12-08-2019, 14:00 Oxunub: 287

Uzun yolların ağır yükdaşıyanları — Beş günlük yolu iki günə gedir, “qara qutu”nu söndürüb, özünü riskə atır

Uzun yolların ağır yükdaşıyanları — Beş günlük yolu iki günə gedir, “qara qutu”nu söndürüb, özünü riskə atır

Azərbaycanda iritonnajlı maşınların sürücülərinin işi nəzarət xaricindədir, bu isə respublika iqtisadiyyatına müəyyən qədər zərər verir.
"Ölkə.Az" bildirir ki, bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) rəhbərləri bildirib.

ABADA-nın baş katibi Orxan Əfəndiyev qeyd edib ki, təşkilat uzun illər boyunca dövlət orqanlarının bu sahəni nəzarət altına almaları üçün mübarizə aparır.

Bununla əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və eləcə də, digər müvafiq icraçı orqanlara dəfələrlə təkliflər göndərilib.

“Assosiasiyada 88 üzv var. Ümumilikdə, onların avtoparkında beynəlxalq daşımalarda iştirak edən 1300 nəqliyyat vasitəsi var, amma beynəlxalq daşımalarda iştirak edən və qeydiyyata alınmayan bir neçə min iritonnajlı maşınlar da bu qəbildəndir.

Problem peşəkar səviyyədə təlim görmüş beynəlxalq sürücülərin çatışmazlığıdır. Assosiasiyanın hesablamalarına görə, üzvlər arasında təqribən 1300 sürücü var”, – Orxan Əfəndiyev bildirib.

ABADA-nın prezidenti Toğrul Nurullayev qeyd edib ki, bənzər problem bütün dünyada mövcuddur. Lakin Azərbaycan bu məsələdə xeyli geri qalıb. Respublikada sürücü ehtiyatı yoxdur, fəaliyyət göstərənlərin əksəriyyəti isə beynəlxalq yükdaşıma tələblərinə cavab vermir.

“Sürücülərin çoxu öyrənmək istəmir, bununla belə, Rusiyanın əmək bazarlarına can atırlar. Onlardan çoxu Avropa tələblərinə uyğun deyil. Cəmi 40 faiz sürücünün sertifikatı var.

Üzərində çalışan və ixtisaslaşmaq istəyənlərin bəziləri Avropa ölkələrinə üz tuturlar, çünkü orada iritonnajlı maşınların sürücülərinin işi buradakından yüksək qiymətləndirilir”, – prezident deyib.

ABADA baş katibinin müavini Əli İsgəndərov qeyd edib ki, köhnə dünyada Şərqi Avropa sürücüləri Qərbi Avropa sürücülərinin yerlərini alırlar. Sonuncular yüksək məvacib axtarışında Amerikaya üz tuturlar. Azərbaycan sürücüləri isə MDB ölkələrinin iritonnajlı maşın sürücüləri sırasında Qərbi Avropa sürücülərinin yerlərini alırlar.

“Kəskin kadr çatışmazlığı Azərbaycana toxunanda, iş qüvvəsi Orta Asiya, yaxud Çindən gələcək”, – deyə Əli İsgəndərov vurğulayıb.

Orxan Əfəndiyevin dediyi kimi, ixtisaslaşmış beynəlxalq sürücülər müvafiq bilgilərə sahib olmalıdırlar. Amma sürücünün keçdiyi təlimdən sonra aldığı müvafiq sertifikata kimin nəzarət etməsi qanunla təsbit olunmayıb, belə bir mexanizm yoxdur.

“Daxili daşımalarda işləyən sürücü pasport alır, iritonnajlı maşının sükanı arxasında əyləşib, özünü beynəlxalq sürücü adlandırır, bununla belə, beynəlxalq konvensiyaların tələbləri və razılaşmaları, təlimat və qaydaları barədə anlayışı yoxdur.

Gömrük komitəsi bildirib ki, sürücülərin beynəlxalq sertifikat tələblərinə uyğunluğunun yoxlanılmasına hazırdır, amma indiyə qədər bununla heç kəs məşğul olmur”, – Orxan Əfəndiyev əlavə edib.

Rusiyada sürücülərin bəynəlxalq sertifikatının mövcudluğu Nəqliyyat Nazirliyinin fərmanı ilə yoxlanılır.

O.Əfəndiyev güman edir ki, tezliklə Rusiyadakı yoxlama Azərbaycan sürücülərinə də şamil oluna bilər.

“Təkcə sizin sürücülərinizin ödədiyi cərimə ilə hər il dövlət büdcəsini artırırıq”, – Ə.İsgəndərov Rusiya nəqliyyatçılarının sözlərini sitat gətirib.
“Azərbaycan sürücüləri nə edir? Sürücü yüklənmiş avtomobilin sükanı arxasında əyləşən kimi taxoqrafı söndürür (taxoqraf – nəqliyyat vasitələrində quraşdırılan nəzarət cihazı, iritonnajlı maşınların sürücüsünün iş və istirahət rejimini yazan “qara qutu”). Taxoqrafın mütəmadi çalışmasını və sürücünün iş və istirahət rejiminə riayət etməsini dövlət yol polisi yoxlamalıdır, amma YPX bunu bir çox hallarda etmir.

Rusiyada bizim iritonnajlı maşın sürücülərini saxlayıb, beynəlxalq iş rejiminə necə riayət etdiklərini yoxlamaq üçün taxoqrafı göstərməyi tələb edirlər. Əgər taxoqraf söndürülübsə, cərimə yazılır”, – baş katibin müavini deyib.

Sürücü taxoqrafı söndürərək, niyə risk alır?

Məsələ yükü tez bir zamanda çatdırmağı tələb edən sifarişçilərdədir. Sifarişsiz qalmamaq üçün sürücülər qaydaları pozur, pul itirir, öz həyatlarını və yol hərəkəti iştirakçılarının həyatını təhlükə altında qoyurlar. Çünkü təyin edilmiş beş gün əvəzinə, sürücü məntəqəsinə iki günə çatır, üç gün normal qidalanmır.

“Avropada sürücülər belə qayda pozuntusu edə bilməz. Orada taxoqraf cərimələri 30 min avroyadəkdir. Ödənişdən imtina etdikdə isə avtomobilə həbs qoyulur. Avropa müfəttişləri nəinki öz sahələrində, hətta tranzit sahələrdəki pozuntulara görə də cərimələyirlər”, – Əli İsgəndərov söyləyib.

Əlbəttə, bu səhlənkarlığı bütün sürücülərə şamil etmək olmaz.

ABADA rəhbərləri qeyd edirlər ki, onların sıralarında məsuliyyətli və savadlı sürücülər də var, sadəcə, onlar azlıq təşkil edirlər. Halbuki yaxın keçmişdə – sovet vaxtlarında Azərbaycan bu sahədə nümunəvi ölkə sayılırdı. Sürücülər sənətə çilingərlikdən başlayırdılar. Onlar avtomobili təmir etməyi bacarmalı idilər. Daha sonra təcrübəli sürücülərə yönləndirilir, dərslərdə iştirak edirdilər.

İran mütəxəssisləri sürücülərə əsas terminlərə öyrədirdilər. Sürücülər Partiya Bürosu, DTK-dən (Dövlət Təhlükəsizlik Komitəsi) keçirdilər və yalnız bundan sonra onlara xarici pasport verilirdi. Beynəlxalq sürücülərin hazırlıq sistemi sahmana salınmışdı.

“Bu gün biz Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının akademiyasında akkreditasiyadan keçmiş təhsil mərkəzimizdə beynəlxalq sürücülər hazırlayırıq. İxtisaslaşmış müəllimlərimiz var. Problem bundadır ki, oxumaq istəyənlər çox deyil. Bu vəziyyətdə bizim sürücülərimiz necə Azərbaycanı təmsil edə bilər?”, – Orxan Əfəndiyev bildirib.

Digər problem ondan ibarətdir ki, ixtisaslaşmış ekspeditorların dövlət reyestri yoxdur. Hər kəs özünü ekspeditor adlandıra bilər. Onlar şifahi danışıq əsasında, primitiv şəkildə fəaliyyət göstərirlər. Bədbəxtçilik bundadır ki, bu sahə də nəzarətsizdir. Nəzarətsizlik isə dövlətə ziyandır, çünki ekspeditorların qeyri-qanuni işi üzrə vergi ödənilmir.

2013-cü ildə Rusiya beynəlxalq daşımalara mane sayıla biləcək addım atdı. O zamana qədər beynəlxalq daşımaları problemsiz adlandırmaq olardı, çünkü onlar TIR sistemi ilə qeydiyyata alınırdı və “Carnet TIR” istifadə olunurdu (Gömrük tranziti sənədi, möhürlənmiş avtomobil kuzovunda və ya konteynerdə yüklərin dövlət sərhədlərində sadələşdirilmiş gömrük prosedurları əsasında daşınmasına icazə verir).

Rusiya bu zəmanət sisteminə qoşulub. Ancaq bu, ona beynəlxalq CMR qaimə istifadəsi ilə öz zəmanət sistemini yaratmağa mane olmadı ki, bu da çaşqınlığa səbəb oldu.

“Hazırda TIR daşımaları 80 faiz azalıb. Sürücülər Rusiya sistemindən istifadə edirlər, bu da beynəlxalq daşımalara nəzarəti azaldır”, – Orxan Əfəndiyev qeyd edib.

Daha bir önəmli problemi qeyd edə bilərik – Rusiyanın iritonnajlı avtomobil sürücüləri ilə rəqabət. Onlar buraya daxil olurlar və bizim sürücülərimizin ala biləcəkləri yükləri aparırlar. Ona görə də Azərbaycanın iritonnajlı maşın sürücüləri işsiz qalırlar.

Sevindirici haldır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Azərbaycan avtodaşıyıcılarının beynəlxalq avtomobil daşımalarına buraxılması haqqında” əsasnamə hazırlayıb və o, hazırda Nazirlər Kabineti tərəfindən təsdiq olunma mərhələsindədir.
Bu maşınların taksi kimi istifadəsinə QADAĞA qoyuldu Bu maşınların taksi kimi istifadəsinə QADAĞA qoyuldu Sosial Leyla Əliyeva Bakıda beynəlxalq foruma qatıldı Leyla Əliyeva Bakıda beynəlxalq foruma qatıldı Medeniyyet Nazirlər Kabinetindən nəqliyyatla bağlı MÜHÜM QƏRAR Nazirlər Kabinetindən nəqliyyatla bağlı MÜHÜM QƏRAR Sosial Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib Iqtisadiyyat Azərbaycan Londonda beynəlxalq kitab sərgisində iştirak edəcək Azərbaycan Londonda beynəlxalq kitab sərgisində iştirak edəcək Medeniyyet