Təhsil Nazirliyi gənc alimə necə problem yaradır... - GİLEY
Sosial
Oxunub: 576
31 may 2019 | 22:23
Təhsil Nazirliyi gənc alimə necə problem yaradır... - GİLEY












Qasımov İlkin Cilingir oğlu xaricdə iqtisadiyyat üzrə aldığı magistr diplomunun Nazirlər Kabinetinin mövcud qərarına əsasən təsdiq oluna bilməməsi məsələsindən narazıdır.

O, bununla bağlı “Qafqazinfo”ya müraciətində qeyd edib ki, buna mane olan sözügedən qərar Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (Nostrifikasiya) Qaydaları” dır: “Bu cür problemi olan tək mən deyiləm. Diplomum təsdiq olunmadığına görə akademik karyeram təhlükə altındadır. Bakalavr ixtisasımın jurnalistika sahəsində olması mənim magistr diplomumun nostrifikasiyasına maneə hesab olunub.

Magistr diplomumun tanınmaması mənim doktorantura pilləsində təhsil almama imkan vermir ki, bu da öz növbəsində Azərbaycan və dünya iqtisad elminə xidmət etmə imkanlarımı ciddi şəkildə məhdudlaşdırır.

Xatırladım ki, mən 2005-2009-cu illər ərzində Bakı Slavyan Universitetinin Filologiya fakultəsi, jurnalistika ixtisası üzrə təhsil almışam. Universiteti bitirdikdən sonra magistr təhsilimi iqtisadiyyat sahəsində almağa qərar verdim. Bu məqsədlə 2012-ci ildə Şimali Kipr Türk Cumhuriyyətinin “Doğu Akdeniz” universitetində (Eastern Mediterranean Univeristy) iqtisadiyyat üzrə magistr təhsilinə başladım. Bakalavr ixtisasım fərqli olduğundan universitetin tələbi və beynəlxalq qaydalara əsasən ilk öncə iqtisadiyyat üzrə baza fənnləri sayılan “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Riyazi İqtisad” və “Ekonometrika” fənləri üzrə bakalavr dərslərini uğurla mənimsədim, daha sonra magistratura təhsilimə başladım və 2014-cü ildə diplom işimi müdafiə edərək 3.33/4 ortalama ilə təhsilimi uğurla tamamladım. Qeyd edim ki, məzun olduğum proqram iqtisadiyyat üzrə dünyada ən yaxşı 200 proqramdan biri hesab edilir və burada dünyanın bir sıra məşhur professorları dərs deyir.

Daha sonra aldığım təhsil üzrə müxtəlif yerlərdə çalışmışam. Hal-hazırda aktiv şəkildə ölkə əhəmiyyətli sosial-iqtisadi məsələlərin tədqiqinə həsr olunan elmi-tədqiqat fəaliyyətlərinin iştirakçısıyam.

Ancaq magistr diplomum nostrifikasiya olunmur. Bu da akademik karyerama ciddi şəkildə mane olur. Təhsil Nazirliyinə 2017-ci ilin sentyabr ayında elektron qaydada müraciət etmişəm. Nazirliyin müvafiq qurumu tərəfindən 22.11.2017-ci il tarixli 23-03-383/ANİ nömrəli cavab məktubuma imtina verilib. Təhsil Nazirliyi gənc alimə necə problem yaradır... - GİLEY







Verilən qərar barədə şikayətimə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində baxılmış və 21.12.2018-ci il tarixdə hakim Xaliq Xalıq oğlu İmanovun sədrliyi ilə keçirilmiş iclasda iddiamın təmin olunmaması barədə qərar qəbul edilmişdir. Hər iki imtina qərarına əsas olaraq Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (Nostrifikasiya) Qaydaları” göstərilib.

Başqa sözlə, 17 yaşımda edilən səhv seçim səbəbindən gələcək karyeramın təhlükədədir. Mən, Azərbaycan iqtisad elminə xidmət etmək və ölkəmizdə elmin inkişafına öz töhvəmi vermək arzusundayam. Qeyd edim ki, magistr diplomumla dünyanın hər yerində doktorantura təhsili ala bildiyim halda, ölkəmdə mənə belə bir imkanın verilməməsi təəssüfləndiricidir. Eyni zamanda, diplomum tanınmadığı halda dövlət ali təhsil müəssisələrində dərs tədris etmə şansımı itirmiş oluram.

Mən ölkə rəhbərliyindən, Nazirlər Kabinetindən, Təhsil Nazirliyindən mövcud qaydalara nəzər salıb onun dəyişdirilməsini xahiş edirəm”.

Məsələ ilə bağlı “Qafqazinfo” nun sualına Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova cavab verib.

O, bildirib ki, abituriyentlərin bakalavr təhsil səviyyəsi ilə magistr təhsili səviyyəsi arasında ixtisasların uyğunsuzluq olması halları ilə rastlaşırlar: “Biz belə hallarda birbaşa qanunvericiliyi əlaqələndiririk. Bu da diplomun təsdiq edilməməsinə görə imtina verilməsinə səbəb olan hallardan biridir. Biz bu məsələ ilə bağlı daxildə müzakirələr aparırıq. Müəyyən təkliflər hazırlayırıq. Nə dərəcədə çərçivədən çıxma halımız olacaq, artıq o barədə məlumat verə bilməyəcəm”.

Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə də sorğu ünvanlamışıq.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...