Əli Həsənovun qohum-əqrəba şəbəkəsi
Sosial
Oxunub: 1 453
26 in 2015 | 08:03
Əli Həsənovun qohum-əqrəba şəbəkəsi














Komitə sədri yaxınlarını “Qaçqınkom” və digər qurumlarda vəzifəyə toplayıbQaçqın və məcburi köçkünlərin sosial durumunun və mənzil şəraitininyaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqətindədir

Bir milyondan artıqqaçqını olan Azərbaycanda bu sahədə son illər görülən müsbət işlər məcburi köçkünlərin yaşayış səviyyəsini yüksəldib. Düzdür, qaçqın və məcburi köçkünlərə verilən aylıq maddi yardımlar az olsa da, tikilən yeni mənzillər məyus olmamağa
əsas verir. Qeyd edək ki, təkcə son iki il ərzində minlərlə məcburi köçkün ailəsinə yeni evlər paylanıb. Bu gün toxunmaq istədiyimiz məsələ isə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki “qohumluq siyasəti” ilə bağlıdır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlara görə komitə sədri Əli Həsənov bura özünün yaxın qohumlarını, dostlarını və tanışlarını yığıb ki, bu da məcburi köçkünlərin sosial durumunun normallaşmasında əngəl yaradan amillərdəndir. Çünki hərə bir tərəfdən quruma ayrılan vəsaitləri yeyib-dağıdır. Məsələn, komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov Ə.Həsənovun xalası oğludur. Sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Bizə çatan məlumatlara görə, komitə sədri ilə Novxanıda qonşu olan müavin Mehdiabad yolunun üstündə tikilən mənzillərin sahiblərinə paylanması zamanı ədalətsizliyə yol verib. Orda yaşayan şəxslərin cumhuriyyet.az əməkdaşına bildirdiyinə görə, mənzillər bəzi qaçqın ailələrinə pulsuz verilsə də, onlarla ailə haqları olan evləri almaq üçün “hörmət” etməli olublar. Həmçinin məcburi köçkün olmayan ailələrə də nəyinsə qarşılığında mənzil verilib. Komitənin şəhərcik üzrə nümayəndəsi də mənzillərin məcburi köçkün olmayan ailələrə verildiyi barədə söylənilənləri dolayısı ilə təsdiq edib. “Bu mənzillər tam təmirsizdir. Lakin məcburi köçkünlərə verilən mənzillər “Qaçqınkom”un Sosial İnkişaf Fondu tərəfindən alınaraq təmir edilir və sonda köçkünlərin istifadəsinə verilir. Binalar inşa olunarkən yerli sakinlər tərəfindən sifarişçilər olub. Mənzillər hazır olan
kimi onlar öz mənzillərinə köçürülüb”. Komitənin Mənzil İstismar Departamentinin direktoru Əliyev Pənah Nəbi oğlu da Əli müəllimin qohumlarındandır. Bundan başqa komitə sədrinin bacısının yoldaşı da “Qaçqınkom”da vəzifə tutur. Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyev də “Qaçqınkom” rəhbərinin qohumlarındandır. Məlumatlara görə, qurumun elə bir şöbəsi yoxdur ki, orda sədrin qohumları təmsil olunmasınlar. Həsənovun özü kimi, qardaşlarının da hamısı vəzifə sahibidirlər. Bir qardaşı Ramiz Həsənov Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır. Zəngilan camaatının qayğısına qalmaq istəməyən R.Həsənovun qardaşının köməyi ilə bu vəzifəyə gəlməsi heç kimə sirr deyil. O bu posta gələndən indiyə qədər zəngilanlılar üçün heç nə etməyib. Digər qardaşı İlyas Həsənov isə Sumqayıt Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir. Sumqayıtda yaşıllıqların vəziyyəti göz önündədir. Bir sözlə, komitə sədri həm öz ailə üzvlərini, həm də qohum-əqrəbasında olan bütün insanları işlə təmin edib. Yaxın günlərdə Ə.Həsənov haqqında heç kimə məlum olmayan faktları yazacağıq.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ