Lombardan pul götürənlərin DİQQƏTİNƏ! – Yeni qanuna görə…
Sosial
Oxunub: 530
29 in 2019 | 12:16
Lombardan pul götürənlərin DİQQƏTİNƏ! – Yeni qanuna görə…













Lombardların büdcəyə ödəyəcəyi vergilərin həcmi artacaq.

Ölkədə qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyət göstərir. Bəzi vətəndaşlar sosial problemlərini həll etmək üçün lombardlara üz tuturlar. Bəzən isə lombard və vətəndaşlar arasında müəyyən problemlər yaşanır.

Görəsən, qəbul olunan yeni qanun bu problemləri həll edəcəkmi?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, lombardların fəaliyyətinin hansısa tənzimləyici qanunlarla daha effektiv olacağına inanmaq bir qədər sadəlövh yanaşmadır:

“Lombardların fəaliyyətinin Milli Məclis səviyyəsində müzakirəyə çıxarılması ciddi problemlərin olduğunu isbat edir. Bu problemlərin həlli ilə bağlı məsələyə sistemli şəkildə yanaşmaq lazımdır. Çünki məlum problemlər bütövlükdə pul-kredit siyasəti və bank sektoru ilə birbaşa bağlı olan çətinliklərə söykənir. Bu gün kreditə ehtiyac duyan vətəndaşlar maliyyə və kredit resurslarına adekvat çıxış imkanına sahib olsaydı, lombardlar öz şərtlərini diqtə edə bilməzdi. Lombardların yüksək faiz dərəcəsi tətbiq etməsi, bəzi hallarda qoyulan qiymətli əşyaların itirilməsinə səbəb olur.

Lombardlar iqtisadi inkişaf və sosial durumla bağlı çətinliklər yaşadır

Bu gün kreditlər banklar tərəfindən verilsəydi, iqtisadi inkişafa müsbət təsir edərdi. Hazırda lombardlar tərəfindən yüksək faizlərlə verilən kreditlər biznes prosesini inkişafdan saxlayır. Sosial baxımdan isə əhali üçün ciddi itkilərə səbəb olur. Bu baxımdan yeni qayda müsbət və dayanıqlı effektə malik olmayacaq.Lombardan pul götürənlərin DİQQƏTİNƏ! – Yeni qanuna görə…Lombarda yüksək verginin tətbiq edilməsi vətəndaş üçün zərərli olacaq

Yeni qanuna əsasən, lombard ödəniləcək verginin məbləğini vətəndaşdan çıxarmağa çalışacaq. Nəticədə kreditləşmə daha da bahalaşacaq. Lombardın vergiyə cəlb olunması mümkün ola bilər. Bir şərtlə, vergi məbləği lombardın öz mənfəətindən tutulsun. Yəni, lombardın kredit göstəricisinə əsasən təyin olunmamalıdır.

Lombardların fəaliyyətinin qarşısını almaq üçün bank sektorunda faiz dərəcələri yumşaldılmalıdır

Bank sektorunda ayrılan kreditlərin faiz dərəcələri təyinata uyğun fərqli olmalıdır. Bütün iqtisadiyyatı eyni faiz dərəcəsi ilə maliyyələşdirmək doğru addım deyil. Bank sektorunda islahatların aparılması vacibdir. Nəticədə faiz dərəcələri aşağı düşə bilər. Əks halda lombardların istehlakçılara qarşı qeyri-obyektiv və sağlam məntiqə söykənməyən tətbiqetməsini ləğv etmək çox çətin olacaq. Lombardlar banklarda faiz dərəcələrinin yüksək olmasından sui-istifadə edir. Bu gün lombardlar 30%-ə çatan kreditləşdirmə həyata keçirirlər. Real sektorun heç bir sahəsində bu dərəcədə rentabelli göstərici mövcud deyil. Kreditləşmə iqtisadiyyata uyğun aparılmalıdır ki, lombardların fəaliyyətinin qarşısı alınsın”.

Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Lombardlar haqqında” qanun layihəsi qəbul olunub. Lombardların fəaliyyətinin Qanunla tənzimlənməsi lombard istehlakçılarının hüquqlarının qorunması üçün nəzərdə tutulur.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər