Əsabil Qasımovun Avropaya uzanan imperiyası... - ŞOK SİYAHI
Sosial / Dunya
Oxunub: 1 067
13 apr 2019 | 17:10
Əsabil Qasımovun Avropaya uzanan imperiyası... - ŞOK SİYAHI














Avropada yaşayan araşdrımaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin deputatı Əsabil Qasımovun Azərbaycanın sərhədlərini aşaraq Rusiya, Ukrayna və Qazaxıstana qədər uzanan biznes imperiyası ilə bağlı araşdırma aparıb.

Jurnalistin iddia edir ki, Azərbaycana taxıl idxalı ilə məşğul olan əsas şirkətlər - “Karat Holding” MMC, “Gəncə Dəyirman” MMC, “Karmen” MMC, “Aveta” MMC və “Fatoğlu” MMC İmişli rayonundan Milli Məclisə deputat seçilmiş Əsabil Qasımovu nəzarətindədir və mətbuat onu əbəs yerə "Un kralı” adlandırmır. Yəni, ölkədə taxılın və unun qiymətini Əsabil Qasımov müəyyənləşdirir və onun əli Azərbaycana əsas taxıl ixracatçıları olan Rusiyanın, Qazaxıstanın, Ukraynanın taxıl zəmilərinə qədər uzanır. Həm də bu ölkələrdəki şəbəkələşmiş şirkətlər vasitəsilə…

Reyting.az C. Həsənlinin araşdırmasını və ilk olaraq şirkətlərin siyahısını təqdim edir:

1. “YUTAS” ( ООО "ЮТАС") MMC

Məhdud Məsuliyyətli Cəmiyyət 21 avqust 2009-cu ildə Stavropol Federal Vergi Xidmətinin 12 saylı müfəttişliyində qeydiyyatdan keçib.
Dövlət qeydiyyat nömrəsi: 1092635009807.

Qeydiyyat ünvanı: Stavropol şəhəri Kolomıytseva 68.

“YUTAS”-ın əsas fəaliyyəti Rusiyadan Azərbaycana taxıl, toxumluq buğda və heyvan yemlərinin ixracı olub. Şirkət bundan əlavə yol çəkilişi, tikinti materialları istehsalı da daxil olmaqla daha 5 istiqamətdə fəaliyyət göstərib.

Nizamnamə kapitalı 10 min rubl olan şirkətin 50 faizinə sahib olmaqla əsas payçısı deputatın İsveçrədə xizək sürərkən faciəli şəkildə həlak olan mərhum oğlu Elçin Qasımov olub.

Şirkətə 25 faiz paya malik olan Rusiya vətəndaşı Yuri Nikolayeviç Qaqarin direktorluq edib. Digər 25 faiz payçı isə Sergey Solovyov adlı Rusiya vətəndaşı olub.

“YUTAS” MMC 21 mart 2016-cı ildə fəaliyyətini dayandırıb.

2. "PODOLSK UN FABRİKİ” MMC (ООО "ПОДОЛЬСК?Й МУКОМОЛЬНЫЙ ЗАВОД")Əsabil Qasımovun Avropaya uzanan imperiyası... - ŞOK SİYAHI









2 oktyabr 2013-cü ildə 10 min rubl nizamnamə kapitalı ilə Rusiyanın Moskva vilayətində qeydiyyatdan keçib və 1135074014130 saylı lisenziya alıb. Şirkət Əsabil Qasımovun oğlu mərhum Elçin Qasımovun adına rəsmiləşdirilib.

Hüquqi ünvanı: 142116, Moskva vilayəti, Podolsk şəhəri, Lobaçeva küç. 24.

2017-ci il üzrə vergi bəyannaməsinə görə illik gəliri 750 812 000 руб. (11.616.975 dollar), illik xərcləri 745 188 000 руб (11.529.011 dollar) təşkil edib. 100-ə yaxın işçisi var. İcraçı direktoru Abbasov Tacəddin Bəhram oğludur.

"Podolsk un fabriki" MMC - Moskva regionunun un istehsalçısı olan ən böyük müəssisələrindən biridir. Emalın həcmi ildə 75 min tondan artıqdır, un istehsalı isə 55 min tondan çoxdur. Fabrik Moskva vilayətinin cənubunda, Podolsk şəhərində, Moskvadan 15 km. məsafədə yerləşir. "Podolsk un fabriki" MMC-nin əsas fəaliyyəti un və dənli məhsulların istehsalına, taxılın topdan satışı üzrə agent fəaliyyətinə, emal olunmamış tütün, toxum və heyvan yemlərinin topdan satışına yönəlib.

3. “RUSAGRO” MMC (ООО "Русагро")

Bu şirkət də Stavropol diyarında yerləşir, 23 sentyabr 2011-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 8 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min rubldur. Şirkətin 99 faizi (9900 rubl kapital payı) Əsabil Qasımovun yaxın qohumu İntiqam Alış oğlu Umudovun, 1 faizi isə deputatın mərhum oğlu Elçin Qasımovun adına rəsmiləşdirilib.

Rəsmi dövlət qeydiyyat nömrəsi: 1112651027390.

Hüquqi ünvanı: Nevinnomıssk şəhəri, Lazo küçəsi 1.

İcraçı direktor: Tacəddin Abbasovdur.

Əsas fəaliyyət sahəsi: un və taxıl sənayesi məhsulları, nişasta və nişasta tərkibli məhsulların istehsalı.

Maliyyə hesabatlarına görə 2017-ci ildə gəlir: 112 milyon rubl, mənfəət: 1,6 milyon rubl təşkil edib.Əsabil Qasımovun Avropaya uzanan imperiyası... - ŞOK SİYAHI










4. “STAV-AZ” MMC (ООО "СТАВ-АЗ")

07 sentyabr 2016-cı ildə Stavropol diyarında qeydiyyatdan keçirilmiş bu şirkət 16 fevral 2018-cı ildə ləğv olunub. Nizamnamə kapitalı 10 min rubl olmaqla şirkət payının 70 faizi deputatın qohumu Umudov İntiqamın, qalan 30 faizi Rusiya vətəndaşı Belyayeva Feodora Spridonovnanın adına olub. Stavropol şəhəri Paralellnıy 1 keçidi, ev 8, ofis 410 ünvanında fəaliyyət göstərib.

Azərbaycana bu şirkət üzərindən taxıl və un idxal olunub.Əsabil Qasımovun Avropaya uzanan imperiyası... - ŞOK SİYAHI












5. “AQROS” MMC (ООО «АгрОС»)

Stavropol diyarındakı bu şirkət 3 sentyabr 2008-ci ildən fəaliyyətdədir.

Lisenziya nömrəsi: 1082628002049, nizamnamə kapitalı 10 min rubldur.

Şirkətin təsisçisi 100 faizlik payla “KARAT HOLDİNQ”-dir. Rusiyadan taxılın topdan satışını, daha doğrusu, Azərbaycana idxalını həyata keçirən əsas şirkətlərdən biridir. Kirovsk rayonu, Komsomolets qəsəbəsi, Oktyabrsk küçəsi 45 ünvanında yerləşir.

Şirkət Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib. İcraçı direktoru Oksana Petrovna Krujalovadır. 2017-ci il maliyyə sənədlərinə görə illik dövriyyə 994 milyon rubl (15.384.880 dollar), gəlirləri 2 166 264 000 rubl, xərcləri 2 145 609 000 rubl təşkil edib. Volqa çayının sol və sağ sahilində, Nijni Novqorod rayonunun Kstovski rayonunun ərazisində 1000 hektarlıq taxıl zəmiləri var. Şirkət təkçə taxılçılıqla deyil, eyni zamanda maldarlıqla da məşğuldur, böyük ferması var.

6. “EKSPO” MMC (ООО "Экспо")

17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.

Dövlət qeydiyyat nömrəsi: 1172651003040.

Qeydiyyat ünvanı: Stavropol diyarı, Zelenikumsk şəhəri, Sovetski rayonu, Pervomayskaya 120 b.

Təsisçiləri: “Karmen” MMC (8 000 rubl və ya 80%) və “Aqros” MMC (ООО "АГРОС", 2 000 rubl və ya 20%). Əsas fəaliyyət sahəsi taxılın topdan ticarətidir.

İcraçı direktoru Astaşov Vasili Vladimiroviçdir.

2017-ci il vergi sənədlərinə görə gəlirləri 757 595 000,00 rubl (11.753.103), xərcləri 744 568 000,00 rubl təşkil edib.

7. “AQROMAN” MMC (ОБЩЕСТВО С ОГРАН?ЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АГРОМАН")

Bu şirkət 2010-cu ilin 30 noyabrında Rusiya Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə 46 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib. Dövlət qeydiyyat nömrəsi: 1106195009348, nizamnamə kapitalı 10 min rubl, təsisçisi 100% payla Qasımov Əyyub Qarakişi oğludur. Ərzaq məhsullarının, içki və tütün məhsullarının topdan ticarəti ilə məşğuldur.

İcraçı direktoru Mirzəzadə Rəfael Şamil oğludur.

8. "Karat” kiçik müəssisəsi (МАЛЕ ПІДПР?ЄМСТВО ''КАРАТ'' )

Bu, Əsabil Qasımovun Ukraynada ilk şirkətidir. Haqqında ətraflı məlumat yoxdur.

9. ATLANTA TRADİNG COMPANY (ТОВ АТЛАНТА ТРЕЙД?НГ КО)

Ukraynada fəaliyyətdə olan bu şirkət ərzaq məhsullarının, o cümlədən balıq və digər molyusklarının topdan satışını həyata keçirir. Atlanta Trading Company 2017-ci ildə Əsabil Qasımovun Ukraynada qeydiyyatdan keçmiş "Karat” kiçik müəssisəsinin və bu ölkədə yaşayan Vüqar Əliağa oğlu Abdullayevin şərikliyi əsasında yaradılıb, nizamnamə kapitalı 38 742 qrivna, qeydiyyat nömrəsi 23307209-dur.

Hüquqi ünvanı: РІВНЕНСЬКА область, місто РІВНЕ, вулиця КУРЧАТОВА, будинок 18-В.

Şirkətin 55 faizlik hissəsi "Karat”a aiddir. Eynu zamanda şirkətin nizamnaməsinə görə benefisiar mülkiyyətçi hüququ, yəni şirkətin müqavilələrinə, pul vəsaitlərinə və əmlakına bilavasitə nəzarət də Bakı şəhəri, Azadlıq prospektində qeydiyyatda olan Əsabil Qasımova aiddir.

10. "ДЖАРКУЛЬСК?Й ЭЛЕВАТОР”

Əsabil Qasımovun şirkətlərinin, ailə üzvlərinin və yaxın qohumlarının səhmdarı olduğu Qazaxıstandakı "ДЖАРКУЛЬСК?Й ЭЛЕВАТОР” (qazaxca "ДЖАРКУЛЬСК?Й ЭЛЕВАТОР” АКЦ?ОНЕРЛІК ҚОҒАМЫ) taxıl kombinatını da siyahıya daxil etsək az qala Avrasiya coğrafiyası boyu böyük bir şəbəkə göz önünə gəlir. Bu, Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Səhmləri 2014-cü ildə deputatın şirkətləri və qohumları tərəfindən alınan səhmdar cəmiyyətin aktivləri 15 miyon 740 min avro təşkil edir.

11. “KOSMOS MMC” (ООО "КОСМОС")

10 min rubl nizamnamə kapitalı ilə 16 dekabr 2007-ci ci ildən fəaliyyətdə olan “Kosmos” MMC (dövlət qeydiyyat nömrəsi 1072628001797) Əsabil Qasımovun qardaşı Qasımov Vüqar Qarakişi oğlunun (77%) və qohumu Umudov İntiqamın adına qeydiyyatdan keçirilib. Şirkətin icraçı direktoru Muradov Nizamxan Abdulla oğludur. Kislovodsk şəhəri, Pobeda küçəsi 20-25 ünvanında yerləşir. İnşaat sahəsində fəaliyyət göstərir.

12. “İSTOÇNİK SANATORİYASI” MMC (ООО "САНАТОР?Й ?СТОЧН?К")

Deputat Rusiyada təkcə "taxıl imperiyası” yaratmaqla kifayətlənməyib, turizm sektoruna da on milyonlar yönəldib. Yessentuki, Kislovodsk və Jeleznovodskda böyük sanatoriyalara sahiblik edir.

İstoçnik sanatoriyası Yessentukda Semaşko küçəsi 6-8 ünvanında yerləşir.

Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 11 saylı vergi müfəttişliyində qeydiyyatdan (qeydiyyat nömrəsi: 1062650001347) keçib. Təsisçilik hüququ 100 faiz payla birbaşa Əsabil Qasımovun özünə aiddir.

İcraçı direktoru İrina Matviets Vladimirovnadır.

Nizamnamə kapitalı 10 min rubl, buraya çəkilən xərclər isə on milyonlarla hesablanır. Məsələ burasındadır ki, bu sanatoriya çəkilən xərclərin qarşılığında qeyri-rentabellidir və onun saxlanılması əlavə xərclər tələb edir. Məsələn, 2016-cı maliyyə ilində şirkətin xərcləri gəlirlərindən 180 milyon 401 min rubl artıq olub. Sanatoriyanın nə az-nə çox 326 işçisi var.

Əsabil Qasımov bu sanatoriya ilə bağlı ötən il Rusiyada futbol üzrə keçirilən dünya çempionatı zamanı ciddi qalmaqalla da üzləşmişdi. Belə ki, FİFA-nın partnyor firması "Match Accommodation 2018" nigeriyalı futbolçulara görə sanatoriyaya ödəməli olduğu 3.5 milyon rublu verməkdən imtina etmişdi.Əsabil Qasımovun Avropaya uzanan imperiyası... - ŞOK SİYAHI














13. "SANATORİY İSTOÇNİK KİSLOVODSK” MMC (ООО "САНАТОР?Й ?СТОЧН?К К?СЛОВОДСК")

Əsabil Qasımovun Kislovodskdakı bu şirkəti (qeydiyyat nömrəsi: 1172651006880) 30 mart 2017-ci ildən fəaliyyətdədir. Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir və burada nəhəng sanatoriya kompleksinin tikintisi gedir. Nizamnamə kapitalı 10 min rubl təşkil edir.

Təsisçilər: Əsabil Qasımovun oğlu Taleh Qasımov (50%), "Sanatoriy İstoçnik” MMC ("20%) və Karat Holdinqdir (30%).

14. “SANATORİY İSTOÇNİK JELEZNOVODSK” MMC (ООО "САНАТОР?Й ?СТОЧН?К ЖЕЛЕЗНОВОДСК")

Bu şirkət (qeydiyyat nömrəsi: 1172651019551) vasitəsilə Əsabil Qasımov Rusiyada özünün ən böyük layihələrindən birini gerçəkləşdirir. Söhbət Jeleznovodskinin mərkəzində 400 yerlik yeni sanatoriya kompleksinin tikinrisindən gedir. Əsabil Qasımovun Avropaya uzanan imperiyası... - ŞOK SİYAHI












Kompleksin tikintisinə cənab deputatımız nə az-nə çox 2 milyard rubl (35 milyon dollar) ayırıb. Kompleksin gələn il başa çatdırılması nəzərdə tutulur. Müasir tibbi texnika ilə təhciz olunacaq sanatoriyanın tikintisi Rusiyanın siyasi rəhbərliyinin xüsusi diqqətindədir. Şirkətin təsisçiləri deputatın öz adına olan “Sanatoriya İstoçnik Yessentuki” MMC (20%) və Əsabil Qasımovun mərhum oğlu Elçin Qasımov (50%) və deputatın Azərbaycandakı "MARINE PLAZA" MMC-ci (30%) olub.

Şirkət 1 sentyabr 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 9 saylı vergi müfəttişliyində qeydiyyatdan (qeydiyyat nömrəsi: 1172651019551) keçib.

Hüquqi ünvanı: Jeleznovodsk şəhəri, Lenin küçəsi 22-dir.

Xatırladım ki, Bakıdaki iki ədəd 18 mərtəbəli oteli idarə edən "MARINE PLAZA" MMC 21 dekabr 2014-cü ildə 1400456451 saylı qeydiyyat şəhadətnaməsi alaraq Bakı şəhəri Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçib. Deputatın Azərbaycandakı şirkətləri haqqında geniş yazmağa lüzum görmürəm.

Bu barədə artıq bilənlər bilir, bilməyənləri üçün xatırladıram ki, təkcə “Karat Holdinq”in tərkibinə adları bəlli olan 15 şirkət daxildir:

1. “Karat” MTK (tikinti şirkəti)

2. “İdeal” MMC (tikinti şirkəti)

3. “Azİnvest” (tikinti şirkəti)

4. “Everest-M” (tikinti materialları biznesi)

5. Şin Servis (armatur biznesi)

6. “Aveta” MMC (un istehsalı)

7. “Karmen” MMC dəyirmanı

8. Hökməli Makaron Fabriki

9. Hökməli Kisə Fabriki

10. “ASTEL” MMC Quşçuluq Fabrikləri (Şamaxıda, Abşeronun Məhəmmədi və Mehdabad qəsəbələrində)

11. Gəncə Fatoğlu un dəyirmanı

12. “Marina Plaza” oteli

13. Premium market

14. “İzmir” MMC (tikinti şirkəti)

15. “Seymur” MMC (Dəllər Un dəyirmanı).

Adları sadalanan 29 şirkət Əsabil Qasımovun və ailə üzvlərinə aid şirkətlərdən bəlli olanlardır. Əlbəttə, deyirlər, o deputat olmamışdan əvvəl işadamı olub, atasından qalma dəyirmanla biznes qurub.

Elə isə bütün bunlar barədə niyə yazdım:

1. Əvvəla ortada çox kobud konstitusiya pozuntusu var (89-cu maddə) və buna görə deputatı iki dəfə mandatla mükafatlandıran Mərkəzi Seçki Komissiyası və Konstitusiya pozuntusuna 9 ildən bəri etinasız yanaşan Konstitusiya Məhkəməsi məsuliyyət daşıyır.

2. Əsabil Qasımovun biznesindəki fantastik böyümə məhz onun deputatlıq fəaliyyəti dövrünə aiddir və bu da deputatın biznesi ilə bağlı haqlı, əsaslı şübhələr yaradır.

3. Ölkənin vacib ərzaq məhsulu olan taxılın və unu kiminsə inhisarında saxlamaq, onun girovuna çevirmək olmaz.

Reyting.az Jurnalistin araşdırmasına cavab olaraq deputat Ə. Qasımovun mövqeyinə yer ayırmağa hazırdır.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb