Milyonların sərf olunduğu keyfiyyətsizlik... - İTTİHAM
Sosial
Oxunub: 540
25 in 2019 | 18:00
Milyonların sərf olunduğu keyfiyyətsizlik... - İTTİHAM














Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb.

2016-cı ildə bu qəzaların sayı 62 faiz, 2017 və 2018-ci illərdə isə 67-69 faiz faiz olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir.

İnzibati və ictimai qurumların maariflədirmə işləri ilə yanaşı, son illər Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlər də yol qəzalarının sayını azalda bilmir, əksinə, bu neqativ hal artan templə davam etməkdədir.

Bakı şəhərində avtomobil qəzalarının artması, xüsusən də bu qəzaların daha çox gecə saatlarında baş verməsi digər bir məqamı gündəmə gətirirb. Səslənən iddialara görə yollarda gecə saatlarında avtomobil qəzalarının artmasının əsas səbəblərindən biri yol xətlərinin düzgün və keyfiyyətli olmamasıdır.

Qlobal.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.

Əldə etdiyimiz məlumata görə Bakı şəhərində yollara vurulan boyalar qısa zaman ərzində keyfiyyətini itirir. Normal hallarda yenilənmiş xətlər asfalt üzərində minimum 400 gün qalmalı olduğu halda Azərbaycanda bu xəttlərin ömrü 60-80 gün olur.

Gecələr yollardakı xətlərin avtomobil işıqlarında əks olunmaması və yağışdan sonra çürüməsi yollarda istifadə olunan boyaların normativlərə cavab verməməsini aydın göstərir.

Qeyd edək ki, Avropa ölkələrində, qonşu Gürcüstan və İranda son zamanlar yolların rənglənməsində daha çox fosforlu boyalardan istifadə edirlər.

Bakı şəhərinin yollarının xətlənməsini son illər Nazirlər Kabineti yanında "Bakı Nəqliyyat Agentliyi" MMC-nin sifarişi ilə "YOL Xətt" MMC həyata keçirir.

Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi "Yol Xətt" MMC ilə 2017-ci ildə ümumi məbləği 4 mln. 843 min 923,6 manat olan iki müqavilə imzalayıb.

Bakı Nəqliyyat Agentliyi ilə "Yol Xətt" MMC-nin işbirliyi 2018-ci ildə də davam edib.

Belə ki, 2018-ci ilin sentyabr ayında yenə də bu iki şirkət arasında yol xətlərinin çəkilməsi predmeti üzrə iki müqavilə imzalanıb.

Müqavilələrin ümumi dəyəri isə 6.245.674 manatdır. (Yol xətlənməsi işləri - ağ və sarı xətlərin çəkilməsi - 5.338.726 manat + Yol xətlənməsi əl işləri - 906.948)

"Yol Xətt" MMC eyni zamanda sənaye nişanlarının istehsalını həyata keçirir. Şirkətin rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur.

Onu da qeyd edək ki, hər iki qurum il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlətməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir.

Bu barədə adıçəkilən qurumların saytlarında da heç bir informasiya yoxdur.

Qlobal.az məsələ ilə bağlı BNA-dan və "Yol Xətt" MMC-dən mövqe öyrənməyə çalışsa da, heç bir qurumdan cavab verilmədi.

Xatırladaq ki, bu il "Yol Xətt" MMC-nin rəhbəri Zaur Həsənov Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE