"Relax” vergidən necə yayındırılıb? – Eyni insident 2017-ci ildə də olub (TƏFƏRRÜAT)
Sosial
Oxunub: 445
20 avq 2019 | 20:18
"Relax” vergidən necə yayındırılıb? – Eyni insident 2017-ci ildə də olub (TƏFƏRRÜAT)

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri oluğu "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.

Unikal.org “Relax” İstirahət Mərkəzinin necə vergidən yayınması ilə bağlı təfərrüat əldə edib. Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları avqust ayının 16-dan “Relax” İstirahət Mərkəzində yoxlama aparır. Yoxlamalar zamanı ciddi qanunvericilik pozuntuları aşkarlanıb. Aşkarlanan pozuntular çərçivəsində “Relax” İstirahət Mərkəzində ciddi vergi sanksiyaları tətbiq olunmaq üçün müvafiq sənədlər tərtib edilib.

İstirahət Mərkəzi 20-yə yaxın adamın adına rəsmiləşdirilib....
"Relax” vergidən necə yayındırılıb? – Eyni insident 2017-ci ildə də olub (TƏFƏRRÜAT)
Aparılan yoxlamalar zamanı məlum olub ki, 2017-ci ildə vergidən yayınmaq üçün Milli Məclisin deputatı İqbal Məmmədov obyekti 20-yə yaxın qohum və tanışlarının adına rəsmiləşdirib. Sənədlərdə göstərilib ki, “Relax” hoteli qardaşı və oğluna, çayxana və restoranların hər biri isə başqa-başqa adamların adına sənədləşdirilib. Adı “Relax” MMC olsa da, demək olar ki, bu obyektdə MMC-lik heç nə saxlanılmayıb. Bununla belə, istirahət mərkəzinə gələn müştərilərin sayı azaldılıb, xərcləri isə şişirdilib. Ümumilikdə istirahət mərkəzində külli miqdarda vəsaitin vergidən yayındırılması aşkarlanıb. Vergilər nazirliyinin əməkdaşları baş verən qanun pozuntuları ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlını məlumatlandırıblar. Bu da Mirhəmid Nərimanlının ciddi narazılığına səbəb olub. Tərəflər arasında baş verən söz atışması, sonda əlbəyaxa davaya səbəb olub.“Relax”ın məhkəmələri...

Onu da qeyd edək ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti sözügedən istirahət mərkəzində bu il bir neçə dəfə də vergidən yayınma halları aşkarlayıb və bununla bağlı sanksiyalar tətbiq edib. Amma, “Relax” rəhbərliyi bu sanksiyalardan çəkinməyərək, yenə də eyni əməllərini təkrarlayıblar. 28.03.19-cu il tarixində “Relax” MMC qərarın ləğv edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə işə 30.04.2019-cu ildə baxılması qərarını verib. 2019-04-30-cu il tarixində keçirilən Apellyasiya Məhkəməsində 6 saylı Ərazi Vergilər Departamentinin qərarı qüvvədə saxlanılıb.
"Relax” vergidən necə yayındırılıb? – Eyni insident 2017-ci ildə də olub (TƏFƏRRÜAT)
Eyni insident 2017-ci ildə də olub... Bununla belə, deputatın rəhbəri olduğu obyektdə insident 2017-ci ildə də təkrarlanıb. Buna görə, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin şikayəti əsasında “Relax” MMC-nin rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsi ilə cinayət işi açılıb. Maddədə göstərilir ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, digər yerlərə baxış keçirilməsinə mane olması...

“Relax” bu qərara görə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədən İXM-nin 602.4 maddəsinin ləğv edilməsini tələb edib. Bu dəfədə də məhkəmə “Relax” MMC rəhbərliyinin iddiasını rədd edib.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"