Şöhrət Əhmədovun qanunsuz hərəkətləri - cənab nazir Vilayət Eyvazov mənə kömək edin
Sosial
Oxunub: 625
2 sen 2019 | 00:54
Şöhrət Əhmədovun qanunsuz hərəkətləri - cənab nazir Vilayət Eyvazov mənə kömək edin


Azərbayсan Respublikasının Daxili
İşlər naziri cənab Vilayət Eyvazova

Azərbayсan Respublikası Zaqatala
rayonunda fəaliyyət göstərən "Ləzzət"
MMC-nin kollektivi və direktoru
Hacıbəy İsak oğlu Zakatalski tərəfindən


Hörmətli cənab nazir Vilayət Eyvazov sizin çox qiymətli vaxtinizi aldığım üçün dönə-dönə çox üzr istəyirəm.
Mənim 72 (yetmiş iki) yaşım var. II qrup əliliyəm ölkəmizdə 1987-ci ildən ilk sahibkarlardan biriyəm. İxtisasım tütünçüdür. Ölkəmizdə şöhrət tapan xeyriyyəçiyəm.
Hörmətli nazir 32 illik sahibkarlıq fəaliyyətimdə çox haqsızlıqla üzləşmişəm. Ancaq 2004-cü ildən sonra başıma gələn haqsızlıqlar, fəlakətlər və dövlət məmurları tərəfindən mənə və mənim şəxsi əmlakıma qarşı törədilən cinayət tərkibli xüsusən rüşvət vermədiyimə görə törədilən qanunsuz həqiqətə uyğun olmayan əməllər heç vaxt unudulmaz həm də bağışlanılmazdır.

Hörmətli cənab nazir Vilayət müəllim, Siz Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilən gündən belə fikirləşdim ki, Azərbaycan Respublikasının daxili işlər nazirliyi nazir vəzifəsinə laiqli şəxsiyyəti tapdı. Sizə uzun ömür can sağlığı və işinizdə müvəffəqiyyətlər arzulayıram. Biz artıq inanırıq Azərbaycanda və xüsusən Zaqatalada törədilən cinayətlər dövlət məmurları və polis orqanları üçün gəlir mənbəyi olmayacaqdır.
Hörmətli nazir məni şərləyərək böhtanla 2008-ci ildə 6 il müddətinə azadlıqdan məhrum etdilər. Səbəb o idi ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin meşə departamentinin keçmiş rəisi Rövşən Cəlilova rüşvət vermirdim. O da mənimlə icarə müqaviləsi bağlamırdı. Digər səbəb mən milli məclisdə deputatlığa namizədliyimi vermişdim. Rayonumuzun o dövrdəki icra başçısı Asif Əskərov, o dövrdəki prokuror vasitəsi ilə xəbər göndərdi ki, Rizvan Vahabovun xeyrinə namizədliyi geri götürüm. Məndə namizədliyi geri götürmədim. Rövşən Cəlilovla Asif Əskərov birləşərək şərəfsizlərin köməyi ilə məni şərləyərək böhtanla həqiqətə uyğun olmayan dəlilərlə məni azadlıqdan məhrum etdilər. Guya mən Car-Balakən dövləti yaradıram. Evimdə guya silah anbarı aşkar olunub.
Mən ittiham aktını oxuyanda orada o qədər silahın adı vardı ki, bəlkədə müdafiyə nazirliyinin anbarında o qədər silah adı olmazdı. Mən bildirdim mən hökümət çevirilişi edən deyiləm. Mənim qoşunum yoxdur. Mənim partiyam Yeni Azərbaycan partiyasıdır. Mən restoran işlədənəm. Kabab satanam, dünyanın ən axmaq adamı olan cəbhəçi deyiləm. Xeyri olmadı həyatımı rüşvət vermədiyimə görə ləkələdilər. Hörmətli nazir mən azadlığa çıxandan sonra yenidən "Ləzzət" istirahət mərkəzində işə başladım. Tutulmamışdan əvvəl ofisimdə 6000 manat pul gizlətmişdim. Azadlığa çıxandan sonra gəlib baxdım pul yoxdur. Sonradan məlum oldu ki, "Ləzzət" istirahət mərkəzinin administratoru Xəlilov Adil Əsədullah oğlu göyəm kənd sakini ofisi eşiləyərkən pulu tapıb. Onu görən iki nəfər ofisiyanta da pay verib heç kəsə deməsinlər diyə. Ofisiyantın biri ona verilən pul payı ilə evə gedəndə ata-anası ona acıqlanıb və ona verilən pul payını gətirib mənim həyat yoldaşıma verib. Beləliklə sirrin üstü açılıb.
Mən Zaqatala rayon prokurorluğuna Adil Xəlilov Əsədulla oğlunun mənə məxsus iş otağımdan 6000 manat pulun oğurlanması barədə şikayət ərizəsi verdim. Zaqatala rayon prokuroru Əli Abdullayev mənim şikayət ərizəmi aidiyyatı üzrə yoxlanılıb araşdırılması üçün 18.04.2016-cı ildə N 47C-16 nömrəli məktubla Zaqatala rayon polis şöbəsinə pul tələbi ilə işi araşdırmaq üçün təhqiqat şöbəsinə verdi. Təhqiqat şöbəsinin müdiri Şöhrət Əhmədov işi araşdırmağa başlayır. Adil Xəlilovu dəvət edir. Mənimlə üzləşdirir, Adil hərşeyi boynuna alır. Necə olduğunu danışır. Adil Xəlilov tezliklə 4000 AZN ödəyəcəyini bildirir. 4000 ona görə ki, o ofisimdə 6000 AZN yox, 5000 AZN olub 1000 manatı oğlum İbrahimə verib. Mən də onun sözü ilə razılaşdım.
Təhqiqat şöbəsinin müdiri tez-tez "Ləzzət" istirahət mərkəzinə gələrək nahar və şam yeməyi yeyirdi. Məm hər dəfə ondan soruşurdum. Bizim işimiz nə yerdədi. O da kətə yeyə-yeyə deyirdi nə dadlı kətədir. Mən dedim kətə soruşmuram deyirəm bizim pul tələbi ilə olan işi. Hə yaxınlarda həll olunacaq. Mən Adil Xəlilovdan və başqa ünvanlardan öyrəndim. İkinci ofisyanta verən pulu təhqiqat şöbəsinin müdiri Şöhrət müəllimə Moskvadan göndəriblər. Adil Xəlilovda qalan pulu Şöhrətə veriblər. Ancaq Şöhrət mənə bildirdi ki, bu yaxınlarda hərşeyi gətirəcəklər. Axır vaxtlarda Şöhrət mənim rəhbərlik etdiyim "Ləzzət" istirahət mərkəzinə də gəlmirdi. Bir dəfə əməliyyat şöbəsinin rəhbəri Niyazi müəllimə, bir dəfə də əməliyyatçı Şahid müəllimə Şöhrətin qanunsuz hərəkətləri barədə dedim onlar da reaksiya vermədilər. İndi də Sizə müraciət edirəm. Mənim halal pulumu 4000 manatı Şöhrətdən alınıb mənə verilməsinə kömək edəsiniz. Məm qocaman sahibkar Azərbaycan vətəndaşıyam.

Hörmətli nazir Vilayət müəllim bu hadisədən sonra mən, mənə məxsus Zaqatala rayonun Qəbizdərə kəndi yaxınlığında "Şəlalə" istirahət mərkəzində oğurluqla bağlı Prokurorluğa və Polis şöbəsinə şikayət ərizəsi verdim. 25 iyul 2017-ci ildə Zaqatala rayon polis şöbəsinə verdiyim şikayət ərizəsini araşdırmaq üçün təhqiqat şöbəsinin müdiri Şöhrət Əhmədova verdilər. Şöbənin əməkdaşı ilə oğurlanan turbaların yerinə baxış keçirdik, oğurlanan "paslanmaz" materialdan olan su çənin yerinə baxdıq. Bir neçə gündən sonra Şöhrət gəldi "Ləzzət" istirahət mərkəzinin restoranına yenə yaxşı kətədən yeyəndən sonra Şöhrət mənə gülə-gülə dedi: Gəlsənə sən Məmməd Ramazan Məmməd oğlu meşəbəyi oğurlayıb deyən kivi talvarı altında olan turbaarı mənə bağışlayasan. Sənin orda onsuz çox şeyi oğurlayıblar. Mən dedim ki, sən hələdə mənim Adil Xəlilovdan pulumu alıb verməmisən. İndi də turbaları istəyirsən. O mənə dedi onsuzda meşəbəy Ramazan Məmməd oğlu sənə heç nə qaytaran deyil. Zaqatala meşə idarəsini o dövrki rəisi Sərxan Əliyev qondarma olsa Azərbaycan dövlətinin adından çıxarılan qətnaməyə əsaslanaraq "Şəlalə" istirahət mərkəzini talan edib. Ramazan Məmmədov meşəbəyi də Sərxan deyəni edib. Mən dedim mən sənə turba bağışlayan deyiləm. Mənə siz araşdıran iş barədə qərarı verin. Şöhrət hər həftə "Ləzzətə" gəlib mənə ağlına nə gəlsə danışıb gedirdi.

Bir gün mən Prokuror Əli müəllimin yanına getdim. Əli müəllim məndən soruşdu. Sənin "Şəlalə" istirahət mərkəzi ilə bağlı iş necə qurtardı?. Mən Əli müəllimə dedim: "Şöhrət deyir iş gedir qurtaranda sənə xəbər edərəm". Əli müəllim polis rəsinə telefon zəngi vurdu. Polis rəisi Adil Ələkbərov bildirdi ki, Hacıbəyin Qəbizdərə kənd yaxınlığındakı "Şəlalə" istirahət mərkəzindəkioğurluq barədə cinayət işi 5 avqust 2017-ci ildə bağlanıb rədd edilib. Hacıbəy gəlsin biz qərarın təkrar surətini verərik. Mən rəisə bildirdim poçt vasitəsi ilə mənə niyə qərarın surətini göndərməmisiniz. O bildirdi biz poçt vasitəsi ilə xəbərnamə ilə heç kəsə heç nə göndərmirik. Onda siz nəvaxt poçta qərarı göndərmisiz. Ayın tarixi nə vaxt poçt qəbul edib. Azərbaycan dövlətinin poçtundan hər şey günün tarixi ilə qeyd olunur. Mən həmin arayışı işləyirəm. Aldığım məlumata görə qəsdən qərarı mənə göndərməyi gecişdirib. Mən Acınohur qışlağında idim. "Ləzzət" istirahət mərkəzindən işçim mənə zəng vurub bildirdi polisdən Şöhrət adlı bir mayor gəlib mənə bir sənəd verir deyir Hacıbəyə verərsən. Mən deyirəm sənədin arxasına yaz ayın tarixini, saat və qol çək. O məni hədələdi və sənədi də götürüb getdi. Mən də dedim yaxşı elədin. 5 avqust 2017-ci ildən rədd edilən qərarın surətini mənə polis rəsinin otağına 14 fevral 2018-ci ildə verdilər. Mən qərarı oxudum. Gördüm mənim şikayət ərizəmə aid heç nə yoxdur. Meşəbəyi Ramazanla ortaq məxrəcə gələrək qərar veriblər. Polis rəisidə heç nəyə reaksiya vermədi.

Hörmətli cənab nazir Vilayət Eyvazov bu gün ölkəmizdə, Prezidentimizdə, nazirlərdə, hər bir vəzifədə işləyən xalqımızın qeyrətli övlatları deyirlər "Biz Azərbaycan vətəndaşına xidmət edirik" Mərhum Prezidentimiz, Ulu öndər cənab H. Əliyev kooperativlərin inkişafına və dövlət tərəfindən qorunmasına verdiyi sərəncamlardan biridə Azərbaycan dövlətində koolperativ əmlakı toxunulmazdır sərəncamıdır.

Hörmətli Vilayət Eyvazov 01 aprel 20190cu il tarixdə dünya şöhrətli 1987-ci ildən fəaliyyət göstərən ilk sahibkarlıq müəssisəsi olan "Ləzzət" ailəvi istirahət mərkəzinə qəsdən 4 müştəri oturan otağa 5müştəri yataq kotecinə od vurdular. Səhər 7 radərində. Zəndimizcə 15 il bizimlə mənasız, rüşvət vermədiyimizə görə adavat aparan ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşlarının göstərişi ilə yanğın törətmişlər. Bu günə kimi yanğın barədə heçnə araşdırılmayıb. Aidiyyatı üzrə heç kəs narahat deyil. Yanğın törədənləri axtarmaq niyyətləri yoxdur. Ancaq belə deyə bilərik dövlətimizdə fövqəladə hallar nazirliyi nədə xalqıa canı yanan polis şöbələri var. Ümid edirik indidən sonra hər şey qaydasında olacaq. Bir daha xahiş eidirik ki, bizə qarşı törədilən haqsızlıqları araşdırasınız. Əgər bizim dediklərimiz yalan oarsa şəxsən mən Hacıbəy Zakatalskiyə ömürlük həbs cəzası verin.

Hörmətli Vilayət müəllim biz ALLAHdan və birdə Sizdən kömək diləyirik.

Hörmətlə,
"Ləzzət" MMC-nin kollektivi və direktoru
Hacıbəy İsak oğlu Zakatalski
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası