Nazirlik baş plan hazırlayıb: internat evləri ləğv olunur
Sosial
Oxunub: 1 166
4 in 2015 | 15:52
12 internat məktəbi peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub

Uşaq müəssisələrinin transformasiyası haqqında baş plan hazırlanıb. Baş plana uyğun olaraq 12 internat məktəbi peşə liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv olunub.

Virtualaz.org saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazir deyib ki, internat məktəblərinin ləğv olunması de-institusionalizasiya proqramı ilə nəzərdə tutulan prosedurdur və proses mexaniki şəkildə həyata keçirilmir: "Bu proqramın məqsədi var. Bundan əlavə, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrinə cəlb edilməsi əlavə resurslar tələb edir. Ona görə də bu prosesin surəti resurslardan asılıdır. Proses davam etdiriləcək. İnternat məktəblərinin peşə məktəblərinə, ümumtəhsil məktəblərinə çevrilməsi prosesi davam etdiriləcək. Bununla da internat məktəblərinin sayı azaldılacaq, eyni zamanda orada təhsil alan uşaqlara göstərilən xidmətin keyfiyyəsi yüksəldiləcək".

M. Cabbarov qeyd edib ki, hazırda minlərlə uşaq ümümtəhsil müəssisələrində təhsil almaq imkanlarına malik deyil: "Sentyabrda 2 ümumtəhsil müəssisəsində inkluziv təhsilin tətbiqinə başlanacaq. Bu prosesin də iki başlıca məqsədi var. Onlardan biri sosialaşdırmadır. Onlar yaşıdları ilə bir məkanda, bir məktəbdə təhsil ala biləcəklər. Həmin şagirdlər belə məktəblərdə təhsil alaraq cəmiyyətin tam hüquqlu üzvləri kimi cəmiyyətə inteqrasiya oluna biləcəklər. Digər məsələ isə təlim-tərbiyə prosesidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ayrıca siniflər açılmayacaq, söhbət onların bir yerdə təhsil almasından gedir. Təbii olaraq, məktəb buna hazırlanmalıdır. Maddi-texniki bazası, təlim proqramı hazırlanmalıdır. Burada valideynlərin də arzuları nəzərə alınacaq".
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"
Dünən, 10:26
Erməni mediası Rusiya-Türkiyə problemini qabardır - Kreml sorğu göndərdi
Dünən, 10:22
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası