İdman
Dünya
26-07-2019, 11:13 Oxunub: 351
Saleh Məmmədovun agentliyi yenə yalan məlumat verir- ŞƏKİLDƏ 132 AĞACDAN CƏMİ 20-si VAR
AAYDA həmin YAZIYA münasibət bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, tıxaclarının qarşısının alınması və orta hərəkət sürətinin artırılması məqsədi ilə, Prezidentin 15 yanvar 2019-cu il tarixli 890 №-li sərəncamına uyğun olaraq Agentlik tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən İnşaatçılar prospektinə qədər olan hissəsində yenidənqurma işlərinə başlanılıb:
"Aidiyyəti qurumlarla razılaşdırılmış İcra Qrafikinə əsasən, sözügedən avtomobil yolunda aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.
Layihə üzrə tikinti ərazisinə düşən yaşıllıqların ərazidən kənarlaşdırılmasına zərurət yaranıb. Qeyd edilənləri və layihənin əhəmiyyətini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin yaşıllıqların köçürülməsinə dair müvafiq ekspertiza rəyi verilib. Rəyin icrasına 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən nəzarət edilir.
Bu vaxta qədər budanaraq 45 ağacın köçürülməsi həyata keçirilib. Hal-hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü tam başa çatdırılmadığı üçün, həmin tikililərin ətrafındakı yaşıllıqlar da köçürülməyib.
Ekspertiza rəyində qeyd edilən ağac və kolların sayı ilkin layihəyə uyğun nəzərdə tutulub. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidəki yaşıllıqların mühafizəsi məqsədilə yolun layihəsində müəyyən dəyişikliklər edilib. Buna görə də ekspertiza rəyində qeyd edilən ağacların qalan hissəsi yolun hər iki kənarında yerləşir və onların köçürülməsinə zərurət yaranmır.
Ağaclar suvarma ilə təmin edilmiş münbit torpaq sahələrinə köçürülüb. Bu ağaclara daim aqrotexniki qulluq göstərilir və onlar inkişaf etməkdədirlər".
Əvvala, agentlik yenə həqiqətləri danır. Ağacların çıxarılmasında mütəxəssislər yox adi adamlar iştirak edib. Videoda bu görünür. Elə agentliyin göndərdiyi şəklə baxaq. Burda 132 ağac var?
Qol-budağı kəsilmiş, yarımcan olmuş 20 ağac olar ya olmaz. Bəs qalanı hanı? Həmin yeri niyə əyani olaraq jurnalistlərə göstərmək istəmirlər? Axı bizdə o qırılan ağacların siyahısı var, hansı növ, nə qədər. Adi bir foto ilə istəyirlər ki, media qane olsun. Cavab gözləyirik.
XƏBƏR LENTİ
16:00 | İlham Əliyev xanımı ilə Şahxəndan türbəsində - Fotolar 15:30 | Yunis Səfərovun məhkəməsi başlayır 15:14 | Niyazi Bayramov Fransa səfiri Zakari Qrosla görüşüb 14:36 | Mikayıl Cabbarovdan erməni nazir müavininə sərt cavab - Video 14:30 | Sabaha yağış, qar gözlənilir 14:23 | Kirayə evlərin necə satılacağı məlum oldu - Bu da şərtlər 14:17 | “İlham Əliyevin yüksək reytinqinin olması bizə bu inamı verir ki...” 13:23 | Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto 13:19 | Deputatlar da ağac əkdi - Fotolar 13:13 | İlham Əliyev xanımı ilə Şahxəndan türbəsində 13:04 | Prezidentlə xanımı Şamaxıda ağac əkdi 12:28 | Azərbaycanda 650 min ağacın əkilməsinə start verildi — FOTO 12:06 | "Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 milyon dollar ayıracaq" — Samir Şərifov 12:01 | Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir 11:45 | Bakıda daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirildi