AQTA möhtəkirliyin keşikçisi rolunda... - “Qurumun məqsədi qida təhlükəsizliyi deyil”
Sosial
Oxunub: 460
15 iy 2019 | 16:18
AQTA möhtəkirliyin keşikçisi rolunda... - “Qurumun məqsədi qida təhlükəsizliyi deyil”

Yağ bazarında son illər ərzində formalaşan vəziyyət ürəkaçan deyil. Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu deyib. O bildirib ki, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarı normadan yuxarı olub. Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağ ekspertizaya cəlb olunub:

“Təəssüf hissi ilə qeyd edim ki, həmin nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub. Trans yağlar insan orqanizmində çətin əriyir və ya ərimir. Bu isə insan orqanizmi üçün ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin riskini 21 faiz, ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər".

Məlumat üçün qeyd edək ki, yağ əhalinin ən çox istehlak etdiyi 10 qida məhsulundan biridir. Əmək qabiliyyətli əhali üçün minimum istehlak səbətinə il ərzində adambaşına yeddi kiloqram kərə yağı daxildir. Azərbaycanda 30 növdən çox kərə yağı satılır ki, bunun da hansının əsl kərə yağı olmasını müəyyən etmək istehlakçı üçün əsl işgəncədir. Ümumiyyətlə, kərə yağının keyfiyyət və qiymət istehsalat bazarında daim ciddi problemlər yaradıb.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, qurumun rəhbəri bu yağların adını ictimaiyyətdən sirr kimi saxlayıb. Ağıla gələnlərdən biri budur ki, Qoşqar Təhməzli istehsalçı hüquqlarını nəzərə alaraq bu yağların adlarını açıqlamayıb. Amma bir tərəfdə bir neçə istehsalçı varsa, digər tərəfdə sayı milyonlarla olan istehlakçı var. Təəssüf ki, AQTA bu gün yararsız məhsullar istehsal etməsinə rəğmən bu işbazların maraqlarını qorumaqdan, istehlakçı hüquqlarını isə heçə saymaqdan çəkinmir. 5-10 “istehsalçı”ya görə 10 milyonluq Azərbaycan əhalisi təhlükəyə atılır.

Qeyd edək ki, Azərbaycanda mənfi rəy almış məhsulların adlarının açıqlanması nümunəsini dünən Səhiyyə Nazirliyi ortaya qoydu. Belə ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin may - iyun aylarında 27 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib. Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir. Deməli, ortada müsbət təcrübə də var və AQTA, ən azından bu müsbət təcrübədən yararlana bilır.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, AQTA qida təhlükəsizliyi sahəsində çox maraqlı mövqeyə malikdir:

“Qurumun əsasnaməsində nəzərdə tutulan funksiyaların yerinə yetirilməsi artıq yaddan çıxıb. Əgər bu gün hər hansı bir qida məhsulunun yararsız olduğu aşkarlanıbsa, istənilən hökumət qurumu onu bəyan etməlidir. Amerikada, Avropada, dünyanın inkişaf etmiş ölkələrində hökumət istehlakçı boykotundan istifadə edir. Yəni sahibkarın hansısa çeşiddəki məhsulu az və ya çox dərəcədə keyfiyyətsizdirsə, onların adı dərhal ictimaiyyətə açıqlanır və cəmiyyət bu məhsulları boykot etməyə çağırılır. Hansı istehsalçı hüququnun müdafiəsindən söhbət gedə bilər ki, o sahibkarlar vətəndaşları zəhərləyir?! İstehsalçının hüququ olduğu kimi, istehlakçının da hüquqları var. 12 sahibkarın istehsal etdiyi keyfiyyətsiz məhsul 10 milyon əhalini zəhərləməlidir? Sahibkarlar və onların istehsal etdiyi məhsulların adları dərhal ifşa olunmalıdır. Bu cür açıqlamalar cəmiyyətdə AQTA-ya etimadı artıra bilər. Məhz elə həmin konfransda Qoşqar Təhməzli cəmiyyətin onlara etimadının olmadığından da gileylənmişdi. Vətəndaşlar onlarla əməkdaşlıq etmək istəmir. Qida təhlükəsizliyinin təmin edilməsinin çox müxtəlif variantları var. Əsasnaməyə əsasən, fermadan və ya tarladan istehlakçının masasına qədər qida məhsullarına AQTA nəzarət etməlidir. Agentlik təkbaşına bu qədər fermaya, fermerə, sahibkara nəzarət edə bilməz. Sadəcə olaraq, vətəndaş cəmiyyətinin dəstəyi ilə bu nəzarəti təşkil etməlidir”.

“AQTA -nın məqsədi qida təhlükəsizliyi deyil”

Analitikin sözlərinə görə, AQTA-nın yaydığı yarımçıq informasiyalar, atdığı addımlar qurumun məqsədinin qida təhlükəsizliyini təmin etmək olmadığını göstərir:

“Qoşqar Təhməzli bazarda “nehrə yağı” adı altında markasız, ticarət nişanı və istehsalçının adı olmadan 5 manata satılan yağlardan da danışıb. Bundan sonra 5 manata nehrə və yaxud kərə yağı satan sahibkarlar dərhal qiyməti 10 manata qaldırır. Bu zaman 5 manata satılan adsız yağları necə müəyyən etmək olar? Elan edirlər ki, enerji içkilərinin tərkibində 32 millidən artıq kofein varsa, yararsızdır. Amma hansı şirkətin istehsal etdiyi məhsulda kofeinin miqdarı çoxdur, onu elan etmirlər. Yəni yarımçıq informasiyalar verilir. Hesab edirəm ki, yarımçıq informasiyalar qəsdlə verilir. Bir neçə gün əvvəl AQTA geni modifikasiya edilmiş 30 adda bitkinin adını açıqlamışdı. Həmin informasiyanın əvvəlində yazılır ki, AQTA GMO-lu bitkilərin adını açıqladı. Siyahıya qədər yazılan 5-6 cümlə GMO-lu bitkilərin lobbiçiliyinə yönəlib. Qeyd olunur ki, dünyada 500 araşdırma aparılıb, heç birində GMO-nun insan orqanizminə mənfi təsiri qeydə alınmayıb. İnformasiya ilə tanış olduqca aydın görünür ki, agentlik GMO-nun təbliğatını aparır. Halbuki ölkə qanunvericiliyinə görə, GMO-lu məhsul idxal etmək qadağandır. İndi bilmək olmur qanunu qəbul edənlər səhvdir, yoxsa AQTA? Bu agentliyin fəaliyyətində ziddiyyətli məqamlar kifayət qədərdir. Hesab edirəm ki, bu agentliyin fəaliyyətində dəyişiklik etmək lazımdır. GMO-lu meyvələrin lobbiçiliyini aparan, onu zərərsiz məhsul kimi dünya dövlətlərinə təqdim edən bir mafiya var. Həmin mafiyalar müxtəlif ölkələrin bəzi strukturlarını müəyyən vasitələrlə ələ almağa çalışır”.
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya