Bakıda məmur hasarlarının da sonu çatacaq
Sosial
Oxunub: 1 192
1 in 2015 | 15:36
Bakıda məmur hasarlarının da sonu çatacaq


















"Cənab prezident villalarla bağlı "sökün" əmri verəndən sonra heç kim qabağa çıxmadı. Aydındır ki, bu, adi, sadə adamların villaları deyil. Kimlərsə qorxaraq qabağa çıxmırsa, onda söküntü əmri icra olunacaq"

Azerinfo.az xəbər verir ki, bunu "Yeni Müsavat"a müsahibəsində millət vəkili Çingiz Qənizadə deyib.

Ç. Qənizadə bildirib ki, o evlərin sahiblərindən hamının xəbərsiz olmasına inanmır:

"Ən azı bu gün cəmiyyətdə daşı daş üstünə qoyanda dərhal gəlib adamın başının üstünü kəsdirirlər. Ona görə də yəqin ki, bunların əsl səbəbləri haqqında da kifayət qədər səbəblər var. Amma mən ev sahiblərini də qınamıram. Yəqin ki, vaxtilə onlara icazə verilib, ona görə bu villalar tikilib. Yəni bu məsələyə birmənalı yanaşmaq lazım deyil".

Millət vəkili Xəzər dənizinin ətrafına çəkilən hasarlara da etiraz edib: "Mən hesab edirəm ki, gec-tez cənab prezident buna da reaksiya verəcək. Şəhərə cənub tərəfdən girəndə baxırsan - dəniz elə hasarlanıb ki, bizi sadəcə o gözəl mənzərədən məhrum ediblər. İnanıram ki, bu məsələ də cənab prezidentin diqqətinə çatdırılacaq və onunla bağlı da göstərişlər verəcək. Görürsünüz ki, son məsələlərdə cənab prezident nə qədər həssaslıqla, diqqətlə və ağrı ilə baş verən hadisələri vurğulayır, göstərişlər verir. Amma təəssüf ki, bəzən ətrafında olan kimlərsə bunu tuta bilmirlər. Gec-tez bu kimi hərəkətlər öz başlarında çatlayacaq. Sanki cənab prezidentin istəyi ilə edilən hərəkətlər arasında bəzən ziddiyyət olur, onda da prezident qətiyyətli addımlar atır.

Parlamentdə hasarlarla bağlı məsələ elə bir neçə dəfə Fazil Mustafa tərəfindən qaldırılıb. Xalq heç olmasa bu gözəl mənzərəyə baxmaqdan məhrum etmək düzgün deyil. Avropadan gələnlər Qobustana, tarixi yerlərə baxmaq üçün gedəcəklərsə, dənizin hasarlanması mənzərəsini görsələr, təbii ki, heyrətlənəcəklər. Nəzərə alaq ki, gələnlər arasında jurnalistlər də çox olacaq. Onlar da məsələlərə hansısa don geyindirəcək. Azərbaycana gələn jurnalistlər hamısı Azərbaycanı sevdiyi üçün gəlmir ki. Çoxları informasiya toplamağa, bəlkə də qarışqadan fil düzəltməyə gələcək.

O baxımdan biz onlara imkan verməməliyik ki, nələrisə görsünlər və yazsınlar. Allaha şükür, şəhərin mərkəzində gözəl işlər görülüb, hər bir atılan addım bizi sevindirir. Təbii ki, son hadisə olmasaydı, daha yaxşı olardı. Amma məhz Şıxovdan sonra Qaradağ ərazisində yolboyu dənizin hasarlanması yolverilməzdir, gec-tez bu hasarlar da sökülməlidir. Dəmir çərçivə çəkilsəydi, dənizin gözəl mənzərəsi də qalardı, yaşayış əraziləri də küləkli olardı. Yəqin ki, cənab prezident nə vaxtsa bu məsələyə öz mövqeyini bildirəcək".
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO