Bakıda parkinq hərc-mərcliyi – Nə zamana kimi davam edəcək?
Sosial
Oxunub: 577
14 in 2019 | 19:50
Bakıda parkinq hərc-mərcliyi – Nə zamana kimi davam edəcək?














Paytaxt küçələrində sözün əsl mənasında parkinq hərc-mərcliyi yaşanır. Park yerlərini zəbt edən bir qrup adam sürücülərdən pul tələb edir. Avtomobili park edən sürücülər narazılıq edir, nəzarətçilər isə onlardan dayanacağa görə pul almaqda davam edirlər.

Minval.info-nun məlumatına görə, Bakı Dəmiryolu Vağzalının yaxınlığındakı avtomobil dayanacağında da vəziyyət eynidir. Burada nəzarətçilər avtomobili park edən sürücülərə yaxınlaşaraq onlardan parklanmaya görə pul alırlar. Çəkiliş qrupunu görən nəzarətçilər qaçmağa çalışsalar da, onlardan birini yaxalaya bildik.

Nəzarətçi bildirir ki, sürücülərə parkinqə görə qəbz verilir. Qəbzin üzərində xidmət göstərən şirkətin adı “ASA parkinq” kimi qeyd olunub. Bununla yanaşı, qəbzin üzərində avtomobilin parkinqə daxil olduğu və çıxdığı vaxtlar da yazılıb. Nəzarətçi bildirdi ki, yığılan pullar “ASA parkinq”in büdcəsinə daxil olur. Parkinqdə avtomobili 30 dəqiqə saxlamağa görə 50 qəpik, 1 saat saxlamağa görə isə 1 manat pul alınır.

Metronun “28 may” stansiyasının qarşısında da eyni vəziyyət hökm sürür.

Parklanmaya görə qanunsuz pul yığılmasından əziyyət çəkənlər isə sürücülər olur. Sürücülər arasında parklanmanın qanuni fəaliyyət göstərdiyini zənn edib nəzarətçilərə pul verənlər də var, parklanmanın qanunsuz fəaliyyət göstərdiyini bilib pul verməyənlər də.

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda küçə parklanma yerlərinin idarə olunması Agentlik tərəfindən həyata keçirilmir. Üstəlik, belə yerlərindən istifadəyə dair tariflər də hələ müəyyən edilməyib. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabinetinə müraciət edib.
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO