“MADO” orucluqdan istifadə edib müştəri soyur – RƏZALƏT
Sosial
Oxunub: 1 143
10 iy 2015 | 07:59
“MADO” orucluqdan istifadə edib müştəri soyur – RƏZALƏT














“MADO” restoran şəbəkələrində müştərilərə qarşı ayrıseçkilik edilir

Belə ki, qaynar.info xəbər verir ki, bu barədə məlumat “facebook” sosial şəbəkəsində yazılıb. Rəşad Babayev adlı vətəndaş yazır ki, son günlərdə “MADO” restoranda açıq havada oturmaq mümkün deyil:”Açıq havada yerləşən massalarda əyləşən kimi soruşurlar ki, “İftara gəlmisiniz?” Cavab yox olan kimi deyillər açıq havada yerləşən bütün masalar oruc tutub iftara gələnlər üçündür.”
Rəşad Babayev bildirir ki, sual verdikdə oruc tutmayanlar adam deyil və yerlərin əksəriyyəti də boşdur, niyə belə edirsiniz maraqlı cavabla qarşılaşıb. Restoranın əməkdaşı bildirib ki, siz əgər adambaşına 19 manat 50 qəpik ödəyib iftar menyusu götürsəniz o zaman açıq havada əyləşə bilərsiniz.
Sual yaranır bu zaman bəlkə mənim cibimdə 19 manat 50 qəpik pul yoxdur. Bəlkə mən həmin məbləği iftar süfrəsi üçün israf sayıram, bəlkə biz başqa sifariş verəcəyik?
Oxşar hadisə ilə marketinq mütəxəssisi Pərviz Əzimov da qarşılaşıb. O da bu barədə öz “facebbok” səhifəsində yazıb. Pərviz Əzimov: “Təqribən 1 həftə əvvəl axşamüstü saat 7-8 radələri olardı. Bir dostum zəng elədi ki, “MADO”-dayam. Təzə əyləşmişdik, ofisiant gəlib yaxınlaşdı ki, birazdan burdan durmalı olacaqsız. Səbəbini soruşanda dedi ki, bütün masalar oruc tutanlar üçündür. Bir nəfərlik iftar menusunun da qiyməti 19 manat civarında. Əvvəl sadə formada izah etməyə başladıq ki, bu ayrıseçkilikdir, olmaz belə. Gördük alınmır. Qısacası, bunlar absurd məntiqli adamlardı.Oruc kasıbın halından anlamaq üçündür. 19 manatlıq, 1 nəfərlik menu ilə kasıbın halından necə anlamaq olar mən başa düşə bilmirəm.”
“MADO” restoran şəbəkəsinin marketinq menceri İlham Məmmədli isə Qaynar.info saytına açıqlamasında bildirib ki, axşam saat 7-dən etibarən bu yerlər “rezerv” olunduğu üçün burada başqa müştərilər əyləşə bilmir:”Kimsə gəlib iftarını açıb getsə, həmin yerdə başqa müştərilər də əyləşə bilərlər. Burda heç bir problem yoxdur.”
İlham Məmmədli daha sonra bildirib ki, iftar menyusunun qiyməti baha deyil. Bir çox yerlərdə iftar menyusu 21-25 manat civarında dəyişir. Amma standart menyu verilir. Bizim menyu isə fərqlidir, həm də qiymətlər normaldır.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR