Teyyub Hüseynovun dana monopoliyası... - İTTİHAM
Sosial
Oxunub: 571
1 iy 2019 | 21:53
Teyyub Hüseynovun dana monopoliyası... - İTTİHAM













Söhbət danadan düşmüşkən, əsas mövzuya keçməzdən öncə az qala milli problemə çevrilən dana, danabaş məsələsinə ötəri nəzər salaq.Hamının yaxşı yadındadır ki, 70 il və əslində elə bu gündə övladlarımızın ilk oxu kitabı belə başlayıb: "Dadaş dana otarır". Niyə "Dadaş təyyarə sürür, Dadaş kosmosa uçur, Dadaş mühəndis olmaq istəyir və s " yox, məhz "Dadaş dana otarır" olmalıdır. Dana otarmaq yazıq Dadaşın alnına-qaşqasına yazılıb?Sonra da deyirik ki, bu balaca ölkədə bu qədər danabaş hardandır?

Bəli, bu gün ölkədə ən böyük problem dana(lıq) problemidir. Bu düşüncənin sahibləri hələ də imkan vermir ki, müstəqil ölkəmizdə sözün həqiqi mənasında sağlam rəqabət mühiti olsun, azad bazar formalaşsın, inhisarçılıq aradan qalxsın. Təsəvvür edirsiniz, ölkəmiz az qala 30 ildir müstəqilik əldə edib, amma hələ də "Rəqabət Məcəlləmiz" yoxdur. Bu isə bəzi monopolistlərə imkan verir ki, hər şeyi, torpağı, meşəni, suyu, dənizi, hətta dananı inhisara alsınlar.

Belə inhisarçılardan biri də 1966-cı ildə Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda "Timur", Azərbaycanda "Peykan" ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd oğludur. Maraqlıdır şairlərin təxəllüs götürməsini, inqilabçıların gizli ləqəblə (məsələn, Stalinin "Koba" ləqəbi) fəaliyyət göstərməsini bilirdik, amma dana alverçisinin ləqəblə, özü də iki ləqəblə çalışması gülüncdür. Görəsən Teyyub Məhəmmədoğlu kimdən gizlənir?

Nə isə keçək əsas mövzuya. NUH.az-a daxil olan məlumata görə, Teyyub Hüseynov Ukrayna Respublikasında "Brodi MİT EKSPORT" şirkətini yaradaraq ( direktor Teyyubun adamı Pərvizdir) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Necə ?

Məlumdur ki, Rusiya və Ukrayna arasında siyasi münasibətlər gərginləşəndə hər iki tərəf qarşılıqlı sanksiyalar tətbiq etdi. Və Ukrayna məhsullarının Rusiya ərazisindən tranziti əngəlləndi. Bundan istifadə edən Teyyub Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını yaradıb. Və qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə Azərbaycana ixracına tam nəzarət edir. İndi isə Teyyub Hüseynovun dana monopoliyasının mexanizminə diqqət edək. Hər birinin orta çəkisi 300-400 kq olan 80 baş diri heyvanın olduğu bir maşın üçün sahibindən 7500 dollar alan Teyyub malın Azərbaycana ixracına Allah qoymasa "xeyir-dua" verir. Hansı ki, həmin yükün su yolu ilə (paromla) gətirilməsi 1500 dollara başa gəlir.

Düzdür paromla məhsul bir həftəyə, uzağı 10 günə Azərbaycana çatır. Peykan ləqəbli monopolist isə diri mal-qaranı 2 günə Azərbaycana çatdırır. Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay 275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar. Son 5 ildə bu monopoliya Teyyub Hüseynovun əlindədir, deməli o qeyri-qanuni yolla 16, 5 milyon dollar gəlir əldə edib.

Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu xərci "Peymanın rüsumu"na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə, 55 qəpik rüsum alır. Söhbət bir diri dananın Azərbaycana gətirilməsindən gedir, təmiz çəkidən yox. Qoy oxucu bilsin ki, bizim məqsədimiz kiminsə pulunu saymaq deyil. Amma hər şey qanuni olmalıdır. Və kasıb azərbaycanlı da heç olmasa ayda bir dəfə uşağına 1-2 kq ət ala bilməlidir.

Əslində ətin bu gün real dəyərindən çox yüksək olmasının səbəbi Peyman kimi monopolistlərdir. Yazdıqlarımıza şübhə edənlər gömrüyün rəsmi statistikasını qaldırıb BRODİ MİT EKSPORT şirkətinin son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Sonra da DGK sədri hörmətli Səfər Mehdiyev deyir ki, bizdə inhisar yoxdur, inhisar olsa istefa verərəm. Cənab Mehdiyev! İstefa vermək lazım deyil. Möhtərəm Prezidentimiz İlham Əliyevin buyurduğu kimi inhisarçılığa qarşı qəti mübarizə aparmaq lazımdır. Bu iqtisadiyyatımızın qara yarasıdır.

NUH.az-a daxil olan məlumata görə, Peykan öz müştərilərinə deyir ki, Ukraynadan mallar ancaq Azərbaycanda fəaliyyət göstərən RETRO şirkətinin adına göndərilə bilər. BRODİ ilə RETRO arasında müqavilə var.Teyyub Hüseynovun tez-tez RETRO şirkətinin adını hallandırması da səbəbsiz deyil. Görəsən RETRO şirkətinin rəhbərliyinin Teyyubun əməllərindən xəbəri varmı? Bu məsələyə növbəti yazıda toxunacağıq.

Məlumat üçün onu da qeyd edək ki, 4 il əvvəl Peykanın Bakıda başqa bir şirkəti fəaliyyət göstərirdi. Şirkətə Teyyubun Elsevər adlı dostu rəhbərlik edirmiş. Qanunsuz əməllərinə görə, Elsevər hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və həmin vaxt Teyyubun da həbsi qaçılmaz olub, ancaq Teyyub aradan çıxa bilib. Və bu olaydan sonra Teyyub özünə çətir axtarıb.Teyyub öz əməllərini gizlətmək üçün tanınmış şəxslərin guya onunla şərik olduğunu, hətta qazancın ona az qaldığnı da deyir. Belə şəxslərdən biri də tanınmış hüquq alimi, Rusiyanın prezidenti Vladimir Putinin tələbəlik dostu hörmətli İlham Rəhimovdur.

Görəsən Teyyub özü inanırmı ki, nəhəng dövlətin rəhbəri ilə səmimi münasibətləri olan İlham Rəhimovun dana alverçisi ilə əməkdaşlığı gülünc söhbətdir..Sonda bu məsələ ilə bağlı düşünürük ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həm Rusiya prezidenti Vladimir Putinlə olan çox yüksək münasibətləri, eyni zamanda Ukraynanın yeni rəhbərliyi ilə xoş münasibətləri imkan verir ki, yuxarıda qeyd etdiyimiz monopoliya aradan qaldırılsın və ölkəmizə diri mal-qara ixracı qanuni müstəvidə olsun. Onda süni qiymət artımı da olmaz və əhalimiz məmnun olar.

Biz NUH.az olaraq yaxın zamanda Teyyub Hüseynovun Ukraynada qanunsuz fəaliyyət göstərən şirkətləri barədə Ukrayna prezidenti cənab Vladimir Zelenskiyə müraciət etməyi düşünürük.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...