1-07-2019, 15:53 Oxunub: 607

Bakıda bu istirahət mərkəzləri cərimələndi — Hovuza görə

Bakıda bu istirahət mərkəzləri cərimələndi — Hovuza görə














Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, növbəti tədbir iyunun 27-də paytaxtın Səbail rayonu ərazisində keçirilib. Reyd zamanı “Eldorado”, “Aqua Park” və “1001 gecə” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkar olunub.

Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bakıda istirahət mərkəzi cərimələndi Bakıda istirahət mərkəzi cərimələndi Sosial Bakıda məşhur restoranlar cərimə edildi - SİYAHI Bakıda məşhur restoranlar cərimə edildi - SİYAHI Sosial Bu çimərlikləri işlədən şəxslər cərimələndi — SİYAHI Bu çimərlikləri işlədən şəxslər cərimələndi — SİYAHI Sosial Ekologiyanı korlayanlar 65 min cərimləndi Ekologiyanı korlayanlar 65 min cərimləndi Hadise Qanunsuz ağac kəsən 15 nəfərə cinayət işi açıldı Qanunsuz ağac kəsən 15 nəfərə cinayət işi açıldı Kriminal