HAKİM ƏNVƏR SEYIDOVUN QARA KITABINA DÜŞƏNİN İZTİRABNAMƏSİ
Sosial / Dunya
Oxunub: 1 027
18 apr 2019 | 14:26
HAKİM ƏNVƏR SEYIDOVUN  QARA KITABINA DÜŞƏNİN  İZTİRABNAMƏSİ











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sistemində ciddi islahatlara yol açan məlum fərmanı ilə bağlı ölkə ictimaiyyatında, kütləvi informasiya vasitələrində geniş müzakirələr, -belə desək daha yerinə düşərdi,-alovlanmaqdadır. Alovlanmanın başlıca "günahı", hakimlər korpusunun​ xeyli hissəsinin (əlbəttə, ədaləti, haqqı üstələməyən hakimlərimizə minnətdar olmaqla yanaşı) qanunvericilik məcəllələrinin,​ aktlarının ,diğər hüquqi -normativ sənədlərin tələbləri arasında ədalətin ziddinə​ manipulyasiyalar etməklə, haqlılığı əslində şübhə doğurmayan minlərlə ölkə vətəndaşını dalana dirəmələri, başqasının haqqını tapdamış,əmlakını ələ keçirmiş cinayətkar ünsürlərə,hər bir kəsə güzgüdən də aydın şəkildə aydın görünən səbəblə!?! himayədarlıq etmələrindədir. Hətta,iş gəlib o faciəli​ hala çatmışdır ki, vətəndaşlar müşküllərini həll etmək üçün,problemlərinin elə məhkəməyə çatmamış polis -prokurorluq orqanlarında həll olunmasına ciddi-cəhd edirlər. Lap sadələşdirsək,məhkəmədəki hakimin ədalətinin "çəkisindən" qorxurlar. Çinayəti törədən tərəf isə, bir az təcrübəlidirsə və ya "yaxşı" vəkili varsa,polis - prokurorluq orqanlarında ilkin istintaqın nəticələri,​ hətta iki - üç aylıq həbs tədbirləri belə onu qorxutmur, "ümidini" məhkəməyə bağlayır.Əlbəttə ki,ümidi məhkəməyə bağlamaq deyəndə, yalnız "məhkəmə" sözünün "ədalət" sözünə sinonim olduğu hallar başa düşülməlidir - başqa düşüncə tərzi, anlaşılmamalıdır.Təəssüf ki,​ başqasının əmlakını ələ keçirən​ antiqəhrəmanın ,yəni ümidini məhkəməyə bağlayan ünsürün "ədalət "sözününün şifrəsini özünün dərk etdiyi qənaətlə açması, bununla da məhkəmə mərhələsinə "nikbinliklə" getməsi ikrah hissi doğurmaqdadır.
Molla(Xoca ) Nəsrəddinin məşhur bir lətifəsini də çoxsaylı hakimlərimiz, təkrarən təəssüf ki,müasirləşdirərək, ağızlara gətirmişlər. Qazıdan, başqasının haqqını tapdamaqla öz xeyrinə qərar çıxarılmasını istəyən Mollanın məşhur​ deyimini xatırladıram: "Aç o qara kitabına bax, nə cür lazımdısa, o cür də elə"
Bəli, qara kitabın​ və qazının adı müasirləşdirilmişdir. Lakin, bu -qazının "əncamını" müasirləşdirə​ bilməmişdir. Bəlkə də pis tərəfə qatılaşdırmışdır. Qazı, elə bil ki, ədalətsizliyi çörək ağacına çevirən hakimlərin​ kumirləri kimi stolüstü büstlərinə çevrilmişdir.Şəxsi fikrimi bildirirəm : "Kiminsə çörəyini yemək olar,amma gərək namuslu,qeyrətli ,haqlı adamın çörəyini yeyəsən,daha gədanın, binamusun,şərəfsizin​ yox.Allahı özün bildiyin kimi and yerinə çevirməkdən qorxmaq lazımdı.Başqasının haqqını nahaqqa verməklə balaya yedizdirilən çörəyin irin-qanla, həmin balanın burnundan gələcəyindən səksənmək lazımdı".
Başına gələn başmaqçı olar -deyiblər. Deyənin adı bilinmədiyindən, ümumi olaraq atalarımızın adına çıxıblar. Sadəcə, başıma Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Cümşüd oğlu Seyidov elə bir "məhkəmə-şou" açıb ki,yazdıqlarıma bir nəfərin şəxsi fikri kimi yanaşacaqsınız. Bunu nəzərə alaraq, istənilən israrlı oxucuya,ilkin istintaqda müstəntiq tərəfindən toplanmış -dələduz cinayətkarı ifşa edən sənədləri təqdim etməyə​ hazıram.​
Şəfiyev Etiqad Lətif oglu tərəfindən dələduzluq yolu ilə məndən​ ələ keçirilərək, onun şəxsi ailə problemlərinə sərf olunmuş 106000 dollar pulun geri qaytarılması ilə əlaqədar etdiyim şikayətlə bağlı​ Binəqədi rayon polis idarəsində 1,5 il müddətində müstəntiq İlqar Həmidov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılmaqla​ ciddi araşdırma aparılaraq,dələduzluq faktı, az bilikli​ adama da aydın olan on qat sübutlarla ortaya qoyulmuşdur.Cinayətkar ünsür -istintaqın gedişi zamanı onun barəsində həbs qətimkan tədbiri seçildiyindən​ uzun müddət​ qaçıb gizlənmiş,lakin artıq gizlənmək imkanları məhdudlaşan anda, bacısının əri Feyziyev Şahverən Yəhya oğlunu mənim üstümə imdada göndərmişdir. Şahverən "Sumqayıt sement " QSC-nin rəhbəri olduğunu mənə bildirərək, məni 02 oktyabr 2017-ci ildə həmin zavodun ofisinə aparmış, telefonla məni çox etibar etdiyim, inandığım nüfuzlu həmyerlim olan Əliyev Polad müəllimlə calaşdırmışdır. Polad müəllimin telefon nömrəsini, etika müstəvisində qeyd etmirəm. Amma,bu həm ilk istintaq, həm də məhkəmə üçün adi bir işdir. Polad müəllimlə Şahverənin eyni vaxtlarda Vergilər Nazirliyi xəttində mühüm rəhbər vəzifələrdə işləmələri və çox yaxın münasibətlərdə olmaları və ö Şahverənə inanmağın mümkün olduğu qənaətinə də​ telefon danışığı zamanı gəlmişəm. Şahverən də bu fürsətdən yararlanaraq,məni qaynı Şəfiyev Etiqadın​ ardınca təkrar aldatmışdır.O,mənə 106000 dollar əvəzinə, cəmi 10000 (on min) manat pul təklif etmiş ,qalan pulu 15 gün sonra 17 oktyabrda ,Etiqadın evini sataraq verəcəyini bildirmişdir. Pulu mənə verməmişdən qabaq, notariusda, guya bütün pulumu aldığımı təsdiq edən sənəd yazdıraraq ,Etiqadın üstündən maddəni götüzdürməyin lazım olduğunu bildirmişdir.Mən də, "kişi" sözünə inanaraq, konkret rəqəm yox, "bütün pulumu almışam" qeydi ilə həmin notarial məktubu əldə edərək polisə göndərmişəm və 10000 manat pulu almışam. Müstəntiq İlqar Həmidov sabahı gün həmin məktubu alaraq məni yanına çağırmış və düzünü deməyimi xahiş etmişdir.Mən də, rəsmi şəkildə faktı olduğu kimi yazaraq, müstəntiqə təqdim etmişəm.Məsələ burasındaydı ki,cinayətkarın 106000 pulu mənimsədiyi həm qəbzlə, həm videogörüntülər və səs yazıları ilə və özünün prokurorluğa,hələ işin təzə vaxtlarında müstəntiqdən etdiyi şikayət məktubunda​ qeyd etdiyi "Hafiz,ticarət məqsədi ilə mənə verdiyi 100000 dollar pulu geri tələb edir" sözləri ilə sübut olunsa da,o,yəni cinayətkar, istintaqa ifadələrində yalnız məndən​ 46000 dollar aldığını boynuna alırdı. Məqsədi,maddənin az müddətli həbs tələb olunan bəndinə keçirilməsinə nail olmaq idi.Məni, təkrar aldadan diğər cinayətkar Şahverən isə, həm istintaqda, həm də Ənvər Seyidovun sədrliyi ilə keçirilən​ məhkəmə iclasında mənə 02 oktyabrda ,konkret olaraq 100000 (yüz min) dollar verdiyi ni demişdi. Yəni, belə çıxırdı ki,Etiqad məndən 46000 dollar alıb, ancaq Şahverən mənə 100000 dollar qaytarıb-ikiqatdan artığı ilə
. Bu yalanı ibtidai istintaq düzgün qiymətləndirsə də, Ənvər Seyidov "ğörə bilməmiş", hətta mənim qaldırdığım mülki iddia tələbimi də rədd etmiş,Etiqadın videogörüntülər və səs yazılarında dələduzluq maddəsinin tələblərinə uyğun məni necə aldadaraq şirnikləndirdiyini görməzdən gələrək, bəlkə də, məhkəmə tarixində ən məhkəmələrin adına qara ləkə vuran hökm çıxarmışdır. Bəli ,dələduza bəraət hökmü vermişdir.​ Ümümiyyətlə,178-ci maddənin 3-cü bəndi, hətta mənim pullarım ödənsəydi belə, təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etməyə imkan vermir. Ənvər Seyidov isə​ qazıdan yadigar qalmış qara kitabına baxaraq,mənim insanlardan borc alaraq​ verdiyim pulların üstündən xətt çəkərək,yalnız cinayətkarın fakta söykənmədən dediyinə əsasən hökmdə yazmışdır ki, guya mən pulları Etiqada ayı 6 faizə vermişəm. Ənvərin qara kitabının dilindən hüquq dilinə tərcümə olunanda, bu o deməkdir ki, Etiqadla mənim aramda olan münasibətlər, mülki xarakterli olmuşdur - cinayətkara,oxuculara da​ ​ məlum səbəblərdən minnətdarlığını ona bəraət verməklə​ bildirməyin yeganə yolu bu nağıl idi. Bir az da, dərinə getsək, o deməkdir ki,ibtidai istintaqa heç bir ehtiyac yoxdur, ölkəmizdə müstəntiqlik institutu ləğv edilməlidir. Ən azından, o şəxsin qara kitabı belə deyir. Mən biləni, Molla Nəsrəddinin dövründə elə belə də olub. Qazı hamısını özü edib. Kəsdiyi başa da sorğu-sual olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində​ İlk məhkəmə iclasında hakim Ənvər Seyidovun mənə və diğər zərərçəkmiş şəxs olan Tahir Məmmədxanova qarşı qərəzli münasibətini hiss etdik. Ənvər Seyidov sanki bizi cani, dələduzu isə əziz adamı kimi dinləyirdi. Məni, hətta danışmağa qoymur, sözümü ağzımda kəsirdi. Iclasdan sonrakı gün​ Tahir Məmmədxanov araşdırma apararaq mənə dedi ki, Ənvər Seyidov 2000-ci ilədək Cəlilabad məhkəməsində məhkəmə sədri işləyərkən, əslən Cəlilabad rayonundan olan​ Feyziyev Şahverən Yəhya oğlu da(Cinayətkar​ Etiqad da Cəlilabad rayonunda​ doğulmuşdur) həmin dövrdə Cəlilabad rayon vergi idarəsinin rəisi işləmişdir və onları dostluq telləri bağlayır. Kimsə​ Tahirə söz vermişdi ki, Ənvərlə Şahverənin birgə fotolarını da ona verəcək. Lakin Tahir daha sonra bildirdi ki, foto vermək istəyən adam,nədənsə qorxdu. Amma, həmin adam, Tahirin dediyinə görə, ona bildirmişdi ki, Cəlilabadda hamı Etiqadın cinayət işinin qabaqcadan planlı şəkildə Ənvər Seyidova veriləcəyindən danışırmış və sonda belə də oldu.​
Biz, yəni mən və Tahir Ənvər Seyidovun məhkəmənin tərkibində olmasına rəsmi etiraz etdik. Etiraz elə Ənvərin özü tərəfindən baxıldı və qəbul olunmadı. Ənvərin, bizə qarşı qərəzli münasibəti, məni həbslə hədələməsi, Tahiri günahlandırması bizi məcbur etdi ki, ümumiyyətlə məhkəmə tərkibinə etiraz edək. Etiraz məktubu Bakı Apellyasiya Məhkəməsinə göndərildi, lakin bizə bu xüsusda cavab verilmədən,​ Ənvər tərəfindən məhkəmə şousu davam etdi. Mən ölkəmizin bütün​ yuxarı instansiyalarına şikayət məktubları yollayaraq prosesləri ictimailəşdirmək istədim.Dövrü mətbuat məsələni gündəliyə gətirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri M.Nəbiyev məni qəbul etdi. Şəxsiyyətinə hörmət etdiyim Mahmud müəllim, hakimlərin işinə müdaxilə imkanlarının olmadığını bildirdi.​ Lakin, hələ məhkəmə başlamamışdan fətvam Ənvər Seyidov tərəfindən verildiyindən,sonda o mənim ALLAH yanında olan haqqımı, özü yaxşı bildiyi səbəbdən tapdaladı.​
Mən,bu dərdimi​ borc aldıqlarımın hücumları qarşısında aciz qalaraq​ dağa -daşa söyləyəndə,Ənvər yuxuma girdi və mənə dedi ki, "Hafiz kişi, sən də məni başa düşməlisən. Mən bəs bir azdan pensiyaya çıxıram, məcburam ki, tədarük görəm". Boğula-boğula yuxudan dik atılaraq ayıldım.
Və Bakı şəhəri Apellyasiya Məhkəməsinə şikayət ilə müraciət etdim. Hazırda, hakim Mirzəli Abbasovun sədrliyi ilə apellyasiya instansiyası məhkəməsində proses davam edir. Mən​ məhkəmənin gedişinə mane olmadan, Mirzəli müəllimin ədaləti yerinə qoyacağına ümidvaram.​ ​

İmza:​ Hafiz Rüstəmov.
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ