Xəstələrimiz dərdinin dərmanını xaricdə arayırsa... - Oqtay Şirəliyev hansı günə nazir postunda oturub?
Sosial
Oxunub: 506
27 iy 2019 | 20:50
Xəstələrimiz dərdinin dərmanını xaricdə arayırsa... - Oqtay Şirəliyev hansı günə nazir postunda oturub?

Balakənin Qazma kəndində yaşayan Pərvanə Osmanova ömürlük əlil arabasına məhkum edilib. Həyat yoldaşı Faiq Osmanov deyir, Pərvanəyə bu məhkumluğu yaşadan yerli səhiyyə işçiləri olub. DİA.AZ bildirir ki, bir neçə il əvvəl gənc qadının səhhətiylə bağlı səhv diaqnoz və müalicələrin nəticəsində o, fiziki hərəkətini tamamilə itirib.

“6 il əvvəl Pərvanə məlum olmayan səbəbdən komaya düşdü, ayılanda isə nitq və görmə qabiliyyətini itirmişdi. Sonra məlum oldu ki, onun aşağı ətrafları da iflic olub. Həkimlərə müraciət etdik. Hərəsi bir nağıl danışdı, hərəsi bir diaqnoz qoydu, hərəsi bir müalicə yazdı... Bir həkim digər həkimin diaqnozunu səhv çıxatdı, özü də növbəti səhv diaqnozu qoydu. Beləcə, Pərvanə savadsız həkimlərin əlində qaldı. Onu ayağa qaldırmaq üçün 50 min manatdan çox xərcimiz çıxdı, gəl ki, heç bir nəticə əldə edə bilmədik”.

Pərvanə Osmanova sağlamlığını itirənədək elə Qazma kəndindəki 1 saylı orta məktəbdə ingilis dili müəlliməsi işləyib. Həyatının sonrakı hissəsini isə xəstəxana palatalarında keçirib. Bir müddət “beynindəki soyuqlamaya görə” Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasında yatıb. Ancaq ailəsi görəndə ki, həkimlər müalicəni düzgün aparmır, onu başqa xəstəxanaya götürüblər.

“1 saylı Şəhər Klini Xəstəxanasında bahalı dərmanlar aldırırdılar, ancaq ordan Mirqasımov adına xəstəxanaya götürəndə bildirdilər ki, o dərmanlar əksinə, Pərvanənin durumunu daha da ağırlaşdırırmış. Yenə xeyli bahalı iynə-dərmanlar və sonda dedilər ki, xəstəliyin nə olduğunu müəyyən edə bilmirlər. Düz 1 il səhv diaqnozlarla xəstəxanaları gəzdirdik Pərvanəni. Sonra başa düşdük ki, bir xalatlarının hər iki cibini daim xəstənin yaxını üçün açıq saxlayan yerli həkimlər onun durumunu daha da ağırlaşdırmaqla məşğuldular. Götürüb Rusiyaya apardıq. Rusiyada tamamilə başqa diaqnozlar qoyuldu, dedilər ki, xəstəliyinin ilk vaxtları olsaydı, onu xilas etmək olardı. İki dəfə Rusiyaya, bir dəfə Türkiyəyə apardıq, eyni sözləri eşitdik. Dedilər, səhv diaqnozlar, səhv iynə-dərmanlar Pərvanənin ayağa qaxmasını yerli-dibli mümkünsüz edib,”- həyat yoldaşı deyir.

Bir müddət əvvəlsə Almaniyadan dəvət olunan həkim Pərvanə Osmanovanın müayinə üçün həmin ölkəyə götürülmüsini tövsiyə edib. Ancaq Pərvanənin ayağa qalxması üçün ev-eşiyini, əşyalarını belə satıb yerli həkimlərə vermiş ailənin buna maddi imkanı çatmır. 6 ildən çoxdur ki, Faiq Osmanov həm iki azyaşlı övladına, həm də əlil arabasındakı həyat yoldaşına baxır. Pərvanənin acısı az imiş kimi, üstəlik, övladlarından biri də illərdir ki, astma-bronxitdən əziyyət çəkir. Faiq Osmanov işsizdir, gəlirinin olmaması Pərvanənin və azyaşlı övladının müalicələrini imkansız edir.

“Bir neçə il əvvəl Pərvanənin iş yoldaşları yığışıb Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevə müraciət etdilər ki, müalicəyə maddi dəstək versin, o da 100 manat göndərdi. Pərvanənin Almaniyada müayinəsi vacibdir. Onun ayağa qalxmasına ümid yeri var. Sadəcə, imkansızlıq əl-qolumuzu bağlayıb. Kaş ki, yerli həkimlərə tökdüyümüz pullarla vaxtında Almaniyaya gedərdik, indi Pərvanə də ayaq üstə idi, ailəmizin, balalarımızın qayğısını birlikdə çəkirdik,”- Faiq Osmanov təəssüflənir.

Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə daxilində müalicəsi mümkün olmayan xəstələrin xaricə göndərilməsi məsələsinə Səhiyyə Nazirliyinin ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət komissiya baxır. Pərvanə Osmanovanın yaxınları onun xaricdə müayinə və müalicəsi üçün həmin komissiyaya müraciət edə bilərlər.Xəstələrimiz dərdinin dərmanını xaricdə arayırsa... - Oqtay Şirəliyev hansı günə nazir postunda oturub?
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb