Bəybala Hüseynovun “200 min dollarlıq yalanı” - QALMAQAL
Sosial / Dunya
Oxunub: 954
28 mar 2019 | 21:53
Bəybala Hüseynovun “200 min dollarlıq yalanı” - QALMAQAL















Ölkədə baş verən son proseslər, Prezidentin başlatdığı inqilabi islahatlar paketi çoxlarının yuxusuna haram qatıb. “Ah necə kef çəkməli əyyam idi” xülyası ilə yaşayan, tutduğu vəzifədə əslində özfəaliyyətlə məşğul olan, dövlət maraqlarını şəxsi maraqlarına qurban verənlər üçün çətin dönəm başlayıb. Rəhbərlik etdiyi sahəyə “yağlı toçka” gözüylə baxan məmurlar islahatlarla barışmaq istəmir, tezliklə öz keçmişlərinin gələcəklərinə balta çalacağını bildikləri üçün təlaşlanır, son çabalarını sərf edirlər. Təbii ki, sınanmış vasitələr işə düşür-iftiralar, böhtanlar at oynadır...

Hakimiyyətdə hələ də mühüm mövqelərini qoruyan bəziləri diqqətləri öz üzərlərindən yayındırmaq üçün komandanın layiqli üzvlərinə hücumlar təşkil edir, mətbuatda sifarişli “qara piar” kompaniyası aparırlar. Xüsusilə son dövrlərdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev haqqında xüsusi canfəşanlıqla təşkil edilən belə “qara piar” kompaniyasında yeni-yeni “kompramatlar” üzə çıxır. Görünür Əli müəllimin təmsil etdiyi qurumun adındakı ifadədən qorxan, bir gün orada keçmişinə görə sorğu-sual oluna biləcəyini düşünənlər zamanı qabaqlamaq, hadisələrin axarını dəyişmək arzusuna düşüblər. Nədənsə əzilən, haqqı tapdalanan qismində meydana çıxan belə “həqiqət carçıları” müxtəlif media vasitələrində hətta ən iyrənc vasitələrdən, mənəviyyata xas olmayan üsullardan istifadə etməklə Ə.Nağıyev barəsində iftiralar səsləndirirlər. Son günlər KİV-lərin belə “kövrək” qəhrəmanlarından birinə çevrilən Badamdar bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynov özünü “qurban” qismində təqdim etməklə əslində daha böyük güclərin çirkin maraqlarının “qurbanlığı” olduğunu sərgiləyir. Hətta məqsəd o qədər çirkindir ki, B. Hüseynov böhtanlara vəfat etmiş oğlunu da alət etməkdən çəkinmir, onun faciəsi üzərindən şou düzəldir. B.Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş əməkdaşı olan öğlu Emin Hüseynovun Türkiyədə vəfat etməsini dövləti cinayət səviyyəsinə qaldırır, hətta bunun az qala dövlətlərarası gərginliyə səbəb ola biləcəyini iddia edir. Övladını itirmiş ata kimi onun faciəsinə, dərdinə şərik oluruq, amma bundan hansısa məqsədlər naminə istifadə edilməsi başa düşülən deyil. B.Hüseynov oğlunu işə qəbul etdirmək üçün guya yüksək məbləğdə (200 min dollar) rüşvət verdiyini iddia edir, həmin pulu “qohum-əqrabadan” toplayaraq düzəltdiyini bildirir. Lakin, xoruzun quyruğu ittihamın başqa qismində üzə çıxır. Belə ki, iddia edilir ki, guya Ə.Nağıyev B.Hüseynova deyib ki, “Badamdardakı boş torpaq sahələrini al bizə ver”. Bəlkə də bu məqama xüsusi diqqət ayırmağa ehtiyac duyulmazdı. Amma nəzərə alsaq ki, B.Hüseynov Badamdar bələdiyyəssinin sədri vəzifəsində çalışıb, onda Badamdarın “boş torpaq sahələri” məsələsinə bir az diqqət yetirməyə ehtiyac yaranır.

Xatırladaq ki, Badamdar bələdiyyəsi paytaxtın ən varlı və ən gəlirli bələdiyyələrindən biri hesab olunur. Hüseynov Bəybala Qaraş oğlunun Badamdar bələdiyyəsinin sədri olduğu dövrdə bələdiyyə əmlakının qanunsuz istifadə olunması, qanunsuz alqı-satqısının həyata keçirilməsi, mülkiyyətin alqı-satqı prosesində onun düzgün qiymətləndirilməməsi nəticəsində bələdiyyə büdcəsinə külli miqdarda ziyan vurulub. Eyni zamanda onun sədrliyi dövründə Badamdar ərazisində “açıq bazar “ prinsipi hökm sürüb, bələdiyyənin torpaqları eninə-uzununa satışa çıxarılıb. Oğlunu işə düzəltmək üçün pulu “qohum-əqrabadan” toplayan B.Hüseynov bu yolla milyonlara sahib olub, çoxsaylı obyektlər ələ keçirib.
Qısa araşdırma aparmaqla əldə etdiyimiz məlumata görə, bələdiyyə sədri olduğu dönəmdə Bəybala Hüseynov torpaqların vətəndaşlar tərəfindən zəbt olunduğunu əsas gətirərək, bu torpaqları alqı-satqı qaydasında müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan sənədləşdirib. Bir çox hallarda elektrik xətləri, o cümlədən mühafizə zolaqları altında olan torpaqları alqı-satqı yolu ilə artıq rəsmiləşdirilib. Və maraq doğuran hal odur ki, bu torpaqlar bələdiyyənin cizgi əsasında mülkiyyətinə verilən torpaqlardan xeyli aralıdadır. Birinci, ikinci və üçüncü yaşayış massivlərində onlarca belə torpaq sahələri var ki, onlar bələdiyyəyə aid olmadığı halda zamanında B.Hüseynov özbaşına olaraq bu torpaqların alqı-satqısını aparıb.
Həmçinin B.Hüseynovun çoxmərtəbəli yaşayış binalarının mühafizə zonalarında qanunsuz olaraq qarajların və fərdi evlərin tikintisinə də icazə verdiyini deyilənlərə əlavə etsək, onda zamanında Badamdar bələdiyyəsində hansı səviyyədə mənimsəmə hallarının olduğunu təsəvvür etmək olar. Göründüyü kimi, Badamdar bələdiyyəsində “boş torpaq” əməliyyatını zamanında “uğurla gerçəkləşdirən”, hər qarış torpağa gəlir mənbəyi kimi baxan B.Hüseynov bu gün paxırının açılacağından qorxaraq öz cinayətlərinə ortaq axtarır. Həm də bunun üçün elə bir hədəf seçir ki, plan baş tutarsa əməllərini tamamilə pərdələyə bilsin.
Maraqlıdır ki, 200 min dolları toplamaq üçün bütün qohum-əqrəbanı səfərbər etdiyini söyləyən B.Hüseynovun tək Badamdar ərazisində şadlıq evlərinin, mərasim zallarının, dəyəri çox böyük məbləğlərlə hesablanan torpaq sahələrinin olduğu bildirilir. Onlardan biri əvvəllər "İbrahim" şadlıq evi kimi, indi mərasim zalı kimi fəaliyyət göstərir, o da uşaq bağçasının üstündə inşa edilib. Digəri isə "Bəyoğlu" şadlıq sarayıdır. Adıçəkilən şadlıq evi Badamdar qəsəbəsində düz yol kənarında yerləşir və çox böyük ərazini əhatə edir. Ümumiyyətlə, Badamdarda “Bəybalanın obyektləri” kimi tanınan çoxsaylı belə tikililər mövcuddur. Lakin həmin obyektlərin əksəriyyəti Bəybalaya 200 min dolları toplamaqda köməklik edən qohumlarının adına rəsmiləşdirilib. Həmçinin B.Hüseynovun Badamdarda bir neçə yaşayış kompleksi inşa etdirdiyi də bildirilir. Göründüyü kimi, onun sədrliyi dövrü necə də “zəngin xatirələrlə” doludur. Belə “zəngin iş təcrübəsinə” malik olan birisinin bu gün özünü hüquqları tapdalanan, zavallı qismində qələmə verməsi, heç bir əxlaqi dəyərə sığmadan övladının faciəsi üzərindən şou qurması anlaşılan deyil. Hansı maraqlara qulluq etdiyini bəlkə də düz-əməlli bilməyən B. Hüseynovun dövlətə sədaqətlə xidmət edən, onun kimilərin əməllərini ifşa etməklə qarşılarına sədd çəkən Ə.Nağıyevi hədəf seçməsi isə bumeranq effekti yaradır. Öz faciəsi üzərində şou düzəltməyin, böhtan atmağın başqa bir faciə olduğunu dərk etməmək isə....Nə isə !
Rubrika.Az
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi