11-07-2019, 20:43 Oxunub: 224

İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM

İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM














«Yerli meyvə-tərəvəzin çoxdan bazara çıxarılmasına baxmayaraq, onların qiyməti hələ də düşmür və əhali bahalıqdan narazılıq etməkdə haqlıdır». DİA.AZ bildirir ki, işadamı, iqtisadçı Nazim Bəydəmirli belə deyir və bunun səbəbini məmur inhisarında görür.

N.Bəydəmirli bugünlərdə Kənd Təsərrüfatı Nazirliyi yanındakı «Aqrar-Ticarət» qurumunun Afrikaya gilas ixrac etməsi ilə bağlı informasiyaya rast gəldiyini söyləyir: «Görünür, Afrikaya ixraca o qədər tələb var ki, bizdə gilasın qiyməti sıçrayışla yüksəlib».

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin və müxtəlif qurumların dövlət büdcəsi hesabına bizneslə məşğul olması nəticədə bu cür bahalaşmaya səbəb olur. İqtisadçı bildirir ki, dövlət qurumlarının bizneslə məşğul olması məmurlara öz inhisarını qurmaq fürsəti verir, əslində, bu iş birbaşa sahibkarlara həvalə olunmalı, onların bazar, yarmarkalara çıxışları asanlaşdırılmalıdır.

N.Bəydəmirliyə görə, meyvə-tərəvəzçiliklə məşğul olan kəndlilərin ucuz kredit resursuna çıxışının olmaması da qiymətlərin artmasında böyük rol oynayır.

Bu il Azərbaycanda meyvə-tərəvəz ötən illərlə müqayisədə çox bahadır. Kənd təsərrüfatı mütəxəssislərindən bunu hava şəraitinin əlverişsiz keçməsi, mövsümün 15 gün gecikməsi ilə izah edənlər də var. Amma bəzi ekspertlər bu qənaətdədir ki, kəndlinin bazara, kənd təsərrüfatı yarmarkalarına birbaşa çıxışına imkan yaradılmaması, bu sahədə də inhisarın mövcudluğu qiymət artımına səbəb olur.
Mövsümi meyvələrin qiyməti “dodaq uçuqladır”- Səbəblər… Mövsümi meyvələrin qiyməti “dodaq uçuqladır”- Səbəblər… Iqtisadiyyat Azərbaycan Afrikaya sülhməramlılar göndərəcək Azərbaycan Afrikaya sülhməramlılar göndərəcək Siyaset Mövsümi kənd təsərrüfatı məhsulları bahalaşıbmı? Mövsümi kənd təsərrüfatı məhsulları bahalaşıbmı? Iqtisadiyyat Rəsmi dövlət qəzeti Heydər Əsədovu Rəsmi dövlət qəzeti Heydər Əsədovu "vurdu": "Hanı edilən güzəştlərin nəticələri?" Sosial Türkiyədə dənəsi 10 lirəyə satılan alça bizdə neçəyədir? Türkiyədə dənəsi 10 lirəyə satılan alça bizdə neçəyədir? Sosial