“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”
Sosial
Oxunub: 579
16 iy 2019 | 10:47
“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”

Azərbaycanda 8 il bundan qabaq maliyyə tutumuna və miqyasına görə böyük səs-küyə sahib olan bir layihənin təməli qoyuldu. “Qafqazinfo” xəbər verir ki, 2011-ci ildə “Avesta” şirkəti 100 milyardlıq “Xəzər adaları” layihəsini ortaya qoyaraq dənizdə yeni bir ada şəhərin salınacağının anonsunu verdi. Burada 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Bunun üçün lazım olan bütün infrastrukturların qurulacağı da planda öz əksini tapmışdı.

Şirkətin prezidenti İbrahim İbrahimov (Hacı İbrahim) o zaman bildirmişdi ki, layihənin həyata keçirilməsinə Amerika, Türkiyə, ərəb və Çin investorları maraq göstərirlər. Hətta bu dövrlərdə bir neçə xarici şirkətin rəhbərlərinin layihəyə yatırım edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. 2013-cü ilin oktyabrında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı da olub. Ancaq bu proyektin inşası 2015-ci ildə dayandırıldı. Buna səbəb layihənin icraçısı olan İbrahim İbrahimovun müflis olması idi. Məlum oldu ki, o, dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ndan götürdüyü 1 milyard dollara yaxın vəsaiti təyinatı üzrə xərcləməyib. Layihə rəhbəri “Beynəlxalq Bank” işi məsələsində ödəmədiyi borcuna görə cinayət məsuliyyətinə də cəlb olunmuşdu. O, borcunu ödəmək şərtiylə sərbəst buraxılıb.
“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”

Bu günlərdə də iş adamı mətbuata verdiyi açıqlamada “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını vurğulayıb. Ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.

Qeyd edək ki, zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib.

Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.

Elə bu ərəfədə Rusiyanın “RBK” kanalı “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan “Azərbaycan” qülləsinin ( 1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib. Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib.



Bu xəbərlə birgə Hacı İbrahimin də verdiyi açıqlama üst-üstə düşdüyünə görə, bu dəfə başıbəlalı layihənin gerçəkləşməsinin mümkünlüyü gün üzünə çıxır.

Bəs, bu layihənin belə tez başa çatması mümkün ola bilərmi? Növbəti dəfə layihənin fiaskoya uğramaq riskləri varmı? Pul layihəyə haradan cəlb olunacaq?

Bu suallarla “Qafqazinfo” layihənin təhvil verildiyi Azərbaycan Sənaye Korporasiyasına müraciət edib.

Sözügedən quruma bir neçə sualla müraciət etsək də, qısa cavab göndərilib. Bildirilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib. “Yeni şəhər” kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra, layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək.

“Xəzər adaları”nın adı dəyişdirildi - Başıbəlalı layihəyə “gün doğdu”


Milli Məclisin deputatı Vahid Əhmədov da “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən layihəylə özü tanış olub: “Orada çox böyük işlər görülüb. İşlərin ağır hissəsi görülsə də, müəyyən işlər hələ də qalıb. Şirkət rəhbəri borclu olduğu üçün layihə satılıb və Azərbaycan Sənaye Korparasiyasına təhvil verilib. Yəqin ki, layihənin üzərində işləyəcəklər. Kreditlər cəlb edəcəklər. Həmin layihəni axıra qədər başa çatdıracaqlar. Bu, çox gözəl bir layihədir. Sözügedən layihənin inkişaf etdirilməsi Azərbaycanda bir sıra sahələrin, o cümlədən, turizmin inkişafına da təsir edəcək. Yəqin hökumət belə bir qərar qəbul edibsə, onun tikintisinin davam etdirilməsi nəzərdə tutulur. Bu layihəyə vaxtilə xaricdən də maraq göstərənlər olub. Sonradan kredit borcu ilə bağlı problemlər ortaya çıxdı və məsələ yarımçıq qaldı. Hesab edirəm ki, rəhbərlik tamamilə düzgün qərar qəbul edərək həmin layihəni təhvil verdi. Azərbaycanda həm əhatə dairəsi, həm böyüklüyü, həm də maliyyə tutumu baxımından bundan böyük layihə görməmişəm. Onu başa çatdırmaq çox vacibdir”.
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO