Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf...
Sosial
Oxunub: 484
16 iy 2019 | 21:50
  Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf...

Tədris ilinin 2 həftə uzadılması ilə bağlı gözləntilər özünü doğrultmadı.

Belə ki, məsələni gündəmə gətirən təhsil naziri Ceyhun Bayramov məsələdən danışarkən əvvəl Azərbaycanda 32 həftəlik tədris ilinin olduğunu bildirmiş və rəhbərlik etdiyi qurumun monitorinqlər apardığını qeyd etmişdi:

“Bu müddətin çox və ya az olmasını demək üçün digər inkişaf etmiş ölkələrlə müqayisə etməli idik. Gəldiyimiz nəticə o idi ki, həmin ölkələrdə orta hesabla dərs ili 36-38 həftədir. Azərbaycanda 32 həftə olan təqdirdə, il ərzində şagirdlər 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə isə bizdə və digər ölkələrdə gözlənti və standartlar eynidir. Beş həftəni orta müddət götürsək, bu, 11 il ərzinə 50 həftə edir. Bunu da tədris ilinin müddətinə böləndə təxminən 2 akademik il edir”.

Təhsil Nazirliyi hesab edir ki, tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanılır. İndi isə proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb.

Nazirin sözləri yanlış anlaşılıbmış

Lakin bu müzakirələrdən qısa müddət sonra Ceyhun Bayramov növbəti tədris ilinin də sentyabrın 15-dən iyunun 14-nə kimi davam edəcəyi barədə əmr imzalayıb.

Əmrin imzalanmasını vacib edən səbəblər barədə Cebhe.info Təhsil Nazirliyindən informasiya almaq istəsə də, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamaq mümkün olmayıb. Qarşı tərəf telefonlara cavab verməyib.

Lakin daha əvvəl C.Valehov mətbuata açıqlamasında bildirib ki, söhbət tədris ilinin 4 il əvvəlki uzadılmasına olan münasibətdən gedir: “Təhsil naziri Ceyhun Bayramov 4 il bundan əvvəlki qərara- təhsil müddətinin 2 həftə uzadılmasına münasibət bildirib. Söhbət yeni müddətin uzadılmasından getmir”. Başqa sözlə, nazirin dedikləri ictimaiyyətdə yanlış anlaşılıb.

Dünya 36, biz 34 həftə oxuyuruq

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya həm tədris ilinin uzadılmaması səbəbindən, həm də təhsildəki ciddi problemlərdən danışıb. O deyib ki, tədris ilinin müddəti təhsilin inkişaf etdiyi ölkələrdə orta hesabla 36 həftədir: “Bizdə 2014-2015-ci tədris ilinə qədər 32 həftə idi. 2014-cü il oktyabrın 30-da Nazirlər Kabinetinin 362 nömrəli qərarı ilə 34 həftəyə çıxarıldı və 2015- 2016-cı tədris ilindən bu günə kimi 34 həftədir. Hər tədris ilinin sonu və yeni tədris ilinin başlanğıcında, tədris ilinin niyə sentyabrın 1-də başlamaması, iyunun 14-də bitməsi ilə bağlı həm ictimaiyyətdə, həm valideyn və müəllimlər arasında kəskin etirazlara səbəb olub. Növbəti tədris illərində isə beynəlxalq səviyyəyə uyğunlaşdırmaq üçün tədris ili müddətinin 36 həftəyə- yəni sentyabrın 1-dən başlanması qaçılmazdır. Lakin bu, elə də ciddi problem deyil. Əsl problem bu gün təhsilin keyfiyyət məsələsidir”.

Təhsilin əsas problemləri...

Ekspert bildirib ki, təhsildə ən ciddi problemlərdən biri kadrlar məsələsidir: “Təhsil Nazirliyinin 2019-cu ildə keçirdiyi, hazırda davam edən MİQ müsabiqəsi bir daha göstərdi ki, qurum müsabiqəsi keçirmək iqtidarında deyil. Yəni həm texniki, həm elmi cəhətdən suallarda səhvlər, kompüterlərin sönməsi və s. özünü göstərdi. Digər bir məsələ təhsilin məzmununda olan problemlərdir. Dərsliklər və təhsil proqramları o qədər ağırdır ki, məktəblilər onu dərk edə bilmirlər. Məsələnin başqa bir tərəfi odur ki, Təhsil Nazirliyi hələ də təhsil müəsisələrini idarə edəcək kadr axtarıb tapa bilmir. Təhsil Nazirliyində oturanlar hələ də başa düşmürlər ki, məktəb direktoru və ya direktor müavini tədris ilinin əvvəlində artıq məktəbi təhvil almalıdır. Təhsil Nazirliyi illərdir ki, direktorların işə qəbulunu keçirir, ancaq hər il 500- 700 arası vakant yer qalır. İllərdir məktəbi direktor əvəzləyiciləri idarə edir. Təhsilin idarə edilməsi iflic vəziyyətə düşüb. Həm Bakı şəhərində, həm rayon təhsil şöbələrində məsləhətçi vəzifələrini yerinə yetirənlər yoxdur. Digər məsələ dərsliklərin çəkisinin çox olmasıdır ki, bu da uşaqlarda skalioz xəstəliyi yaradır.

Qiymətləndirmə məsələsi də bura daxildir. Hər bir valideynin hüququdur ki, hər bir valideyn öz övladının gündəlik təlim göstəricilərini bilsin. Bu gün “formativ qiymətləndirmə” adlı qondarma bir qiymətləndirmə forması tətbiq olunur ki, onun həyata keçirilməsi məzmun standartlarının yerinə yetirilmə səviyyəsindən aslıdır. İllərdir kurikulum tətbiq olunur, ancaq Azərbaycan müəlliminin heç 30%-i məzmun standartlarının nədən ibarət olduğunu mənimsəməyib.

Valideynlər bunu haradan bilsin? Valideynlər övladlarının təlim göstəricilərindən xəbərsizdir. Bu da təhsildə “qızıl üçlük prinsipi”ni- şagird, müəllim, valideyn birgə çalışma prinsipini pozur”.

“Vakant direktor yerləri gizlədilir”

E. Qafarov qeyd edib ki, təhsil müəsisələrində, xüsusilə Bakı məktəblərində şagird sıxlığı problemi keyfiyyəti aşağı salır: “Bir dərs otağında 40-45, hətta 50 şagirdin olması dərsin keyfiyyətini aşağı salır. Yəni bu problemlər qarşısında tədris müddəti 50 həftə də olsa, 30 həftə də olsa, xeyri yoxdur. Təhsil kökündən dağıdılır. Görün nə vəziyyət yaranıb ki, Bakı şəhəri üzrə 70-dən artıq məktəb direktoru yeri vakantdır, amma Bakı şəhərində idarə rəisi cəmi 3 məktəbi siyahıya salıb. O da hərəsində 10, 15, 20 sinif olan məktəblərdir.

Yəni Pirallahıda və Bakının ən ucqar yerlərində olan məktəblər çıxarılıb. Bakıda 70-ə qədər vakant məktəb direktoru yeri gizlədilib. Təhsil Nazirliyi özü kölgə təhsilinin artmasında maraqlıdır. Uğur ancaq repetitorluq kurslarının artması nəticəsində əldə olunur, amma son nəticədə Təhsil Nazirliyi bu nəticələri məktəblərin nəticəsi kimi elan edir. Amma əldə olunan bütün uğurların hamısı valideynin şəxsi vəsaiti hesabına, 100% repititor yanında əldə olunmuş uğurlardır”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...