rəis müavini Emil Ağayev edir. Özü də özünə yaxın nəzarətci Elfaq Qocayevin əli ilə. Dövlət tərəfindən verilən ərzaq məhsulları elə rəis müavini Emil Ağayevin təklifi, Ruslan Rəsulovun razılığı iıə Delfin marketdə satılır. Həm sürücü, həm nəzarətçi olan Ənvərli Ənvərin vasitəsi ilə təcridxanaya ayrılan yanacağın satılması və ayda tonlarla benzinin külli miqdarda pulaçevrilib rəisin və əlaltılarının cibinə axması da düşünməyə dəyər faktdır. Xatırladaq ki,Delfin market Nizami kinoteatrin yaninda yerləşir.

Ruslan Rəsulovun oğlu Gəncədə Xan bağına bitişik hərbi hissədə guya xidmət keçir. Söz yox ki, təcridxana ilə hərbi hissə qonşudu və əsgər hər an atasının qayğısını görür, himayəsi altında olur. O, istədiyi saatda evinə gəlib gedə bilir. Maraqlı fikir ortaya çıxır. Ölkənin birinci şəxsinin oğlu qanuni xidmət edir, ancaq türmə rəisinin oğlu parkın başındakı hərbi hissədə kef edir, bütün günü evdə, şəhərdə istədiyi kimi əylənir.

KİV haqqında qanunun tələbinə uyğun məsələ ilə bağlı qarşı tərəfin fikrini də öyrəndik. 2 saylı təcridxananın rəisi Ruslan Rəsulov yazıda göstərilənlərə münasibət olaraq bidirdi ki, bunların hamısı yalandır. Heç bir fakt reallığa söykənmir.

Söz slahiyyət sahiblərinindir. Təbii ki, kimin haqqlı olduğunu onlar müəyyən edə bilər.

P.S. Bizə təqdim olunan digər faktlarla bağlı araşdırmalarımız isə davam edir.
Bu gün, 09:26
Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb - FOTO
Bu gün, 09:20
Rusiyada terror aktının qarşısı alınıb
Bu gün, 09:00
“Qarabağ” çempion!
Dünən, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Dünən, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Dünən, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Dünən, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Dünən, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Dünən, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Dünən, 10:46
Juninyo Fransa klubunda?
Dünən, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Dünən, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Dünən, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Dünən, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Dünən, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Dünən, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Dünən, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Dünən, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28-03-2024, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
28-03-2024, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
28-03-2024, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
28-03-2024, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
28-03-2024, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
28-03-2024, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
28-03-2024, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
28-03-2024, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
28-03-2024, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri