“Ulduz taksi” fırıldağı – müştəridən 2 qat pul aldılar
Sosial
Oxunub: 517
3 avq 2019 | 15:17
“Ulduz taksi” fırıldağı – müştəridən 2 qat pul aldılar

Bakıda fəaliyyət göstərən taksi şirkətləri ilə müştərilər arasında dəfələrlə ödəniş barədə problemlər yaranır. Ya operatorun müştəriyə göstərdiyi qiymətlə ünvana çatdıqda sürücünün tələb etdiyi məbləğ fərqli olur, ya da operatorlar eyni marşrut üzrə hər dəfə fərqli məbləğlərin ödənilməsini tələb edirlər.

Minval.İnfo xəbər verir ki, bu cür problemlərdən biri də “Ulduz taksi” (*5000) ilə müştəri arasında yaşanıb.

Belə ki, müştəri Nardaran çirmərliyindən Sabunçu qəsəbəsinə taksi sifariş verib. Dəfələrlə eyni istiqamətdə ödəniş 7-8 manat civarında olub. Digər taksi xidmətlərində də bu məbləğ bir neçə qəpik fərqli olur.

Lakin bu dəfə “Ulduz taksi” müştəridən 7 manat 90 qəpik ödəniş əvəzinə 14 manat istəyib. Səbəbi taksi şirkəti izah edə bilmir.

Sürücü isə deyir ki, şirkətdən deyilən qiymət bu qədərdir. Taksi şirkəti müştəriyə taksi təyin olunması ilə bağlı göndərdiyi mesajda marşurut üzrə ödənməli olan məbləği göstərməyib.

Müştəri Nardaran çimərliyindən 5 nəfərlik taksi sifariş verib. 4 nəfər böyük, bir nəfər isə uşaq olduğu sifariş edilərkən operatora bildirilib.

Sifariş yerinə tutumu 4 nəfər olan “Mercedes” markalı, 90 EJ 212 dövlət nömrə nişanlı avtomobil göndərilib. Müştəridən uşağın arxa oturacaqda 3 nəfər sərnişinin yanında otura biləcəyi deyilib. Mənzil başına çatdıqda isə müştəridən 14 manat ödəniş tələb edilib. Müştəri isə məbləğin iki dəfə artıq olduğunu desə də sürücü bu qiyməti şirkətin müəyyən etdiyini deyib.

Daha sonra şirkətlə əlaqə saxlanılıb. Operator bu problemlə bağlı əvvəlcə bildirib ki, sifariş olunan taksi guya 5 nəfərlik olub. Halbuki 5 nəfərlik maşınlarda belə ödəniş bu qədər fərqlə olmur. Yəni, 2 dəfə baha…

Operatora sifariş yerinə göndərilən maşının 5 nəfərlik olmadığı deyildikdə cavab olaraq bildirib ki, sürücü 5 nəfəri götürə bilməz.

Yenidən operatora izah edilib ki, artıq mənzil başına çatılıb və sürücü qeyd edilən məbləği alıb. Operator isə izah edə bilmədiyini anlayıb və etiraf edib ki, sürücüyə 7 manat 90 qəpik pul ödənilməli imiş…

Operator bu problemi sürücü ilə danışaraq həll edəcəyini desə də bu vaxta qədər heç bir izah verilməyib.
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb