Azərbaycanda intizamsız sürücülərlə yeni mübarizə üsulu
Sosial
Oxunub: 1 643
16 in 2015 | 15:27
Azərbaycanda intizamsız sürücülərlə yeni mübarizə üsulu
























Yol polisi xəbərdarlıq edib

Azərbaycanın yol polisi qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən intizamsız sürücülərlə mübarizənin daha effektli olması üçün onların törətdikləri əməllərinin ictimailəşdiriləcəyi barədə xəbərdarlıq edib.

Azerinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında deyib ki, son vaxtlar qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan sürücülərə tez-tez rast gəlinir:

“Görünür, bəzi intzamsız sürücülər elə düşünürlər ki, yol polisi əməkdaşlarının diqqəti yalnız ölkəmizdə keçirilən ilk Avropa Oyunları ərəfəsində nəqliyyatın hərəkətinin tənzimlənməsinə və tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib. Lakin bu cür fikirləşənlər yanılırlar.

Çünki tədbirlə əlaqədar yoldakı əməkdaşın qaydaları pozmuş sürücünü cəzalandırması bəzi vaxtlarda mümkün olmasa da, müşahidə kameralarının qeydə aldığı görüntülərə monitorlar vasitəsi ilə nəzarət edən əməkdaşlar bunu nəzərdən qaçırmırlar və təkcə bu ilin əvvəlindən 8900-dək, iyunun 1-dən bu günədək isə 600 sürücü qarşı hərəkət zolağına çıxdığına görə məsuliyyətə cəlb edilib”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri intizamlı olmağa, xəta törətməklə digər hərəkət iştirakçılarına təhlükə yaratmamağa, eləcə də şəhərimizdə coxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırıb:

“Belə çağırışlara məhəl qoymayan, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücülərə qarşı qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək və həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq”.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR