“MTN işi”nə görə həbs olunan generalların müsadirə olunan əmlakları qaytarılır? - Proses buna gedir...
Sosial
Oxunub: 706
4 may 2019 | 19:50
“MTN işi”nə görə həbs olunan generalların müsadirə olunan əmlakları qaytarılır? - Proses buna gedir...














Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində əmlakının müsadirə edilməsi hissəsini dayandırıb. Qeyd edək ki, V.Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum olunub və əmlakı müsadirə edilib. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirib.

Ali Məhkəmənin mülklə bağlı qərarı hazırda “MTN işi” üzrə təqsirli bilinərək müxtəlif müddətlərə məhkəmə hökmü ilə cəzalandırılan, əmlakları müsadirə edilən digər “mahmudovçu”ları yada salır.

Yada salaq ki, 2015-ci ildə “MTN işi” üzrə həbs edilən generalların və digər MTN-çilərin dəyəri 100 milyonlarla ölçülən əmlaklarının üzərinə həbs qoyulub.

Hazırda həbsdə olan MTN generallarının mal-mülkünün siyahısını təqdim edirik.

General Sübahir Qurbanova məxsus əmlaklar:

120.000 manat dəyərində Nəsimi rayonun, Mərdanov qardaşları küçəsi 94 “a” ünvanında yerləşən qeyri-yaşayış binası, 384.000 manat dəyərində Səməd Vurğun küçəsində yerləşən mənzil, 32.450 manat dəyərində Natavan küçəsində yerləşən qeyri-yaşayış sahəsi, 63.000 manat dəyərində qeyri-yaşayış sahəsi, 63.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 18 ünvanında yerləşən mənzil, 60.000 manat dəyərində Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən mənzil, 282.000 manat dəyərində Novxanı kəndində yerləşən bağ evi, 48 000 manat dəyərində Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi, 87.000 manat dəyərində Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsi, 130.000 manat dəyərində Novxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi, 392.000 manat dəyərində Novxanı kəndində 0,385 ha torpaq sahəsi və üzərindəki tikililər, 1.200.000 manat dəyərində Digah qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki yanacaqdoldurma məntəqəsi, 100.000 manat dəyərində Masallı rayonu Qızılavar kəndində 0.0636 ha torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi və sair..

General Teymur Quliyevə məxsus əmlaklar:

Dəyəri 1.279.000 manat olan Nərimanov rayonunda fərdi yaşayış evi, dəyəri 21.100 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi 3-cü küçə 39 ünvanında yerləşən 0,08 ha sahəsi, dəyəri 95.000 manat olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində mövcud olan fərdi yaşayış evləri, 3.800 manat və 8.650 ABŞ dolları.

Fizuli Əliyevə məxsus əmlaklar:

306.000 manat dəyərində Qara-Çuxur qəsəbəsində daşınmaz əmlak, Qara-Çuxurda 568.000 və 371.000 manat dəyərində daşınmaz əmlaklar, dəyəri 121.500 manat olan Gəncədə qeyri-yaşayış binası, dəyəri 40.000 manat olan Gəncədə qeyri-yaşayış binası, dəyəri 1.110.000 manat olan Suraxanı rayonunda qeyri-yaşayış sahəsi, dəyəri 72.000 manat olan Nizami rayonunda mənzil, 71.000 manat olan Yasamal rayonunda mənzil, dəyəri 463.500 manat olan Yasamal rayonunda qeyri-yaşayış sahəsi, dəyəri 198.000 manat olan Novxanıda bağ evi (torpaq sahəsi ilə birlikdə) dəyəri 281.500 manat olan Yasamalda mənzil, dəyəri 63.000 manat olan Gəncədə qeyri-yaşayış sahəsi, dəyəri 180.000 manat olan Gəncədə qeyri-yaşayış binası, dəyəri 478.000 manat olan Gəncədə qeyri-yaşayış sahəsi, dəyəri 90.000 manat olan Gəncədə qeyri-yaşayış binası, dəyəri 742.000 manat olan Gəncədə 0,061 ha torpaq sahəsində yerləşən mülk, 451.000 manat olan Gəncədə daşınmaz əmlak, dəyəri 784.000 manat olan Bakıda 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər, dəyəri 1.873.000 manat olan Gəncədə əmlak kompleksi, dəyəri 275.000 manat olan Gəncədə ev, dəyəri 65.000 manat olan Gəncədə ev, dəyəri 498.000 manat olan qeyri-yaşayış binası, dəyəri 144.000 manat olan Mingəçevirdə qeyri-yaşayış binası, dəyəri 65.000 manat olan Gəncədə qeyri-yaşayış sahəsi, dəyəri 106.000 manat olan Gəncədə ev, dəyəri 86.000 manat olan Gəncədə ev və sairə...

Natiq Alıyevə məxsus əmlaklar:

Dəyəri 49.500 manat olan Sabunçunda mənzil, dəyəri 55.000 manat olan Sabunçuda mənzil, dəyəri 1.216.000 manat olan Badamdarda torpaq sahəsi və üzərində olan tikililər, dəyəri 784.000 manat olan Badamdarda torpaq sahəsi və üzərində olan tikililər, 2.374.000 manat daşınmazlar əmlaklar və sair...

Zaur Məmmədova məxsus əmlaklar:

Dəyəri 150.000 manat olan Nizami rayonunda mənzil, 50.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Toyota Prado” markalı 99 HL 223 dövlət qeydiyyat nişanlı avtomaşın.

Fərhad Atayevə məxsus əmlaklar:

Dəyəri 95.000 manat olan Yasamalda mənzil, 18.000 manat dəyərində “Hyundai İX35" və digər maşınlar.

Anar Şirəliyevə məxsus əmlaklar:

Dəyəri 40.000 manat olan Qaraçuxurda fərdi yaşayış evi, 7.500 manat dəyərində “Mercedes C220 CDİ” markalı maşın və digər əmlaklar...

Əmlakı müsadirə edilənlər sırasında ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov da vardı. Onun 33 milyon manat məbləğində əmlakı müsadirə olunub.

Ali Məhkəmənin hakimi Fərhad Əliyevə yaxın zamanlarda yuxarıda adları qeyd olunan və olunmayan, əmlakları müsadirə edilmiş generalların, onlarla birgə ittiham edilənlərin də müraciət edəcəkləri gözləniləndir...
“Yeni Müsavat”
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb