Gömrük rəisi 32 min dollarlıq telefonlar üçün 14 min dollar tələb edir: “Qırmızı Körpü”dən NÖVBƏTİ ŞİKAYƏT
Sosial / Dunya
Oxunub: 946
20 iy 2019 | 19:18
Gömrük rəisi 32 min dollarlıq telefonlar üçün 14 min dollar tələb edir: “Qırmızı Körpü”dən NÖVBƏTİ ŞİKAYƏT

Sahibkarlar “Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qanunlara məhəl qoymadığını bildirirlər.

Yenicag.az-a müraciət edən Qazax rayon sakinləri Nağıyev Sənan Hüseyn oğlu və onun etibarnamə ilə təsdiqlənmiş nümayəndəsi Vəliyev Rüstəm Oruc oğlu Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin onların sahibkarlıq fəaliyyətinə maneə yaratdığını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Vüsal Nuriyev onların tam qanuni şəkildə ölkə ərazisinə gətirdikləri mobil telefonlara özünəməxsus qaydada “həbs qoyub”:

“Sənan Nağıyev satış məqsədilə ölkəyə 200 ədəd ümumi dəyəri 32 min 110 ABŞ dolları olan mobil telefon gətirib və gömrük əməkdaşları həmin cihazları 11905110501407 nömrəli saxlanca götürsələr də, bunu heç bir möhürlə təsdiq olunmayan akt əsasında həyata keçiriblər.

Gömrük rəisi 32 min dollarlıq telefonlar üçün 14 min dollar tələb edir:

Saxlanca götürülmüş telefonların rəsmi qeydiyyata salınması üçün çətinliklə “Qırmızı Körpü” Gömrük Buraxılış Məntəqəsinin rəisi Vüsal Nuriyevin qəbuluna yazıldıq. Onun qəbuluna yalnız ikimizdən birinin düşə biləcəyi şərti qoyuldu. Buna görə də 23 may 2019-cu il tarixli etibarnamə əsasında rəisin qəbuluna Rüstəm Vəliyev getdi.

Vüsal Nuriyev qəbul zamanı Rüstəm Vəliyevlə qeyri-etik davranaraq, dövlətə məxsus xidməti kabinetdə stula əyləşmək üçün mütləq ondan icazə almalı olduğunu kobud və yekəxana tərzdə bildirib.

O, edilmiş müraciəti qanunvericiliyə uyğun şəkildə cavablandırmadı və mənim tərəfimdən söhbətimizin gizli yazılışının aparıldığını iddia etdi. Mən isə texniki yoxlamaya hazır olduğumu bildirsəm də, qanuni prosedurlar və tələblər barədə verdiyim suallara heç bir cavab ala bilmədim.

24.05.2019-cu il tarixdə isə malların rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmi ərizə ilə müraciət etdik. Ərizə 26/N1/004898 nömrəsi ilə qeydiyyata alınaraq, rəsmiləşdirilməsi üçün Vüsal Nuriyevə həvalə edildi”.

Gömrük rəisi 32 min dollarlıq telefonlar üçün 14 min dollar tələb edir:

Şikayətçilər əlavə ediblər ki, Vüsal Nuriyev Qərb Ərazi Baş Gömrük İdarəsinin təqdimatından sonra da onların məsələsini həll etməyib:

“27.05.2019-cu il tarixdə Vüsal Nuriyevin qəbuluna düşə bildik. Vüsal Nuriyev telefonla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşı Cəbrayıl adlı şəxslə telefonla danışandan sonra bizə dedi ki, telefonlar aktda göstərilmiş məbləğ üzrə deyil, real bazar qiyməti əsasında qiymətləndiriləcək. Bundan sonra həmin məbləğin 36 faizini ödəyərək, telefonları təhvil ala bilərsiniz.

Telefonların dəyərrini real bazar qiyməti ilə hesabladıqda isə onun tələb etdiyi həmin 36 faizlik məbləğ minimum 14 min ABŞ dolları edir. Biz isə həmin vəsaiti ödəmək imkanımızın olmadığını bildirərək, telefonların Gömrük Məcəlləsinə uyğun olaraq, gətirdiyimiz ölkəyə geri göndərilməsini Vüsal Nuriyevdən xahiş etdik.

Biz bu xahişimizin qanuni əsasının olduğunu bildirsək də, o, cavabında “bir daha bu məsələ ilə bağlı məni narahat etməyin”, deyərək, çevrilib getdi. Vüsal Nuriyev həmçinin bizim qanuni haqqımız olan müraciət etmək hüququmuzu da məhdudlaşdırdı. Bütün bunlar müşahidə kameralarında əks olunub”.

Şikayətçilərin sözlərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin “qaynar xətt”inə də məlumat veriblər. Onların Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdləri isə nəticəsiz qalıb.

Vəziyyətdən çıxış yolunu ölkə rəhbərliyinə müraciət etməkdə görən şikayətçilər Azərbaycana gətirdikləri və 11905110501407 nömrəli saxlanca götürülməsinə dair Aktda qeyd olunmuş məhsulların alındığı ölkəyə geri göndərilməsinə yardım göstərilməsini xahiş edirlər.
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ