Daha bir iri şirkət dövlətə fırıldaq gəlir... - İDDİA
Sosial
Oxunub: 608
2 sen 2019 | 23:43
Daha bir iri şirkət dövlətə fırıldaq gəlir... - İDDİA

"Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da Vergilər Nazirliyinin müfəttişləri ilə bağlı baş verən hadisə ölkədə böyük biznes obyektlərinin vergidən yayındığı məsələsini gündəmə gətirib.

Vergilər Nazirliyinin "Relaks"da nəzarət tədbirinin həyata keçirilməsinə səbəb istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması göstərilir.

Rəsmi açıqlamaya görə, 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib.

Bundan başqa, "Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.

Qeyri-şəffaf vergi uçotuna, mühasibatlığa malik qurumlardan birinin də "Astaraçay” MMC olduğu bildirilir.

Bu barədə Arqument.az-a şirkətin əməkdaşları məlumat veriblər.

"Əgər yoxlama aparılsa, dediklərimiz təsdiqini tapacaq. Burada hansı qanunsuzluqların baş verdiyi üzə çıxacaq", - onlar bildiriblər.

Məlumatda həmçinin 2010-cu ildə təsis edilən, çay istehsalı ilə yanaşı, qara düyü və subtropik meyvələrin becərilməsi ilə məşğul olan şirkətin işçilərinin sayının "şişirdildiyi", becərilən məhsulların, xüsusən də qara düyünün sentnerinin rəsmi rəqəmlərdə az göstərildiyi bildirilir.

Məlumata görə, "Astaraçay” MMC 2018-ci ildə Astara, Lənkəran və Biləsuvar rayonlarında 1000 hektar ərazidə çəltik əkib.

Müəssisənin 1000 hektardan əldə etdiyi məhsul isə rəsmi sənədlərdə 2145 ton göstərilib. Bu isə hər bir hektara 21 sentner deməkdir.

Ekspertlərdən isə müqayisə apararaq bu rəqəmlərin inandırıcı olmadığını vurğulayırlar.

Onların sözlərinə görə, Azərbaycanda hətta müasir texniki avadanlıqlara malik olmayan, aqrotexniki qulluğu qaydasında və zamanında edə bilməyən sadə fermerlər çəltikdən hər bir hektar üzrə ən azından 32-36 sentner məhsul əldə edə bilir.

Məlumata görə, işçilərinin sayında ciddi fərqlilik olan "Astaraçay” MMC-nin rəsmi sənədlərdə sahibi 1983-cü il təvəllüdlü Ağdam rayonundan məcburi köçkün olan Ələkbərli İlkin Elxan oğludur.

Fabrikə nəzarəti isə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun qardaşının etdiyi deyilir.

Arqument.az mövzu ilə bağlı "Astaraçay" MMC-yə sorğu göndərsə də, 7 iş günü keçməsinə baxmayaraq, şirkətdən heç bir cavab verilməyib.
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır