Heydər Əliyevin abidəsini ucaldan memarın ailəsi ittihamları davam etdirir - Prezidentə müraciət
Sosial
Oxunub: 483
7 avq 2019 | 17:49
Heydər Əliyevin abidəsini ucaldan memarın ailəsi ittihamları davam etdirir - Prezidentə müraciət

Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_x_hiss)

Lakin sonradan Bakı Apellyasiya Məhkəməsinin işə baxmış hakimi möhtərəm E.Həsənova və sədri, möhtərəm İ.Nağıyevə ünvanlanmış 4 rəsmi “Ərizə” və “Ərizə teleqramla” müraciət edib(Qeydiyyatla və teleqraf qeydiyyatı ilə) 17.11.2017-ci il tarixdə “Qətnaməni” alıb oxuduqdan və 20.11.2017ci il tarixdə 7 cildlik mülki işin materialları ilə tanış olduqda lk dəfə bizə aşkar oldu ki, Bakı Apellyaisya məhkəməsi Mülki Kolelgiyasının (hakim-sədr, möhtərəm E,Həsəov, hakimlər: X.Mərdanova və İ.Vəliyevdən ibarət tərkibdə) “qarşılıqlı iddiaçıların iddia tələbinin həcminin artırılması barədə” adlandırdıqları ərizənin qəbulundan imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellayasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə Kassasiya şikayəti verilə bilər.” Kimi Qərara alınmışdır. /Ərizənin verilməsindən 3 il sonra yeni bir qərardad çıxarılmışdır. /

Qeyd etmək lazımdır ki, Bakı Apellyaisya Məhkəməsi Mülki Kollegiyasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli Qətnamədən 3-cü Apellyasiya şikayətinin baxış iclaslarının aparıldığı 6 ay müddəətində, bütün 4 iclasda iştirak etsəkdə və Qətnamənin qəbul olunduğu sonuncu 06 oktyabr 2017-cı il tarixdə də belə bir “Ərizəyə” baxılmamış, onun müzakirəsi aparılmamış və ona dair olan sonuncu hərəkəti Məhkəmə Kolelgiyası tərəfindən işin baxış iclaslarında yerinə yetirilməmişdir.

Lakin mülki işin materialları ilə öz təsdiqini tapan belə bir rsmi hal mövcuddur ki, Bakı şəhəri Yasamal rayon Mhkəməsinin iş №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli Qətnamədən 3-cü Apellyasiya şikayətinin baxış iclaslarının aparıldığı 6 ay müddətində, bütün 4 iclasda iştirak etsəkdə və Qətnamənin qəbul olunduğu sonuncu 06 oktyabr 2017-ci il tarixdə də belə bir “Ərizəyə” baxılmamış onun müzakirəsi aparılmaamış və ona dair rəsmi elan hərəkəti məhkəmə kollegiyası tərəfindən yerinə yetirilməmişdir. Lakin Mülki işin materialları ilə öz təsdiqini tapan belə bir rəsmi hal mövcuddur ki, Bakı şəhəri Yasamal rayon Məhkməsinin iş №2(004)-145/15 saylı, 15 aprel 2017-ci il tarixliQətnamədən 1-ci Apellyasiya şikayəti üzrə baxışı, Bakı Apellyaisya Məhkəməsi Mülki Kollegiyası tərəfindən işə baxılarkən Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 2(103)-5480/2015 nömrəli, 07 oktyabr 2015-ci il tarixli sorğu verilmiş və orada “Bakı şəhər, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 468-472-ci məhəllə, bina 127, mənzil 37-nin özəlləşşdirmə sənədər və digər məlumatların 3 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur”.

Məhkəmə kollegiyasının sorğusunu cavablandıran Azərbaycan Respublikası ƏMDKYDƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinin rəis müavini, cənab Z.Abdulov tərəfindən imzalanmış 10.10.2015-cii l 153020937699 nömrəli cavabda bildirilir ki, “Sizin 07 oktyabr 2015-ci il tarixli 2(103)-5480/2015 saylı sorğunuza baxılmışdır. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətini Sizə göndəririrk” kimi yerinə yetirilərək icra etmişlər.

Həmin məhkəmə sorğusu əsasında əmlak idarəsinin arxivindən alınmış. Sənədlərinin iclasda Məhkəmə kollegiyası tərəfindən baxış zamanı araşdırıldıqda və ilk dəfə biz onun surətini götürdükdən sonra onu əldə edib nəzərdən keçirərkən bizim qarşılıqlı iddia tələblərinin tərkibində mübahisələndirdiyimiz “Memar-3” MTK-nin səlahiyyətsiz sədri Rəhimova Aidə Məmmədsadiq qızının,heç bir vaxt kooperativin ümumi yığıncağını keçirmədən , onun keçirilməsinə dair protokol belə mövcud olmadan 09 iyul 2009-cu il tarixdə müxtəlif imzalarla və 3 say tərkibi ilə saxta yolla tərtib etdiyi “protokol –çıxarışlarla yanaşı həmin tarixli “kooperativ binada mənzil tikintisi haqqında müqavilə”də tərtib olunaraq “Memar-3” MTK-nin sədri A.Rəhimova və Məmmədov Tofiq Yaqub oğlu tərəfindən imzalanmış olduğu “kooperativ binada mənzil tikintisi haqında 09 iyul 2009-cu il tarixli saxta müqavilə forması aşkarlandı.

Həmin vaxt 1-ci Apellyasiya şikayətinin növbəti baxış iclasına nəzərədən keçirilməsi müzakirə üçün, Bakı Apellyasiya məhkəməsinin dəftərxanasında 19.10.2015-ci il tarixdə qeydiyyata alınaraq. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “kooperativin binada mənzil tikintisi haqqında saxta üsulla bağlanmış olduğu 09 iyul 2009-cu il tarixli müqavilənin etibarsız və ləğv edilməsinə dair” qarşılıqlı iddia tələbləri üzrə yeni Qətnamə qəbul edilməsini xahiş etmişdik.

Həmin vaxt Məhkəmə kollegiyası bu “Ərizəni” müzakirə etmədən saxladı və bildirdi ki, sizin qarşılıqlı iddia tələbləriniz təmin olunsa, o da qüvvədən düşəcək, onun əsasını mübahisələndirirsiniz kimi münasibət bildirdi.

Beləliklə qeyd edilən “Ərizə” nə1-ci və nədə ki, 2-ci Apellyasiya şikayəti baxışı mərhələsində müzakirə edilmədən saxlanılmış vəziyyətdə dondurularaq mülki işdə qaldı.

Aradan 3 il müddət ötdükdən sonra isə 3-cü Apellyasiya şikayət baxışında Məhkəmədən kənar, naməlum şəraitdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının ondan Kassasiya şikayəti olunan iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli analoqu olmayan Qərardad qəbul olunaraq mülki işə tikilmişdir.

Həmin vaxt Ali Məhkəmə Mülki Kollegiyasına verdiyimiz kassasiya şikayətində məlum edirdik ki, “Mübahisə predmeti barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2015-ci il tarixli, iş №2(004)-145/15 saylı Qətnaməsindən 3-cü Apellyasiya şikayət baxışı barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının (hakim-sədr, möhtərəm: E.Həsənov hakimlər: X.Mərdanova və İ.Vəliyevdən ibarət tərkibdə) iş №2(103)-5791/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli Apellyasiya şikayətinin təmin olunmamasına dair “Qətnamə” və məhkəmə kollegiyasının iclasında heç bir vaxt iclasda müzakirə edilərək baxılmadan 06 oktyabr 2017-ci il tarixli, iş №2(103)-5791/2017 saylı “Qarşılıqlı iddiaçıların iddia tələbinin həcminin artırılması barədə” adlandırdıqları ərizənin qəbulundan imtina edilsin” kmi çıxarılmış “Qərardad” yalan, olub qanunvericiliklə ziddiyyət təşkil edir.

Mübahisə predmeti barədə mülki işin hallarından göründüyü kimi bundan əvvəl 2-ci Apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim-sədr, möhtərəm E.Nəbiyev, hakimlər: R,Qurbanov və S.Hacıyevdən ibarət tərkibdə) iş №2(103)-6309/2016 saylı, 25 iyul 2016-cı il tarixli “Qətnamədən verdiyimiz kassasiya şikayəti əsasında Ali Məhkəmə Mülki kollegiyasının (hakim-sədr, möhtərəm Q.Əskərov, hakimlər İ.Hacıqayıbov və Ə.Əhmədovdan ibarət tərkibdə) iş №2 (102)-902/17 saylı, 15 mart 2017-ci il tarixli “Qərarla” ləğv olunaraq yenidən 3-cü dəfə iş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına baxışa qaytarılmışdır.

Həmin “Qərar” 12 aprel 2017-ci il tarixdən iş №2(102)-902/17 saylı) Bakı Apellyasiya Məhkəməsi instansiyasına qaytarılmış (Mülki işin materialları 7 cild cəm tikişdə olmaqla) və aşağıdakı tarixlər üzrə baxış iclasları təyin olunmuşdur:

1-ci iclas: Hakim-sədr, möhtərəm M.Məmmədovun sədrliyi ilə məruzəsində:

02 iyun 2017-ci il tarixində saat 17:20-də,

2-ci iclas: Hakim-sədr, möhtərəm: E.Həsənovun sədrliyi ilə məruzəsində: 11 iyul 2017-ci il tarixə, saat 10:00-da.,

3-cü iclas: Hakim-sədr möhtərəm E.Həsənovun sədrliyi və məruzəsində 11.08.2017-ci il tarixdə saat 16:15 –də.,

4-cü iclas hakim-sədr, möhtərəm E,Həsənovun sədrliyi ilə məruzəsində, 06 oktyabr 2017-ci il tarixdə, saata 15:30-da keçirilmiş “formal” iclasların yekunu olaraq Azərbaycan Respublikası MPM-nin Apellyasiya baxışı müddəti üzrə müəyyən etdiyi tələblər kobud şəkildə pozularaq (6 aydan çox müddətində) əsil reallığa uyğun gəlməyən və analoqu olmayan hüquqi əsası olmayan məhkəmə aktları çıxarılmışdır. /Azərbaycan Respublikası MPM-nin 368.3-cü maddəsinin tələbinə zidd olaraq./

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ilkin 3 iclasları “öz-özünə etiraz etməyə” və “bütün kollegial məhkəmə tərkibinə etiraz etməyə” yönldilsədə, sonuncu 1(bir iclas) 06 oktyabr 2017-ci il tarixdə saat 15:30-da baş tutan iclasda formal və yarımçıq, baxılaraq mahiyyət üzrə 3-cü Apellyasiya şikayətinin baxışına, yarımçıq şəkildə son verilməklə başa çatdırılmışdır. Bu iclasda göstərilən Qərardad elan olunmamışdır.

Qeyd olunan Bakı Apellyasiya məhkəmə kollegiyasının 3-cü Apellyasiya şikayət baxışı protokolları ilə tanış olmaq üçün və qəbul olunmuş “Aktların” tərəf kimi göndərilməsinə dair Bakı Apellyaisya Məhkəməsinin Qəbul şöbəsindən qeydiyyatdan keçirməklə 10.10.2017-ci il, 30.10.2017ci il, 21.11., 2017-ci il və 22.11.2017-ci il tarixlərdə “Ərizələr” və “Ərizə teleqramlarla” müraciətlər ünvanlanmışdır.

Bu “Ərizə” və “Ərizə-teleqramlar” nəhayət ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası tərəfindən (hakim-sədr, möhtərəm: E.Həsənov) 06 oktyabr 2017-ci il tarixli (iş №2103)-5791/2017 saylı) “Qətnamə” rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və 17.11.2017-ci il tarixdə tərəfimizdən alınmışdır. (ona dair məktubda poçtun möhürü ilə qeyd aparılmışdır)

Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının “Qarşılıqlı iddiaçıların iddia tələbinin həcminin artırılması barədə adlandıdıqları ərizənin qəbulundan imtina edilsin” kimi Qərara alındığı 06 oktyabr 2017-ci il tarixli iş №2(103)-5791/2017 saylı, “Qərardad” uzun müddət bizdən gizlin saxlanılmış və rəsmi qaydada göndərilməsi icra olunmayaraq tərəf statusu olan biz şəxslərə (Natavan və İsaya) hələ də bir müddət verilməmiş və ona dairverdiyimiz ərizələr icra edilməmiş saxlanmışdır.

Nəhayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Protokollarla tanışlıqla bağlı “Ərizələrin” icrası məhkəmə kollegiyasının özü tərəfindən 20.11.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında təmin olunaraq ona şərait yaradılmışdır.

Mülki işin materialları və Protokolları ilə tanışlıq zamanı müəyyən etdik ki, Məhkəmə kollegiyasının 3-cü Apellyasiya şikayət baxışı üzrə 6 aydan çox (müddət həddi ötürülməkləona dar dayamdırma olmadan) vaxt ərzində yuxarıda qeyd olunan tarixlərdəki iclasların keçirilməsi formal xarakter daşımış, edilmiş etirazlara dair, onun birinin “öz-özünə etiraz etmə” təmin olunması /Bakı Apellyasiya Məhkəməsinin sədri möhtərəm: İ.Nağıyev tərəfindən/ və “Bakı Apellyaisya Məhkəməsinin bütün kollegial tərkibinə etirazetmə ərizəsinə” baxılaraq onun baxılmamış saxlanılmasıma dair (hakim-sədr, möhtərəm E.Həsənov və hakimlər X.Mərdanova, və İ.Vəliyevdən ibarət tərkibdə) baxılaraq Qərardad çıxarılsada onun elan olunması, sədrlik edən məruzəçi hakim tərəfindən yalnız məhkəmə kollegiyasının 06 oktyabr 2017-ci il tarixli sonuncu iclasında bizə bildirilmişdir. Bütün məhkəmə iclasında apardığı araşdırmalar formal xarakter daşıyaraq, yalan əsaslar üzərində səthi - görünüş yaratmaq üçün “Nəql və şərh” üslubunda özünü təsdiqləmiş olsada məhkəmə kollegiyası işə baxmaqda səlahiyyətli olmamışdır.

Bakı Apellyaisya Məhkəməsi Mülki Kollegiası 3-cü Apellyaisya şikayət baxışı üzrə tərtib etdikləri Akt və protokollarda yol verdikləri hərəkətləri “əxz” edərək göstərməsi Azərbaycan Respublikası MPM-nin 383, 270, 271, 272, 273, 274-cü maddələrinin tələb və göstrişləri ilə ziddiyyət təşkil edr və işin əsil halları ilə iclaslarda baş verən əsil şifahi araşdırmanı əks etdirmir və uydurma mülahizələr “fonu” düzəldilməklə aparılmışdır ki, onunla da razılaşmaq mümkün deyldir. İlk öncə göstərmək lazımdır ki, Akt və protokollarda Apellyasiya şikayətində “Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin iş №2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli “Qətnaməsini ləğvi tələb olunduğundan və küllü halda maddi və prosessual pozuntulara yol verilməsi qeyd olunaraq yeni “Qətnamə” çıxarılması xahişi irəli sürüldüyü halda, Azərbaycan Respublikası MPM-nin 376.6-cı və 372.7-ci maddələrinin tələb və göstərişlərini baxış iclaslarında yerinə yetirmədiyindən tərtib olunmuş protokollarda bu araşdırma “cizgilərinin” qeydlərinə rast gəlinmir və biz buna dair yazı-söz ifadə şərhini onunla tanışlıq zamanı görmədik. Məhkəmə kollegiyasının Aktlar üzrə istinad etdiyi hüquqtətbiqetmə elementləri, şərh və qimətləndirmə araşdırma zamanı müəyyən olunmuş yekun nəticəyə və protokola uyğun deyldir.

(Ardı var)
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"