24-04-2019, 14:30 Oxunub: 300

Deputat Cavanşir Feyziyev müğənninin adına 10 milyonluq obyekt alıb

Deputat Cavanşir Feyziyev müğənninin adına 10 milyonluq obyekt alıb















“Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl “Quska”dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.

İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.

İlk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də “Avromed”in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.

Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.
Ölümlə nəticələnən qəza: deputat yalan danışır? Ölümlə nəticələnən qəza: deputat yalan danışır? Sosial "Porsche" nə vaxtdan bahalı maşın olub? — Deputat avtomobili ilə törədilən qəzadan DANIŞDI Sosial Cavanşir Feyziyevlə bağlı ilginc iddia - Belə deyirlər... Cavanşir Feyziyevlə bağlı ilginc iddia - Belə deyirlər... Sosial Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb? - Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb? - "Dərman mafiyası işi” Sosial Cavanşir Məmmədov efirə transparan geyimdə çıxdı Cavanşir Məmmədov efirə transparan geyimdə çıxdı Medeniyyet