11-07-2019, 18:54 Oxunub: 268

Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA

Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA













Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə üzrə pensiyaların hesablara köçürülməsinə başlayıb.

Cebhe.info xəbər verir ki, paytaxt da daxil olmaqla, artıq bir sıra yerlərdə vəsaitlər təqaüdçülərin hesabına köçürülüb. Məbləğlər isə əvvəlki qayda ilə hesablara köçürülüb və Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 1-dən etibarən qüvvəyə minən qanun yenə də icra olunmayıb.

Xatırladaq ki, sərəncama əsasən, I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq, 73 manatdan 100 manata çatdırılır. Həmçinin, sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə 50 manat məbləğində aylıq təqaüdün təsis edilməsini nəzərdə tutur. Beləliklə, aprelin 1-dən I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında ümumilikdə 300 manat ödənilməlidir. Bu da əvvəlki məbləğlə müqayisədə 145 manat və ya 93,5 faiz çoxdur.

Eyni zamanda sərəncama əsasən, həmin vaxtdan sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılıb.

Təqaüdlərin hesablara köçürülməsi üçün tələb olunan sənədlər artıq ərazi üzrə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilsə də, arıq 4 aydır ki, ölkə başçısının sərəncamı icra olunmur.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdlərin niyə hələ də ödənilməməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmır.
Əlillərə qulluq edənlərin Prezident təqaüdü necə veriləcək? – Nazirlik AYDINLIQ GƏTİRDİ Əlillərə qulluq edənlərin Prezident təqaüdü necə veriləcək? – Nazirlik AYDINLIQ GƏTİRDİ Sosial Bu şəxslər ayda 400 manat alacaqlar – Nazirdən AÇIQLAMA Bu şəxslər ayda 400 manat alacaqlar – Nazirdən AÇIQLAMA Sosial Müavinətlər artımdan əvvəl nə qədər olub? – ARAYIŞ Müavinətlər artımdan əvvəl nə qədər olub? – ARAYIŞ Sosial Prezident sosial müavinətləri artırdı – SƏRƏNCAM Prezident sosial müavinətləri artırdı – SƏRƏNCAM Sosial Pensiya, müavinət və təqaüdlərdə artım tempi məlum oldu Pensiya, müavinət və təqaüdlərdə artım tempi məlum oldu Sosial