21-08-2019, 19:55 Oxunub: 283

Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi

Hacı Qalib indi də belə problem yaradır... - dövlət qurumları məhkəməyə verildi

Vətəndaş Seymur Qulyev sabiq deputat Hacı Qaliblə illərdir məhkəmələrdə çəkişir. Əlində dövlətin verdiyi “kupça”, Ali Məhkəmənin həmin sənədin qanuniliyini təsdiqləyən qərarı, dövlət qurumlarının həmin torpağın Seymur Quliyevə məxsusluğunu təsdiq edən çoxsaylı yazışmaları var. Olmayan isə mülkiyyət hüququdur - hansını ki, Hacı Qalib hələ deputat olarkən qəsb edib.

Seymur Quliyev mülkiyyət hüququnun tapdanması və ona dəyən ziyanın ödənməsi ilə bağlı Reyestr Xidməti və Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. İş üzrə proses avqustun 21-də 2 saylı İqtisad Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçiriləcək.

Seymur Quliyev bundan əvvəl 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət etmişdi. Ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin - Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması hüququnun pozulduğunun tanınmasını diqqətə çatdırmışdı.

Seymur Quliyev deyir ki, o, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilib. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Seymur Quliyev bu imkanlardan məhrum edilib. Hacı Qalib Salahzadə Bilgəhdə onun 2 və 3 mərtəbəli iki villasını yerlə bir edib. O, bu qanunsuzluqları edərkən deputat mandatı daşıyıb, qanunsuz olaraq müxtəlif qurumlardan əsassız sənədlər əldə edə bilib. Hazırda Daxili İşlər Nazirliyində Hacı Qalib Salahzadənin Seymur Quliyevin torpağına gedən yolu qanunsuz olaraq bağlaması, Seymur Quliyevlə yanaşı, digər vətəndaşlar Ələkbər Quliyev və Nurid Əliyevin bağ evlərini dağıtması ilə bağlı araşdırmalar davam edir. 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb.

Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir. Müraciətdə deyilir ki, Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilsə də, hələ də icrası baş tutmayıb. Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsinin istintaq qrupunun əməkdaşları Dövlət Reyestr Xidmətinin nümayəndələri və zərərçəkənlərlə birgə əraziyə baxış keçiriblər. Dövlət Reyestr Xidməti nümayəndələri ərazidə müvafiq ölçmələr aparıblar. Nurid Əliyevin, Seymur Quliyevin bağ sahələri ilə yanaşı, yaxınlıqdakı Qalib Salahzadənin bağ sahəsinin və ərazidəki evinin də ölçülərini götürüblər.

Xatırladaq ki, Qalib Salahzadə istintaq orqanında vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilib. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır.
“Yeni Müsavat”
Sabiq deputat vətəndaşın özəl torpağını avtodayanacağa çevirib - Özbaşınalıq Sabiq deputat vətəndaşın özəl torpağını avtodayanacağa çevirib - Özbaşınalıq Sosial Hacı Qalibin Bilgəh “fironluğu” - iş Avropa Məhkəməsinə daşınır Hacı Qalibin Bilgəh “fironluğu” - iş Avropa Məhkəməsinə daşınır Sosial Hacı Qalib 3 dövlət qurumuna qarşı - QALMAQAL Hacı Qalib 3 dövlət qurumuna qarşı - QALMAQAL Siyaset Hacı Qalib Salahzadədən şikayətçilərin sayı artır - GƏLİŞMƏ Hacı Qalib Salahzadədən şikayətçilərin sayı artır - GƏLİŞMƏ Sosial Hacı Qalibi istintaqa cəlb ediblər; - sabiq deputatı yeni skandalın mərkəzində Hacı Qalibi istintaqa cəlb ediblər; - sabiq deputatı yeni skandalın mərkəzində Siyaset