16-05-2019, 15:00 Oxunub: 441

“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir

“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir













“KredAqro” bank olmayan kredit təşkilatı prezident fərmanı ilə hesablanaraq bizə ödənmiş kompensasiyanı bizdən geri istəyir.

Belə bir şikayətlə AFN-in redaksiyasına Tovuz rayon sakini Novruzov Səbuhi müraciət edib. Onun sözlərinə görə, adıçəkilən BOKT-dan 2015-ci ildə götürdüyü krediti bu ilin fevralında prezidentin məlum fərmanınadək ödəməkdə davam edib: “Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı sistemdə adımızı axtaranda məlum oldu ki, bizə 4 min manatdan çox kompensasiya hesablanıb. Ondan sonra ödənişi dayandırdır. Mayın 1-dən etibarən kompensasiyalar verilməyə başlayanda yaxınlaşıb müvafiq qurumdan kartımızı götürdük və bizə düşən kompensasiyanı çıxartdıq. Lakin bir neçə gündən sonra evimizə “KredAqro”nun Tovuz flialından məktub daxil oldu. Flial müdiri A.Qurbanovun imzası ilə göndərilən xəbərdarlıq məktubunda bildirilir ki, “razılaşmanın (bizimlə bağlnana müqavilənin) şərtlərinə əsasən öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bağışlanması nəzərdə tutulmuş bütün faiz məbləği və dəbbə pulu (02.05.2019-cu il tarixinə 3562 ABŞ dolları faiz və 554 ABŞ dolları dəbbə məbləği) sizdən tələb olunacaqdır”.
Biz çaşıb qalmışıq, prezident fərmanı ilə silinməli olan dəbbə və faiz bizdən necə tələb oluna bilər? Dost-tanış məsləhət görür ki, BOKT-a heç nə qaytarmayaq, çünki bu qanunsuz tələbdir. Əgər bizə kompensasiya veriləsi deyildisə o zaman niyə palatanın saytında adımıza yazılırdı, niyə kartımıza yüklənirdi o məbləğ? Verilibsə biz onu niyə qaytarmalıyıq? Biz onsuz da 2015-ci ildə götürdüyümüz 5730 ABŞ dolları məbləğində krediti artıqlaması ilə ödədiyimizi bilirdik, kompensasiya məsələsi dəqiqləşəndə bizim də o siyahıda olacağımızı təxmin edirdik. Amma “KredAqro”dan ard-arda gələn məktublar bizi çaşdırıb”.
Məsələ ilə bağlı “KredAqro”ya müraciət etsək də, sorğumuza cavab verilmədi. Belə ki, BOKT-un Ramal adlı kollektoru(?) ilə danışdıqdan sonra o, məsələni araşdırıb bizimlə əlaqə saxlayacağını desə də, heç bir əlaqə saxlamadı. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinə ünvanladığımız sorğu da həmçinin cavabsız qaldı. Ümid edirik ki, Palata və digər aidiyyatı qurumlar məsələ ilə bağlı müvafiq araşdırmanı aparıb rəylərini bildirəcəklər. Əks halda, bankların və BOKT-ların yerlərdə vətəndaşları aldadıb onlara verilən kompensasiyaları əllərindən alacağı şübhə doğurmur.“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir“KredAqro” prezidentin fərmanına məhəl qoymur: - Vətəndaşdan faiz və dəbbə pulu tələb edilir
“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”dan NARAZILIQ “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”dan NARAZILIQ Iqtisadiyyat "Bank of Baku" prezidentin dollar kreditlərilə bağlı fərmanını sabotaj edir - İDDİA Iqtisadiyyat Sizə mesaj gəlibsə, banka yaxınlaşın – Kompensasiya verilir Sizə mesaj gəlibsə, banka yaxınlaşın – Kompensasiya verilir Sosial Problemli kreditlərlə bağlı apelyasiya komissiyası yaradıldı Problemli kreditlərlə bağlı apelyasiya komissiyası yaradıldı Iqtisadiyyat Prezidentin kreditlərlə bağlı fərmanının detalları — Kimlərə güzəşt edilib? Prezidentin kreditlərlə bağlı fərmanının detalları — Kimlərə güzəşt edilib? Iqtisadiyyat