Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Sosial
Oxunub: 495
31 iy 2019 | 21:46
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) rəsmi məlumatına görə, Azərbaycanda 600 min sənədləşdirilməmiş ev mövcuddur. Bu evlərin 450 mini Bakı və Bakıətrafı qəsəbələrin, yerdə qalan 150 mini bölgələrin payına düşür.

Cahan.info azxeber.com-a istinadən xəbər verir ki, evlər sənədləşdiriləcək deyilincə sənədsiz evdə yaşayan təxminən bir milyondan çox insan sevindi. Ona görə bir milyon deyirik ki, 650 min evdə orta hesabla ən az 2 nəfər yaşayırsa bu bir milyondan çox insanın taleyi deməkdir.

Sənədsiz evlərdən 70 mini xüsusi təhlükəli ərazilərdə tikilib. Bura dövlət əhəmiyyətli neft buruqları, su, qaz, elektrik, dəmir yolu, magistral xətlərinin yaxın çevrəsi, palçıq vulkanı zonaları aiddir. Həmçinin aqrar sektora yararlı ərazilərdə tikilən sənədsiz evlər də mövcuddur. Bu yerlərdə evlərin inşası qanunla qadağandır. Lakin artıq 30 ilə yaxındır insanlar bu evlərdə yaşayır, bir nəsil yetişib. Hətta yaşı 50-60 il olan sənədszi evlər də mövcuddur.

ƏMDK-dan verilən məlumata görə, artıq sənədsiz evlərin sənədləşdirilməsi üçün yeni konsepsiya hazırlanıb. Problemin tezliklə həll olunacağı deyilsə də dəqiq nə də tam olaraq nə vaxt?

Dövlət başçısının sərəncamı ilə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sənədsiz evlərin uçota alınması ilə bağlı fəaliyyə başlayıb. Lakin, sənədsiz evlərin sayının çoxluğu nəzərə alınarsa bu az müddət təşkil etməyəcək. Bunun üçün işçi qrupılar və komitənin əsas məlumat bazası olan elektron sistem yaradılıb. Bu sistem ilin sonuna qədər tam hazır olacaq.

Həmçinin, ƏMDK tərəfindən özbaşına inşa edilmiş evlər barədə məlumatlar elektron sistemə ötürülüb və Prezident Administrasiyasına təqdim edilib.ƏMDK-nın mətbuat xidmətinin rəbəri Qulu Xəlilovun saytımıza verdiyi məlumata görə, artıq gələn ildən sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq.

Sənədsiz evlərin sənədləşdirilməsi məsələsində Türkiyə və Rusiyanın təcrübəsi öyrəniləcək. Təhlükəli zonada olan və olmayan evlərə fərqli yanaşılacaq. Öncə təhlükəsiz ərazilərdə olan evlər sənədləşdiriləcək.Təhülkəli zonalarda yerləşən evlərə dair isə ola bilsin ki əmlak amnistiyasından istifadə edilsin.

Rusiyada olduğu kimi simvolik ödəniş tətbiq ediləcək və bunun müqabilində mülkiyyət çıxarışı veriləcək.Təhülkəli ərazilərdə olan evlərin yanında elektrik xəttinin qaz xəttinin yerini dəyişmək mümkün olsa ev köçürülməyəcək. Çox təhlükəli ərazilərdə neft buruqları arasında yerləşən evlər isə kompensasiya müqabilində köçürüləcək. Aqrar yararlı zonada yerləşə evlərin sayı çox olsa həmin ərazidə aqrar yararlı torpaq statusu ləğv ediləcək.

Sənədsiz evlərin sənədləşdirilməsi dövlətlə milyon manatlarla xeyir verəcək, büdcə daxilolmalarını artıracaq.Bu günə qədər məmurların cibinə axan qeyri leqal pullar indi vergi şəklində dövlət büdcəsinə daxil olacaq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi