“Cəlil MMC” necə dələduzluq edir? – xəsətə uşağa yardım adı ilə...
Sosial
Oxunub: 574
8 in 2019 | 18:20
“Cəlil MMC” necə dələduzluq edir? – xəsətə uşağa yardım adı ilə...











Son vaxtlar xeyriyyə məqsədilə tədbirlərin keçirilməsi adı ilə insanların aldadılması prosesinə tez-tez rast gəlinir. Bakıda növbəti belə addım “Cəlil MMC” adı ilə atılıb. “Bakı-Xəbər”ə müracət edən jurnalist Yasəmən Möhübbətqızı həmin MMC-nin əməlindən zərər çəkdiyini bildirir. Şikayətçinin sözlərinə görə, guya xəstə bir uşağa yardım kampaniyası adı ilə şənliyin keçirələcəyi, bilet alan uşaqlara xüsusi hədiyyələrin veriləcəyi vəd edilirdi:

“Cəlil MMC” necə dələduzluq edir? – xəsətə uşağa yardım adı ilə...









“Bütün bu işlər “Cəlil MMC” adlı qurumun adı ilə görülürdü. Hətta biletlərin üzərində həmin MMC-nin möhürü də var. Ancaq “layihəyə” rəhbərlik edən şəxsin adı Çimnaz olub. Biz bütün danışıqları onunla aparmışıq. Sonra Çimnaz bizə dedi ki, gedin MMC-nin rəhbəri Tahirə xanımla əlaqə saxlayın. Biz araşdırdıqda məlum oldu ki, sözügedən MMC-nin rəhbəri doğrudan da Tahirə adlı xanımdır. Ancaq onunla əlaqə saxlamaq qeyri-mümkündür. Şəxsən mən Çimnazdan 60 bilet götürdüm ki, xəstə uşaq kampaniyasına yardım edim. Hər biletə 8 manat ödəmişik. Qızımın köməkliyi ilə həmin biletləri satdırdıq. Xeyriyyə konsertinin metronun “Xalqlar dostluğu” stansiyasına yaxın ərazidə yerləşən “Sərhədçi” idman kompleksində baş tutacağı gözlənilirdi. Nəzərdə tutulan saatda bizə zənglər gəlməyə başladı ki, burada heç bir konsert yoxdur. Mən hadisə yerinə getdim. Gördüm ki, dələduzluq faktı ilə üz-üzəyik. Sonra məlum oldu ki, mənimlə yanaşı, bir çox məktəb direktoru, valideynlər də bu şəbəkənin fırıldağının qurbanı olub. Mən məcbur qalıb bir qrup valideynin pulunu cibimdən ödədim. Çimnazdan cəmi 50 manat ala bildim. Deyir ki, qoy gedib hara istəyirlər müraciət etsinlər, heç nə edə bilməzlər. İndi də bizim zənglərimizə cavab vermirlər. Çox xahiş edirəm, məsələni ictimailəşdirin ki, zərərçəkənlər onlardan pullarını ala bilsinlər”.

Biz Yasəmən xanımın təqdim etdiyi telefon nömrələri ilə əlaqə saxladıq. MMC-nin direktoru kimi adı qeyd edilən Tahirə adlı xanımın telefonuna gün ərzində zəng çatmadı. Çox güman ki, şikayətçilərdən gizlənmək üçün köhnə nömrəsindən imtina edib. Layihəyə rəhbərlik edən Çimnaz adlı xanım isə zəngimizə cavab verdi. Sualı eşidən kimi dedi ki, nə marağınız var bunu yazmaqda: “İndi rayonda yas yerindəyəm, səhər gəlim görüşək, məsələni aydınlaşdıraq”. Biz aydınlaşdırmanı telefonla apardığımız üçün, xanıma bir neçə sualımıza cavab verməyi xahiş etdik. Çimnaz xanım əvvəl şikayətin kim tərəfindən edildiyini soruşdu. Bunu biləndən sonra qeyri-rabitəli fikirlər sələndirməyə başladı: “Deyəsən onlar başlarına problem açmaq istəyirlər. “Cəlil” MMC bəyəm bilet satır? Yalandır”. Biz deyəndə ki, satılan biletlərin üzərində həmin MMC-nin möhürü var, xanım sözünü dəyişdi: “Zəng vurun Tahirə xanımdan soruşun. Mənim o məsələyə heç bir aidiyyətim yoxdur. Axı bu hadisə çoxdan olub. İndi niyə şikayət edirlər? Soyadımı bilməyə sizin heç bir hüququnuz yoxdur. Bir də bu məsələ ilə bağlı məni narahat etməyin”. Hər halda, bizə edilən şikayət əsasında aparılan araşdırma nəticəsində bu “layihəyə” cavabdeh olan şəxslərin keçirdiyi narahatlıq və sonra məsuliyyətdən boyun qaçırmaq üçün etdiyi müxtəlif manevrlər ortada böyük bir dələduzluq əməlinin olduğuna şübhə yeri qoymur. Yaxşı olardı ki, əlaqədar hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdırsınlar.
Məhəmmədəli QƏRİBLİ
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ