“Avtoyol” rəisi Saleh Məmmədov 132 ağacı köğkündən qopardıb- Ulu Öndərin sözlərini unudanlar
Sosial
Oxunub: 1 206
19 in 2019 | 10:09
“Avtoyol” rəisi Saleh Məmmədov 132 ağacı köğkündən qopardıb- Ulu Öndərin sözlərini unudanlar










Bir budaq deyil. bir yarpaq belə qopanda xəbərdar olan Ekologiya və Təbii Sərvətlər nazirliyi bu qədər yaşıllığIn məhv edilməsinə nədən susur?

Mərhum prezident Heydər Əliyevin hər kəsə dərc olacaq çıxışı var: “…O ağacları kəsib oranı baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi? Həmin ağacları bərpa etmək indi olduqca çətindir. Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq - ədalət məhkəməsi qarşısında cavab versinlər. Orada baqqal dükanları tikənlərin, özləri üçün xüsusi mülklər salanların hamısını qovmaq lazımdır, oranı uçurtmaq lazımdır.”

Məsələ ondadır ki, Bakının düz ortasında 132 ağac məhv edilib. Düzdür, baqqalxana və ya dükan yerləri üçün deyil. Yol çəkilir deyə ağaclar qırılıb. Buna görə də məsuliyyət birbaşa “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun üzərindədir.

Qanunvericiliyə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kolun qanunsuz kəsilməsinə, zədələnməsinə və ya məhv edilməsinə görə cəza var.

Azerinfo.az 132 ədəd ağacın necə məhv edilməsini araşdırıb.

Bir müddət əvvəl Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhman Haqverdiyev küçəsinə qədər 800 metr məsafədə yolun genişləndirilməsi ilə bağlı yol tikintisi altına düşən ağacların köçürülməsinə ETSN Dövlət Ekspertiza İdarəsində baxılıb.

Baxış zamanı həmin ərazidə 132 ədəd şəhər yaşıllığına aid ağac- 31 tut, 32 ayland, 5 meliya, 6 qladiya, 2 sərv, 3 şərq çinarı, 10 qarağaç, 4 iydə, 13 göyrüş, 3 ağcaqayın, 10 liqust və sakinlər tərəfindən əkilmiş meyvə ağacları siyahıya alınıb.

Bu ağaclar Azərbaycan Nazirlər Kobinetinin 30 avqust, 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə qaydalara əsasən kök torpağı ilə köçürülməli idi.

Ancaq ağaclar kökündən çıxarılıb və heç yana köçürülməyib.

Hər zaman Heydər Əliyev yoluna sadaqətdən Saleh Məmmədov heç maraqlanmaytıb ki, 132 ağac hara getdi.

Yaşllığın məhvi həmçinin onun köçürülməyə nəzarət etməli olan Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Əlişah Rəcəbovla “qarşılıqlı faydalı” işbirliyi nəticəsində mümkün olub.

O bir faktdır ki, Muxtar Babayev gələndən ölkədə yaşıllıqların məhvi dayanmışdı, onların bərpası istiqamətində müsbət addımlar atılıb.

Ancaq Əlişah Rəcəbov kimi əməkdaşlar nazirliyin gördüyü bütün müsbət işlərin üstündən xətt çəkir.

132 ağac köçürülməyib. Köçürülə də bilməzdi. Bu temperaturda ağacların harasa köçürülməsi mümkün də deyildi.

Demək Muxtar nüəlimə yanlış məlumat verilib.

Xatırladaq ki, bir müddət öncə Azerinfo.az Bakıxanov qəsəbəsində, Yavər Əliyev 4 ünvanında 12 ağacın kəsilməsi haqda ETSN-Ə, o cümlədən birbaşa ƏLİŞAH Rəcəbova məlumçat vermişdi. Cavab gəldi ki, guya iş araşdırılır, günahkarlar məhkəməyə verilib və s.

Ancaq aldığımız məlumatya görə cinayəti törətmiş şəxslərə qarşı heç bir tədbir görülməyib. Niyəsi isə bir Əlişah Rəcəbova məlumdur.

Mövzuya qayıdacağıq.

P.S. Azerinfo.az olaraq bildiririk ki, Ağacların köçürülməsi 25 dərəcədən yuxarı isti olduqda köçürmək olmaz, çünki ağaclar quruyub, məhv olacaq və bu ağaclar Avtomobil Yolları Dövlət Agentliyi və digər idarələr tərəfindən yox, mütəxəsislər tərəfindən köçürülməlidir.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi