Bu küçələrdə "Sarı zolaq" qadağası başladı — Siyahı
Sosial
Oxunub: 542
20 iy 2019 | 12:00
Bu küçələrdə "Sarı zolaq" qadağası başladı — Siyahı

İyulun 20-dən “EYOF Baku 2019” XV Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, Hənifə Ələsgərova, Azadlıq, Zərifə Əliyeva, Tbilisi, Moskva, Üzeyir Hacıbəyli və digər küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti kameralar vasitəsilə aşkarlanarsa, bu, artıq inzibati xəta tərkibi yaradır. Yəni, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən sürücülərin 40 manat cərimələnməsi üçün elektron qərarlar qəbul edilir. Buna görə də sürücülər və avtomobil sahiblərindən xahiş edilir ki, tədbir başa çatanadək, yəni, iyulun 28-dək qeyd olunan zolaqlar üzrə şəxsi avtomobillə hərəkət etməsinlər. Ümumiyyətlə, bu ərəfələrdə Bakı şəhəri ərazisində süni sıxlığın, tıxacların yaranmaması üçün tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə edilsin. Eyni zamanda, xahiş edirik ki, tədbirlərin keçirildiyi ərazilər istiqamətində də şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Sürücülərə və avtomobil sahiblərinə bildiririk ki, bu zolaqlar üzrə hərəkətin 40 manat məbləğində cərimə edilməsi əsas məqsəd deyil. Əsas məqsəd odur ki, bu günədək ölkəmiz bir çox beynəlxalq dərəcəli idman oyunlarına ev sahibliyi edib və yüksək göstəricilər əldə edib. Bu göstəricilərin də əldə edilməsi hərəkət iştirakçılarının yol polisi ilə həmrəyliyinin nəticəsində mümkün olub. Bir daha sizi həmrəyliyə çağırırıq.
Qeyd edək ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejimində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq. Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə tədbirlərin keçirildiyi ərazilər və onlara bitişik bütün küçə və yollar, prospektlər yol polisi tərəfindən nəzarətə götürüləcək. Tədbirlərin keçirildiyi ərazilər istiqamətində yarış iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə sarı rəngli xüsusi işarələnmiş, Olimpiya zolağı kimi tanınan avtomobil zolağı ilə hərəkətə quraşdırılmış kameraların köməyi ilə nəzarət ediləcək. Məlumat üçün bildiririk ki, bu zolaqların çəkildiyi ərazilərdə “hərəkət qadağandır” yol nişanı da quraşdırılıb.
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"