“Təmiz Binəqədi”nin çirkinlikləri: Xaləddin İsgəndərovun adamı xərac yığır
Sosial
Oxunub: 1 422
26 in 2015 | 07:44
“Təmiz Binəqədi”nin çirkinlikləri: Xaləddin İsgəndərovun adamı xərac yığır













Şikayətçi: “Özünü Binəqədi İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən Mirpaşa adlı şəxs məndən 5 min manat tələb edir”

Özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Sulutəpə qəsəbəsi üzrə nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxs sakinlərdən qəsəbə ərazisində ev tikməyə icazə verməsi üçün 5 min manat tələb edir. Əks halda, tikilən evlər sökülür və yaxud da tikintisinə icazə verilmir. Bu barədə Qafqaz Xəbər Agentliyinə şikayətçi Elçin Əliyev məlumat verib.
Deyib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün icra hakimiyyətindən icazə ala bilmir. Sulutəpə ərazisində torpaq sahibi olan vətəndaşların heç birinin fərdi torpaq sahəsini təsdiq edən sənədi yoxdur. Bələdiyyə rəhbərliyindən alınan 1000-dən çox pay torpaq sahələrində tikinti aparmaq istəyənlər bələdiyyə daxilində özünü icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxsə 5 min manat civarında pul ödəyərək inşa ediblər. Elçin Əliyev deyib ki, Sulutəpə bələdiyyəsindən ona verilən torpaq sahəsində ev tikmək istəsə də, özünü Mirpaşa kimi təqdim edən şəxs ona 5 min manat ödəmədən tikintiyə başlaya bilməyəcəyini bildirib. Söylənilən məbləği ödəyə bilməyən ailə çarəsiz qalıb. Dəfələrlə birinci xanım Mehriban Əliyevaya məktub yazan ailənin müraciətinə isə baxılması üçün hər dəfə Binəqədi İcra Hakimiyyətinə göstəriş verilsə də, ailəyə məktub göndərilərək “sənədləri düzəlt, gəl, icazə verək” cavabı verilib.
İcazəni isə icra nümayəndəliyi 5 min manata verir. Kirayə mənzildə yaşayan ailənin övladlarının biri serebral iflic xəstəsidir. Xəstə övlad, bir yandan da kirayə mənzildə yaşamaq ailə üçün çətin olduğu üçün öz fərdi mənzilinin bircə otağını da olsa tikib istifadəyə verib yaşamaq istəyir. Ölkənin birinci xanımı Mehriban Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərdən sonra icra nümayəndəliyi “2500 manat gətirin, evinizi tikin” deyib. Lakin ailənin xəstə övladı olduğu üçün bu məbləğə də gücü çatmır. Sayt yazır ki, Mirpaşa Binəqədi Rayon İcra Hakimiyyətinin işçisi deyil, amma o, sakinlərdən təyin olunmuş məbləği toplayaraq ünvana çatdırır.
Binəqədi rayon İH-nin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ