“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar” – Aynur” restoranında qalmaqal
Sosial
Oxunub: 448
24 iy 2019 | 14:48
“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar” – Aynur” restoranında qalmaqal

Quba rayonunda yerləşən “Aynur” restoranına ərəb qonağı ilə gedən müştəri aldadıldıqlarını iddia edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş İlahə Yusifli bildirib ki, Küveytdən gələn qonağı üçün həmin istirahət mərkəzinin otelində otaq da tutublar: “Biz birinci oturduq, sifarişimizi verdik, daha sonra qalmaq üçün evi də danışıb qonağı gözlədik. ​Əyləşəndən sonra qonağın əcnəbi olduğunu görüb ona fərqli menyu verdilər. Həmin menyuda bir şiş lülə 20 manat idi. Biz buna etiraz etdik və həmin şəxsin bizim qonağımız olduğunu dedik. Bundan sonra fırıldaqla məşğul olmağa başladılar. Bir şişdə 3 lülə vermək əvəzinə 2 tikə lülə gətirdilər. Qonağın yanında biabır olmamaq üçün səsimizi çıxarmadıq. Əlavə kabab sifariş edəndə isə 1 tikə lüləni 4 yerə bölüb “buyurun, bu da lüləniz” dedilər. Ərəb qonağımız əsəbdən yemək yemədən masadan qalxdı və gedib başqa oteldə özünə otaq tutdu”.

İ. Yusifli əlavə edib ki, restoranda müdiriyyət işçilərin üstünə müştərilərin yanında qışqıraraq onlarla kobud davranıb.

“Aynur” istirahət mərkəzinin administratoru Ziya Əliyev isə bu iddiaları təkzib edib:

“Elə şey yoxdur, onu kim deyirsə, qələt edir. Bizdə standart menyudur, qiymətlər hamıya eynidir. 4-5 ildir ərəblərlə işləyirik, nə oldu, indi problem çıxdı? Kabablar, yeməklər hamıya eyni qiymətdir. Ola bilsin qəlyanda 5 manat fərq olsun. Hamıya 10 manatdırsa, ərəblərə 15 manata veririk. Çünki onlar fərqli tütündən hazırlanmış qəlyan sifariş edirlər. Biz də həmin tütünü xüsusi sifariş edib gətizdiririk. Həmin tütün bahadır. Bu qiymət fərqi ərəbə görə deyil, tütünə görədir”.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər