"Satılan mallar geri qaytarılmır" şüarı alıcıların hüquqlarını pozmurmu?
Sosial
Oxunub: 1 007
23 may 2015 | 15:37
Satılan mallar geri qaytarılmır və ya dəyişdirilmir. Bu cümləyə demək olar ki, ərzaq, geyim və elektrik avadanlıqlarının satışını həyata keçirən bir çox obyektlərdə rast gəlinir. Bəs görəsən sahibkarların bu addımı alıcıların hüquqlarını pozmurmu?

Rəyini soruşduğumuz alıcılar mağazaların qapılarına vurulmuş bu elanı birmənalı qarşılamır. Sorğu zamanı istehlakçıların bir çoxunun alqı-satqı ilə bağlı hüquqlarını bilmədiyi də məlum olub.

Müzəffər Əliyev- alıcı: "Alınan paltar geyinilməsə, istifadə olunmasa nöqsanı varsa qaytarılmalıdır. Bəzən elə hallarla qarşılaşırsan ki, qaytarmırlar. Hətta yazıb vurular ki, alınan mallar qaytarılmır".

Sürayə Cəfərova- alıcı: "Qiyməti yüksək olan mal almışam, evə gətirib görmüşəm ki, ölçüsü uyğun gəlmir. Dəyişdirmək və ya qaytarmaq istəyəndə bildiriblər ki, qaytarmaq olmaz".

Ramin Cəfərov- alıcı: "1 ay bundan əvvəl şalvar almışam, əynimə böyük oldu, apardım qaytaram, qaytarmadılar".

Sahibkarlar və satıcılar isə mal satıldıqdan sonra məsuliyyəti alıcıların daşıdığını düşünürlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, alqı-satqı zamanı sahibkarlar tərəfindən alıcılara bu cür tələbin qoyulması tamamilə qanunsuzdur.

Qanunvericiliyə əsasən, əgər alınan mal istehlakçının tələblərinə cavab vermirsə, 14 gün müddətində onu dəyişdirə və ya satışda uyğun mal yoxdursa qaytara bilər.
Araz Əliyev - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini: ""Satılan mallar geri qaytarılmır" şüarı əvvələr daha çox geniş yayılmışdır. Sahibkarların belə bir şüar yazmağa haqqı yoxdur və bu, qanun pozuntusudur. Sahibkarlar arasında sahibkarların hüquqları və vəzifələri mövzusunda aparılan tədbilərin bu məsələyə çox ciddi təsiri var. Sahibkarlar biləndə ki, bu əməl qanunvericiliyə ziddir, bundan çəkinirlər. Bu gün tam demək olmaz ki, bu cür şüarlar yığışdırılıb, rast gəlindikcə tərəfimizdən yığışdırılır".
Araz Əliyev bildirib ki, qanunvericilikdə bu tipli elanlardan istifadəyə görə inzibati tənbeh tədbirləri nəzərdə tutulur. Əgər istehlakçılarla satıcı arasında ziddiyyət yaranarsa, alıcının haqlı olduğu təqdirdə sahibkarlar inzibati məsuliyyətə cəlb oluna bilərlər.

http://kepeztv.az
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?