Kimlər həbs olunur? – Aliment problemi gündəmdə
Sosial
Oxunub: 620
15 in 2019 | 17:19
Kimlər həbs olunur? – Aliment problemi gündəmdə












Yazıçı Murad Köhnəqalanın aliment borcuna görə həbs olunması bu mövzunu yenidən gündəmə gətirib. Son illər ictimai şəxslərin boşanmanın artması ilə bağlı verdiyi həyəcan siqnallarının yanında aliment borcu problemi də yer alıb. Bu günə kimi mətbuata yayımlanan və yayımlanmayan sözügedən məsələyə görə xeyli adam inzibati həbs olunub. Bəs aliment təyin edilərkən hansı meyarlar əsas götürülür, kişi və ya qadın, yəni aliment ödəyən tərəf hansı halda bu ödənişdən azad oluna bilər?

Vəkillər Kollegiyasının üzvü Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bu məsələlər haqda qanunun tələblərini açıqlayıb.

Aliment kəsilərkən hansı meyarlar əsas götürülür?

V.İsrafilov bildirib ki, aliment sabit məbləğdə və aylıq qazancın bir hissəsindən tutulmaqla iki cür olur: “Burada əsasən uşağın əvvəlki yaşayış səviyyəsini qoruyub saxlamaq üstün tutulur. Alimentin sabit məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır, bu gün bu məbləğ 160 manatdır. Aliment əmək qabiliyəti və maddi imkanı olan valideyndən tutulur. Uşaq kimin himayəsinə verilirsə, aliment qarşı tərəfdən alınır. Uşaq əgər atanın himayəsinə verilibsə, ana aliment ödəməlidir. Hətta nənədən, babadan da aliment tutula bilər. Valideyn həyatda yoxdursa yaxud fəaliyyət qabiliyyəti yoxdursa, əmək qabiliyyəti və maddi imkanı olan nənə və babadan aliment tutula bilər.

İşsiz adama 3 uşaq üçün 480 manat ödəniş kəsilibsə, o adam alimentin ödənilməsi üçün dövlətdən iş tələb edə bilərmi?

Qanunvericilik deyir ki, əmək qabiliyyətin varsa, işləyib uşaqlarını saxlamalısan. Alimentin məbləği ödəyən tərəfin maddi vəziyyətinin pisləşməsi, yenidən ailə qurması, eyni zamanda qarşı tərəfin maddi vəziyyətinin yaxşılaşması nəticəsində məhkəmə qaydasında azaldıla bilər. Uşağı saxlamaq təkcə aliment verən tərəfin yox, hər iki valideynin borcudur. Ola bilər ki, uşaq anada qalır. Bir müddət sonra uşaq böyüyür, ana da yüksək maaşlı bir işdə işləyir. Bu zaman ata alimentin azaldılması üçün məhkəməyə müraciət edə bilər. Yekun qərarı isə hakim verir.

Aliment ödəyən şəxs işsizdirsə, ilk növbədə icra məmuru onu Məşğulluq Xidmətinə göndərib işlə təmin olunmasına köməklik etməlidir.

Alimentin ödənilməməsi üçün sutkalıq həbs verilməsi yığılan borcun məbləğindən asılıdırmı?

İnzibati qaydada məsuliyyətə cəlb etmədə məbləğdən söhbət getmir. İcra məmuru məhkəməyə müraciət edir ki, aliment ödəməli olan şəxs qərəzli formada bundan boyun qaçırır. Borcun məbləğinin nə qədər olmasının fərqi yoxdur. Deyək ki, aylıq aliment 480 manatdırsa, borclu ayda 200 manat ödəyirsə, demək ki, qərəzli olaraq ödəməkdən boyun qaçırmır, sadəcə maddi imkanı yoxdur. Bu halda məhkəmə araşdırması zamanı müəyyən olunsa ki, bu adam həqiqətən alimentin tam məbləğini ödəmək gücündə deyil, onda sutkalıq həbs cəzası verilmir. İnzibati qaydada sutkalıq həbs cəzası verilərkən aliment borcunun ödənilməsi barədə də qətnamə çıxarılır. Bundan sonra da borc ödənməzsə, bu zaman məhkəmə qərarını icra etməməklə bağlı cinayət məsuliyyəti yaranır. Buna görə Cinayət Məcəlləsinin 306-cı maddəsinin tələbi ilə həmin şəxsə pul cəzası, ictimai işlərə cəlb etmə, ən ağır halda isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər. Amma aliment davam edən münasibətlərdir. Qanuna görə, bir cinayət əməlinə görə ikinci dəfə cəza verilə bilməz. Lakin alimentin ödənilməsi hər ay davam etdiyi üçün ödəməyən şəxs yenidən cinayət məsuliyyətinə cəlb edilə bilər, yenidən CM-nin 306-cı maddəsi üzrə həbs oluna bilər.

Uşağı saxlayan tərəf alimentdən imtina edə bilərmi?

Bununla bağlı məhkəmələrdə fərqli mövqelər var. Bəziləri hesab edir ki, bu pul ananın yox, uşağın puludur. Buna görə də ananın alimentdən imtina etmək hüququ yoxdur. Məcburi olaraq sabit məbləğdə aliment kəsilir.

Aliment pensiyadan tutula bilərmi?

Burada qanunun tələbi fərqlidir. Birinci qrup əlillər tam əmək fəaliyyəti olmayan şəxslər olduğu üçün onların pensiyasından tutula bilməz, amma alimentin tutulması məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin pensiyasına yönəldilə bilər”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...