3-04-2019, 12:55 Oxunub: 316

Əlillərə qulluq edənlərin Prezident təqaüdü necə veriləcək? – Nazirlik AYDINLIQ GƏTİRDİ

Əlillərə qulluq edənlərin Prezident təqaüdü necə veriləcək? – Nazirlik AYDINLIQ GƏTİRDİ














Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.

Sərəncama əsasən, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Bəs bu təqaüdlərin ödənişi necə aparılacaq və təyin olunması üçün hansı sənədlər tələb ediləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Minval.info-ya bildirlib ki, hazırda bununla bağlı müvafiq icra mexanizmi hazırlanır.

“Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.

I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir”.
Apreldən bu şəxslər Prezident təqaüdü alacaq Apreldən bu şəxslər Prezident təqaüdü alacaq Sosial Azərbaycanda mart ayı üzrə bütün sosial müavinət və təqaüdlər ödənilib Azərbaycanda mart ayı üzrə bütün sosial müavinət və təqaüdlər ödənilib Sosial Gələn aydan bu müavinətlər 80 faizə yaxın artırılacaq Gələn aydan bu müavinətlər 80 faizə yaxın artırılacaq Sosial Bu şəxslər ayda 400 manat alacaqlar – Nazirdən AÇIQLAMA Bu şəxslər ayda 400 manat alacaqlar – Nazirdən AÇIQLAMA Sosial Prezident sosial müavinətləri artırdı – SƏRƏNCAM Prezident sosial müavinətləri artırdı – SƏRƏNCAM Sosial
XƏBƏR LENTİ
22:18 | Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO 21:50 |  Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf... 21:21 | Müsavatda saxta sənəd qalmaqalı: - Partiya rəhbərliyi bir-birini sərt ittiham etdi 20:46 | “Azəriqaz”da kadr dəyişikliyi olub - ATV-nin əməkdaşına vəzifə verildi 20:17 | Bazarda bu məhsulların qiyməti niyə düşmür? - SƏBƏB AÇIQLANDI 19:43 | “İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur” - Lerikin iki kəndi Prezidentdən kömək istədi 19:19 | Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası - Binəqədi Məhkəməsinin arxivindən sənədlər oğurlanıb? 18:48 | Sumqayıtda Muğam Mərkəzinin tikintisi üçün hər müəllimdən 50 manat pul yığılır... - İTTİHAM 18:20 | BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var" 17:55 | "Xarici İşlər Nazirliyi nə işlə məşğuldur" ? - Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi (VİDEO) 17:18 | Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - RƏSMİ AÇIQLAMA 16:45 | Fizuli Məmmədov: ”RAİ növbəti erməni təxribatının qarşısını aldı” 16:16 | İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı... 15:48 | Bu dəfə milyonluq üzük oğurlandı – Gülnarə polisə müraciət etdi 15:17 | İcra başçısı birinci müavini vəzifədən azad etdi