Kamal Abdulladan prezidentə daha bir şikayət - "Dövlət imtahanımıza nə qədər pullar yığdığını mən bilirəm"
Sosial
Oxunub: 565
17 avq 2019 | 23:49
Kamal Abdulladan prezidentə daha bir şikayət - "Dövlət imtahanımıza nə qədər pullar yığdığını mən bilirəm"

Azərbaycan Dillər Universitetinin (ADU) daha bir əməkdaşı Kamal Abdulladan şikayətçidir.

ADU əməkdaşı Mehparə Manafova adlı şəxs universitetdə baş verən qanunsuzluqlarla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

O bildirib ki, 2017-ci ildən Kamal Abdullanın universitet rektoru vəzifəsini icra etməsiylə ali təhsil müəssisədə özbaşınalıq, korrupsiya, hədə-qorxu kimi hallar baş alıb gedir: "Mən, 1994-cü ildə martın 19-da Azərbaycan Dillər Universitetinin 2-ci kurs tələbəsi ikən metroda partlayış zamanı sol qolumu itirdim, sağ qolumdan ciddi sınıqlar və ciddi yanıqlar alaraq 1-ci qrup əlil oldum. 1997-ci ildə universiteti bitirdim və həmin ildən orada işləyirəm. İllərcə sevgi, xoş rəftar gördüm. Çox təəssüflər olsun ki, Kamal Abdulla və onun özü ilə gətirdiyi ətrafı gələnə kimi. Universitetdə atamanlıq edənlər, hədə-qorxu gələnlər nə böyük, nə də kiçik sayırlar. Haqqı dediyin zaman işdən qovulmaqla hədələnirik".

Onun sözlərinə görə, rəhbər vəzifəlilərlə yanaşı, digər ADU əməkdaşları da mövcud ənənəni davam etdirirlər: "Maliyyə şöbəsinin müdiri Nüşabə Tanrıverdiyeva universitetə gəldiyi gündən mənimlə düşməncilik edir, gördüyüm nöqsanları dilə gətirdiyim üçün məni qara siyahıya salıb. Universitetdə maddi vəsaitlər talanır, bu universitetdə hər kəsin gözü önündədir. Məzuniyyət pulunu ödəmək ücün büdcədə pulun olmadığı söyləntiləri var. Mən 27 ildir ki, o universitetdəyəm, bir dəfə müalicəyə getmək üçün pul istədim, başıma gətirmədikləri şər iftira qalmadı. Məni - iki qolumdan şikəst insanı Nüşabə Tanrıverdiyevanı universitetdə döyməkdə ittiham edib şərlədilər. Onlar öz cinayətkar əməllərini mənim kimi insanlara iftira atmaq üçün başqalarını şahid tutaraq tanımadığı insanın əleyhinə qol çəkdirərək ört-basdır edirlər".

"Universitetdə çox qanunsuzluqlar baş verir, burada yazmaq istəmirəm. Universitetdə illərlə eyni vəzifəni daşıyan insanlar var ki, məsələn, Məsmə Qazıyeva kimi. Tələbəlik dövründən tanıyıram. Dövlət imtahanımıza nə qədər pullar yığdığını mən bilirəm. Bu gün həmin xanım bütün universitet işçilərinin taleyini həll edən sənədlərə şəxsi marağı üçün qol cəkdirir", - şikayətçi bildirib.

Xatırladaq ki, universitetin sabiq dekanı Vüsalə Ağabəyli, müəllimi Pərvin Mürsəlova, kadrlar şöbəsinin baş mütəxəssisi Elmira Baxşəliyeva hüquqlarını pozduqlarına iddiası ilə ADU-nun rektoru Kamal Abdullanı məhkəməyə veriblər.

Kamal Abdulla da adları çəkilən əməkdaşları, hətta "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallını məhkəməyə verib.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //arqument.az//
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...