Mənsimov Rəsulzadənin adını qara siyahıda olan 21 illik köhnə gəmiyə verib — RƏZALƏT
Sosial
Oxunub: 560
19 in 2019 | 14:30
Mənsimov Rəsulzadənin adını qara siyahıda olan 21 illik köhnə gəmiyə verib — RƏZALƏT














“Palmali” şirkətinin müflisləşmiş rəhbəri Mübariz Mənsimov 1998-ci ildə istehsal olunmuş və hazırda 21 yaşı olan “ADRIATIC MARINER” adlı tanker gəmisinin adını “MAMMAD AMIN RASULZADEH” olaraq dəyişdirib.
Mənsimov bir müddət öncə Məmməd Əmin Rəsulzadənin şərəfinə yeni gəmi inşa etdiyini bəyan edərək, tezliklə gəminin dünya sularına salınacağını qeyd etmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından birinin adının bir gəmiyə verilməsini, əlbəttə, özlüyündə böyük nəzakət hesab etmək olardı. Lakin burada həm maraqlı, həm də qəribə bir məqam var. “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov ötən ay açıqlamasında “Yeni inşa edəcəyimiz gəmilərə Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adlarını verəcəyik” desə də, daha sonra 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən bir gəmisinin adını dəyişdirib Rəsulzadənin adını verməsi ilə özünü ifşa etdi. Həmin gəmi bir çox ölkələrin qara siyahısındadır və sabah o gəmi hansısa ölkə sularında saxlanıldıqda Mənsimov hay-həşir qoparacaq ki, gəmini adına görə saxlayıblar.

Mənsimov ictimaiyyət arasında nüfuza malik şəxsiyyətlərin, qəhrəmanların, dövlət xadimlərinin adından istifadə edərək öz “dahi” əməllərini həyata keçirir, bir daşla iki quş vurduğunu düşünür. Simasını büruzə verdikdən sonra dənizçilik sektorunda da əlindəki müştəriləri bir-bir itirən keçmiş biznesmen indi həm də siyasi xəyallar qurmağa başlayıb. Azərbaycan əsilli Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoil” şirkətinə qarşı dələduzluğunun üstü açıldıqdan və Mənsimov Ələkbərovun onu bu səhvlərinə görə bağışlamayacağını gördükdən sonra ümidini sosial şəbəkələrə bağlayır.

Heç kimə sirr deyil ki, “Palmali” şirkəti SOCAR və “Lukoil” şirkətlərinin sifarişləri və biznes tərəfdaşlığı hesabına böyüyüb nüfuzlu şirkətə çevrilmişdi. Biznes tərəfdaşlıqlarındakı dələduzluğuna görə, necə deyərlər, “yediyi qaba tüpürən” Mənsimov əldə etdiklərini də itirməyə məcbur qalır. Ardıcıl olaraq SOCAR və “Lukoil” şirkətləri “Palmali” ilə bütün biznes tərəfdaşlığına son qoyur. SOCAR borcları müqabilində “Suezmax” tipli gəmilərlə yanaşı, “Palmali” şirkətinin əlindəki yüksək tonnajlı gəmilərə əl qoyur. “Sberbank”ın krediti ilə alınan çay tankerləri və kiçik tonnajlı gəmilər “Palmali”də qalır.

Vurğulayaq ki, “Sberbank” “Palmali” şirkətinin nəzarətində qalan gəmilərin hamısına həbs qoyub. Mənsimov isə biznesinin çöküşündən sonra Azərbaycan xalqının və Türk dünyasının rəğbət bəslədiyi şəxslərin adından sui-istifadə edərək özünə çıxış yolu axtarır.

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin adını gəmiyə verməsi Türkiyədəki millətçilərin, daha dəqiq ifadə etsək, “Ülkücü” kəsimin dəstəyini almaq üçün yeni oyunudur. O, bu vasitə ilə Azərbaycan siyasi elitasına təzyiq göstərəcəyinə ümid edir. Necə olur ki, 20 ildir Elçibəyi yadına salmayan Mənsimov birdən-birə onun adını hansısa gəmisinə vermək qərarına gəldi?
Digər tərəfdən, 2015-ci ildə Ukrayna parlamentində ciddi müzakirələrə səbəb olmuş, həmçinin, Ukrayna Prokurorluğu tərəfindən neft qaçaqmalçılığı etdiyi üçün cinayət işi açılan “ADRIATIC MARINER” gəmisinə Liberiya bayrağı çəkərək “MAMMAD AMIN RESULZADEH” adının verilməsi Azərbaycan xalqına lütf yox, xəyanət və məsuliyyətsizlikdir.

SOCAR Azərbaycanın dövlət şirkətidir və Mənsimovun oradan oğurladığı pullar Azərbaycan dövlətinindir, xalqınındır. İndi bu pulları geri ödəməmək üçün Mənsimov hər yola əl atır. Sosial şəbəkələrdə, yaxud muzdlu jurnalistlər vasitəsilə dövlət rəsmilərini təhdid edir, özünü Azərbaycan üçün canıyanan göstərərək, hadisələrdən məlumatsız şəxsləri səhv yönləndirərək, özünü haqlı göstərməyə çalışır. Borcları qarşılığında sabah məhkəmələrin verəcəyi qərarı siyasiləşdirmək üçün siyasi çıxışlar edir.

Uzağa getməyək. Bəs Mənsimov beş-on il öncə harada idi? İndi Mənsimova bir sual vermək istəyirik.

Həmin dövrdə - 2015-ci ildə Ukrayna parlamentinin deputatı Qeraşenko Anton Yurşoviç “Palmali” şirkətinə aid “ADRIATIC MARINER” adlı tankerin neft qaçaqmalçılığı etdiyi iddiası ilə çıxış etmişdi.

Onun həmin hadisə ilə bağlı cinayət işinin açılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Valentin Nalyvaiçenko, Ukraynanın Baş prokuroru Viktor Şokin və Ukrayna parlamentarilərinə müraciəti var, bu gəmi Ukraynanın və bəzi ölkələrin qara siyahısındadır.

Mübariz Mənsimov adı qara siyahıya salınmış 21 illik köhnə gəminin boyasını yeniləyərək, üstəlik, Rəsulzadənin adını verərək, Məmməd Əmin Rəsulzadənin adını əbədiləşdirir, yoxsa onun ruhuna və Azərbaycan xalqının dəyərlərinə hörmətsizlik edir?
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO