Restoran və şadlıq evlərinin FƏNDİ: - “Müştəriləri qəsdən didərgin salırlar”
Sosial
Oxunub: 506
5 iy 2019 | 19:17
Restoran və şadlıq evlərinin FƏNDİ: - “Müştəriləri qəsdən didərgin salırlar”

Psixoloji tərəfdən yanaşılsa, toy məclislərində ,əsasən də kafe və restoranlarda musiqinin yüksək səslə verilməsi insanların narahatlığına səbəb olur. Akustikanın nəzərə alınmaması, insanlarda - əsasən də yaşlı nəslin nümayəndələrində yüksək təzyiq və əlavə həyəcanla nəticələnir. Yüksək səsin olması qulaqda bir müddət cingiltinin yaranmasına da yol açır.

Məkanlarda bu qədər səsin verilməsinin səbəbi nədir?

Məsələyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az saytına danışarkən aydınlıq gətirib.

“Bizə gələn şikayətlər, apardığımız monitoriqlər birmənalı şəkildə onu göstərir şadlıq evlərində, kafe- restoranlarda strategiya ona yönəlib ki, qonaqlar tez çıxıb getsinlər”.

E.Hüseynov deyir ki, səs, temperatur, personalın xidməti, stolların sıxlığı və s. arada aydın bir alqoritm yaradır.

“Məkan sahibləri düşünürlər ki, hansı alqoritmlı hərəkət edək ki, insanlar tez çıxıb getsinlər... Ona görə də bu kimi fəndlərə əl atırlar ki, insanlar orada çox otura bilməsinlər. Nəticədə qalan qida restoran sahibinin xeyrinə hesablansın. Burada böyük istehlakçı hüquqlarının pozulması faktı da özünü göstərir”.

AİB sədri deyir ki, məkanlarda musiqinin səsini məqsədli şəkildə yüksək verirlər ki, insanlar səsin təsirindən bezsinlər. Bu hal əlavə qidanın qalmağına və yeni bir müştərinin gəlməyinə şərait yaratmış olur:

“İki il bundan öncə dövlət orqanları şadlıq evləri üçün standartlar hazırladı. Ancaq standartlara əməl edən olmadı. Yeməyin hazırlanmasından, saxlanmasından, akustikadan tutmuş hər şey şadlıq evlərinin sahibləri tərəfindən həyata keçirilir. Və nəticədə istehlakçının orda heç bir hüququ qalmır. İstehlakçı tələb etsə belə, məsələn, desə ki, plovu birinci olaraq gətir, ona nail ola bilməyəcək. Hansı ki, istehlakçının seçim hüququ var və pulu verən də odur”.

E.Hüseynovun fikrincə, bir qayda olaraq, şadlıq evlərində istehlakçılara ödədiyi böyük miqdarda pulun əvəzində qəbz də vermirlər.

“Vergidən yayınma halları da danılmaz bir faktdır. İqtisadçılarla bununla bağlı hər zaman mübahisəm olur. Söyləyirlər ki, bu, ən effektli və pul qazandıran bir işdir. Bir qat pul qoyursan, 2-3 saatdan sonra 3 qat pul qazanırsan. Onlar ancaq özlərin fikirləşirlər ki, insanlardan necə pul qoparmaq olar. İstehlakçının hüquqlarının pozulması heç veclərinə də deyil”,- Eyyub Hüseynov bildirib.

AİB sədri: “Heç şahidi olmusunuz ki, hansısa dövlət qurumundan nümayəndə gəlsin və səsin normada olmasını tələb etsin? Dövlətin bu sahədə siyasəti çox zəifdir.

Bir fakt da var ki, saxta mallar da insanlara təqdim olunur, orijinal və keyfiyyətli ad altında.

Dünən bizə bir şikayət daxil olub. Gəncədə “Səma” şadlıq sarayında məşhur “Slavyanka” sularını restoranın “podvalında” özləri hazırlayır, insanlara brend adı altında təqdim ediblər”.
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”