"Ceyhun Bayramov günahı direktorların üstünə atır" - Keçmiş direktordan nazirə CİDDİ İTTİHAMLAR
Orta məktəblərdə baş verən son hadisələrdən sonra haqlı olaraq ciddi tənqid olunan Təhsil Nazirliyi hərəkətə gəlib.
Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb. Görüşdə direktorlara şagirdlərin təlim-tərbiyəsi, məktəblərdə olan nizam, intizam qaydaları ilə bağlı bəzi tapşırıqlar verilib. Maraqlıdır ki, nazir direktorlara “hər bir şagirdi tanımağı” tövsiyə edib. Onun səsləndirdiyi bu ifadə ictimaiyətdə birmənalı qarşılanmayıb. Bu tövsiyə Ceyhun Bayramovun təhsildə olan problemlərə nə qədər yad olduğunu göstərir. Həmçinin, təhsil naziri bununla bağlı nazirliyin məsuliy ət daşımadığına, konkret isə məktəblərdə baş verən bütün olaylara direktorların cavabdeh olquğuna işarə edib.
Ekspertlər hesab edir ki, nazirin məktəb direktorları ilə görüşü gecikmiş addımdır. Son illər məktəblərdə təlim-tərbiyə ilə yanaşı, tədrisin səviyəsinin də xeyli aşağı düşdüyünü əsas gətirən ekspertlər dövlət səviyəsində bu məsələ ilə bağlı tədbir görülməsini vacib sayırlar.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil üzrə ekspert, sabiq məktəb direktoru Elşən Qafarov bərbad duruma düşən təhsilə ölkə başçısı səviyyəsində qiymət verilməsini vacib sayır:
“Doğrusu, təhsil nazirindən ondan yaxşı “tövsiyə”, “fikir” gözləmirdim. Əvvəla nazir bilməlidir ki, təhsil prosesində iştirak edən istənilən şəxs həm də Təhsil Nazirliyinə aiddir. O, “Şagirdləri deyil, şagirdlərimizi tanıyın” deməli idi. Bu ifadəni də guya çox böyük şüar kimi bütün təhsil müəssisələrinə ünvanladı. Təəssüf ki, məktəb direktorları sadəcə, sinif iclasları ilə, digər administrativ tədbirlər həyata keçirməklə kifayətlənirlər. Bununla tərbiyənin keyfiyətini qaldırmaq mümkün deyil. Təhsil Nazirliyi başda olmaqla, orada çalışan hər bir fərd bilməlidir ki, istənilən verilmiş qərar və göstərişin işlənmə, həyata keçmə mexanizmi də hökmən verilmiş tapşırığın yanında olmalıdır. Bu gün məktəblərdə baş verən hadisələrin köklü səbəblərini tapmaq lazımdır. Konkret bir məktəbdə hadisə baş verirsə, problemin yalnız o təhsil ocağına aid edilməsini və buna uyğun addım atılmasını düşünmək yalnışdır. Son illər təhsildə tərbiyə sistemi tamamilə sıradan çıxıb. Bu da təhsili həmin sahəyə aid olmayan insanların idarə etməsinin nəticəsidir. Təhsil hüquqi normativ sənədlər, qanunvericilik əsasında deyil, sosial şəbəkələr üzərindən və direktiv göstərişlər əsasında idarə edilir. Təhsil Nazirliyi bir məsələni gözəl anlamalıdır ki, kütləvi kadr dəyişiklik məktəblərdə tərbiyə prosesinə təsir edəcək. Digər tərəfdən, aylarla və illərlə bəzi məktəblərimiz direktor və müavinsiz qalıb. Hazırda ölkədə 600 məktəb direktorsuzdur, 150-dən artıq isə müavin ştatı boşdur. Bu rəqəm paytaxta aid deyil. Bakının təhsil müəssisələri Rəşad Tağıyevin şəxsi monopoliyasındadır. Məktəblərə kadr təyin etməyəndən sonra “gedin şagirdinizi tanıyın” kimi populist çıxış kimə lazımdır? Bu cür şüarlarla məktəblərdə tədrisin keyfiyətini və təlim-tərbiyəni bərpa etmək mümkün olmayacaq. Onu yaratmaq üçün müəyyən addımlar atmaq lazımdır. İlk növbədə şagird-müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, təlim-tərbiyə və tədrisin keyfiyətini artırmaq üçün xüsusi normativlər hazırlamaq vacibdir. Sadalanan təlimatlara nəzarət mexanizmi olmalıdır. Amma yoxdur...”
Ekspertin fikrincə, ölkədə təhsillə bağlı elə bir vəziyyət yaranıb ki, valideynlər övladlarını məktəbə göndərməyə qorxurlar:
“Valideynlər məktəbə güvənmirlər. Bunun da əsas səbəbi təhsilə rəhbərlik edən şəxslərin bu sahədən və idarəetmədən xəbərsiz olmalarıdır. Elə onun nəticəsidir ki, təhsil ocaqlarında tərbiyə sistemi tamamilə darmadağın edilib. Bu sahə təhsildə püxtələşmiş şəxslərə həvalə edilməlidir. Məktəblərdə repetitorluğun hesabına müəyyən rəqəmlər olsa da, tərbiyə sistemi sıfıra enib. Bunu da müəyyən qədər gizlədə bilirdilər. Amma artıq kütləvi informasiya vasitələri cəmiyyətin probleminə çevrilmiş təhsili və oradakı neqativləri çəkinmədən yazır. Az qala hər gün bir məktəbdən xoşagəlməz xəbərlər eşidirik. Bu, millətimiz və dövlətimiz üçün qorxuludur. Ona görə də hesab edirəm ki, təhsil sahəsinə ölkə başçısı səviyyəsində qiymət verilməldir. Məsələ birbaşa cənab prezidentin nəzarətinə götürülməlidir. Başqa cür mümkün deyil”.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”