"Tac Mahal" MTK rəhbərliyinə qarşı çirkin kompaniya aparanlar kimlərdir - CAVAB
Sosial
Oxunub: 1 083
29 mar 2019 | 13:27
"Tac Mahal" MTK rəhbərliyinə qarşı çirkin kompaniya aparanlar kimlərdir - CAVAB















Ölkənin tanınmış tikinti şirkətlərindən biri hesab "Tac Mahal" MTK paytaxtın müxtəlif istiqamətlərində müasir yaşayış komplekslərinin tikintisini aparır. Mövcud olduğu bir neçə il ərzində müştərilərin etibarını qazana bilmiş azsaylı tikinti şirkətlərindəndir ki, burada əsas meyar keyfiyyətdir.

Qeyd edək ki, "Tac Mahal" MTK mənzillərin tikintisində istifadə edilən armatur Rusiyanın Çelyabinsk vilayətindəki zavodun məhsuludur.Zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı, yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” markalı betondan istifadə edilib. Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə edilən qəliblər Almaniyanın Avropada lider sayılan “Peri” şirkətinə aiddir. Mənzillərin qışda isti, yayda sərin olması üçün binalar daş yunu materialı ilə izolyasiya edilib. Binadakı sərnişin və yük liftləri xaricdə istehsal olunubdur.Mənzillər isə geniş və rahatdır.

Görülmüş işlərin üstünə kölgə salmaq istəyənlər

Yüksək keyfiyyətlə inşa olunan və təmir edilən binada mənzil sahibi olmaq bəzən elə də çətin olmur. .Şirkət müştərilərin qayğılarını azaltmaq məqsədilə mənzilləri bütün kommunal xidmətlərlə təmin olunmuş şəkildə təhvil verir.

Lakin görülmüş işlərin üstünə kölgə salmaq istəyənlər tapılır.

İntertv.az bildirir ki, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.

Yalan və böhtana görə də qanunda sərt cəza var

Gələk "Tac Mahal" MTK-dan edilən şikayətlərin məğzinə. Bir qrup şəxs adından mediaya və diğər instansiyalara edilən “şikayət”lərdə deyilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən inşa edilən yaşayış bunasının sakinlərinin mülkiyyət hüququ pozulur. Guya vətəndaşlar çıxarış olmadığı üçün mənzili addan-ada keçirəndə şirkət rəhbərliyi 10 min manat tələb edir.

Əvvala Bakıda çıxarış problemi olan 400-dən çox bina var. Yəni sahibkar ərazini alıb, şəhərsalma qaydalarına əməl etməklə, 40-dan yuxarı instansiyanın yoxlamasından keçməklə bina inşa edib. Ancaq çıxarış almaq çətinə düşüb. Bu da hər hansı bir şirkətin deyil, ümumi ölkə problemidir.

Cənab prezident artıq bu problemi nəzarətə götürüb. Və göstəriş verib ki,əlaqədar orqanlar bu problemi aradan qaldırsnlar. Həm sahibkarların çiynindən yük götürülsün, həm vətəndaşlar mülklərinin sənədləşdirsin.

İndi qlobal bir bir problemi tək "Tac Mahal" MTK-nın üstünə qoymaq vicdansızlıqdı.

Qaldı 10 min rüşvət məsələsinə. 10 min böyük puldur. Bu pula Bakı ətrafında birotaqlı həyət evi də almaq olar. Kim bu miqdarda pulu mənzili addan-ada keçirmək üçün verər? Yaxud kim də tələb edə bilər? Axı bu cinayət işidir. Yalan və böhtana görə də qanunda sərt cəza var. Mediaya yalan məlumat verənlər bunu bilməlidir.

Yazırlar ki, "Tac Mahal" MTK - nın rəhbəri Vilayət Talıblının qoçu dəstəsi var, guya sakinlərin qarşısını kəsib hədə-qorxu gəlirlər və sair.

Cənablar, indi 1993-cü il deyil, cəbhə hakimiyyəti dövrü deyil ki, hərənin bir dəstəsi, silahlı qruplaşması olsun. Azərbaycan hüquqi dövlətdir –Daxili İşlər Nazirliyi, Prokurorluğu, DTX-sı var. Yalanin, şərin də bir həddi var. Kim bu yazdığınıza inanar.

Guya dayanacaqda taksi şirkəti fəaliyyətdədi, komendat kimi tanınan Quliyev Xeyrulla Ağahüseyn oğlu liftə minməyə adam qoymur.

Sonra da yazırlar ki, lift umumiyyətlə işləmir. Yəni yazılanlarda belə uyğunluq yoxdu.

Hələ iddia edirlər ki, bina ümumiyyətlə çökmək üzrədi. Buna gülməmək olmur. Bu sətirlərin müəllifi kimdirsə yalanın zirvəsini fəth edib. Özünü FHN-də mütəxəssis zənn edir.

Əslində bu dırnaqarası şikayət müəllifləri kimdir? Bunlar bir zaman "Tac Mahal" MTK – nın işçiləri olmuş Cavadov Ağalar (komentdant), Hacızadə Əlimürsəl və Qələndərov Elçindir. Hansılar ki, işlədikləri vaxt məsuliyyətsizlik ediblər, şirkətin qoyduğu tələblərə riayət etməyiblər və işdən qovulublar. İndi bu şəxslər bəzi sakinləri ələ alaraq çirkin kompaniyalarına qoşublar.

Yenə qeyd edək ki, yalan və böhtana görə Azərbaycan Respublikasıə CM-də müvafiq madələr var. Bir şirkətə və onun rəhbərliyinə böhtan atmağın, onun işgüzar nüfuzuna zərbə vurmağın hüquqi cavabdehliyi var.

Missiyamız - həyata keçirdiyimiz layihələr ilə müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldırmaqdır

İntertv.az olaraq "Tac Mahal" MTK - nın rəhbəri Vilayət Talıblıdan gələcək planları haqda soruşduq. Şirkət rəhbəri bildirdi ki, "Tac Mahal" MTK adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb. Bu gün "Tac Mahal" MTK ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir. İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan "Tac Mahal" MTK üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir. Müasir təcrübəyə və texnologiyaya yiyələnmiş şirkətimiz müştəri ehtiyyaclarını vaxtında ödəmək üçün dayanmadan çalışmaqdadır. Biz müştərilərimizin ən qısa zamanda evlərinə yerləşmələrini təmin etmək üçün dayanmadan işləyir və bizə olan etimadı doğrultmağa çalışırıq. Həyati ehtiyyacların ən xırda məqamlarına diqqət yetirmək və daima yeniliklərə imza "Tac Mahal" MTK -nın əsas iş prinsipidir. Şirkətimiz fəaliyyəti boyu öz mükəmməl komanda ruhu ilə yüzlərlə ailəyə gözəl yaşayış təqdim etmək üçün onların xəyallarındakı evləri inşa etməyə davam edir. Missiyamız - həyata keçirdiyimiz layihələr ilə müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldırmaq, onların vaxtına və hüquqlarına hörmətlə yanaşaraq dostluq münasibətləri yaratmaqdır. Tamamlanmış və davam edən layihələrimiz gördüyümüz yüksək səviyyəli işin nümunəsidir.

İntertv.az olaraq şirkətə gələcək işlərində uğur diləyirik.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...