16-05-2019, 18:21 Oxunub: 276

Poliklinikada pul yığılır? - Baş həkimdən AÇIQLAMA

Poliklinikada pul yığılır? - Baş həkimdən AÇIQLAMA













Bakı şəhəri Xətai rayonunda yerləşən 9 saylı uşaq poliklinkasında həkimlərdən və digər tibb işçilərindən qanunsuz pul vəsaitinin yığılması ilə bağlı məlumat yayılıb.

Cebhe.info-nun məlumatına görə, tibbi personaldan 50 manat miqdarında vəsait yığılır. Məlumatı verən mənbə bildirib ki, onlardan 3 manat “fond pulu”, 7 manat qəzetlərə abunə haqqı və 40 manat isə təmir pulu alınır. Hətta texniki personaldan da 15 manat vəsaitin yığıldığı bildirilir.

Məsələ ilə bağlı 9 saylı uşaq poliklinkasının baş həkimi Aida Hüseynzadə ilə əlaqə saxladıq. Baş həkim Cebhe.info-ya açıqlamasında bildirib ki, deyilənlər həqiqətəuyğun deyil, heç bir şəxsdən “fond pulu”, “qəzet pulu” və “təmir pulu” yığılmır: “Rəsmi şəkildə bildirirəm ki, heç bir tibbi personaldan fond, qəzet və təmir üçün pul yığmırıq”.

Aida Hüseynzadə qəzetlər üçün abunə pulunun yığıldığını deyib:

“İşçilərdən sadəcə abunə pulu yığılır ki, bu da dövlət tərəfindən tətbiq olunur. Doğrudur, abunə ilə bağlı pul yığırıq, amma ittihamlarda əks olunan qədər yox. Abunə pulu sadəcə 3-4 manat təşkil edir. Müəyyən qəzetlər var ki, biz onlara dövlət tapşırığı ilə yazılmalıyıq. Hər hansı bir şey sındıqda isə hər şəxs öz otağında təmizlik işi aparır və ona biz qarışmırıq”.

Baş həkim deyib ki, bununla bağlı şikayət edən şəxs onun özünə yaxınlaşıb iradını bildirə bilər:

“Bu ittihamı irəli sürən şəxslər mənə müraciət edib problemlərini bildirə bilərlər. Mən bu ittihamların heç birini qəbul etmirəm, bunlar tamamilə cəfəngiyyatdır. Məsələ kiməsə qaranlıq qalarsa, buyurub poliklinkaya gəlib işimizə baxa, vəziyyətlə tanış ola bilərlər”.
“İmkansız ailələrin uşaqlarına 6 yaşına qədər uşaq pulu verilməlidir” “İmkansız ailələrin uşaqlarına 6 yaşına qədər uşaq pulu verilməlidir” Sosial Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB – VİDEO Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB – VİDEO Sosial Mərdanov yaratdı, Mikayılov bacarmadı... - Bayramov pulyığımını önləyə biləcəkmi? Mərdanov yaratdı, Mikayılov bacarmadı... - Bayramov pulyığımını önləyə biləcəkmi? Sosial Qəbələdə biabırçı olay: direktor şagirdlərdən işıq pulu yığır Qəbələdə biabırçı olay: direktor şagirdlərdən işıq pulu yığır Bolge 170 saylı məktəbdə bayram pulu yığılır 170 saylı məktəbdə bayram pulu yığılır Sosial