Qarabağ əlili sığorta pulunu niyə ala bilmir? - "...sayğısız yanaşırlar"
Sosial
Oxunub: 538
4 sen 2019 | 23:48
Qarabağ əlili sığorta pulunu niyə ala bilmir? - "...sayğısız yanaşırlar"

Qaradağ rayonu Buta qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən vətəndaş Ağayev Teymur İmran oğlu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına müracıət ünvanlayıb. Sözügedən müracıətin bir surəti də geniş ictimaiyyətin müzakirəsinə çıxarılması məqsədi ilə Aktualinfo.org onlayn qəzetin elektron poçtuna göndərilib. Aktualinfo.org vətəndaş Teymur Ağayevin müraciətində qaldırdığı məsələnin aktuallığını nəzərə alaraq oxucuların diqqətinə çatdırır.O, yazır:

Sizə bir Qarabağ Müharibəsi veteranı, 1-ci qrup əlil kimi müraciət edirəm:

1992-ci ilin iyunun 12-dən 21 oktyabradək Qarabağ müharibəsinin ən qızğın yerlərində, Tərtər rayonu istiqamətində döyüşmüş, bir çox strateji əraziləri düşməndən azad etmiş və son döyüş zamanı ağır yaralanmışam. Elə o vaxtdan 1–ci qrup əlil olaraq yaşayıram.

Mən dəgər əlil olmuş müharibə veteranları kimi Dövlət sığorta Kommersiya şirkətinə 02 avqust 2019-cu il tarixində müraciət edərək xahiş etmişdim ki, “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sı\ortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uyğun olan sığorta ödənişi etsin. Lakin çox təssüflər olsun ki, Dövlət sığorta Kommersiya şirkəti sədrinin birinci müavini A.Hacıyevin imzası ilə aldığım 06 avqust 2019-cu il tarixli formal cavab məktubunda bildirilir “ 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuarın dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş , itkin düşmüş, xəsarət almış, əlillik dərəcəsi almış lakin hal hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının milli Məclisinə tövsiyə edilmişdir. Bu məsələyə AR Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edilkdikdən sonra baxılacaqdır.”

Cənab Ali Baş Komandan Dövlət sığorta Kommersiya şirkətinin 06 avqust 209-cu il tarixli cavab məktubunda qeyd edilənlərə bir az diqqət yetirdikdə məlum olur ki, 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuarın dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanunla bağlı sığorta məbləğinin qısa müddətdə müəyyən edilməsi Milli Məclisə tövsiyə olunmasına baxmayaraq bu günədək çox təəssüflər olsun ki, Milli Məclis tərəfindən normativ hüquqi akt qəbul edilməmişdir. Buradan nəticəyə gəlirik ki, xalq tərəfindən seçilmiş Milli Məclis üzvləri , 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Qərarına sayğısız yanaşırlar. Bu çox biabırçı haldır. Və hələ bilinmir ki, Milli Məclis neçənci əsrdə müvafiq normativ hüquqi akt qəbul edəcəkdir. Və nəticədə bizim kimi minlərlə saölamlığını itirmiş Qarbağ Müharibəsi döyüşçüsü ölənə qədər gözləyəccəyik ki, Milli Məclis nə vaxt vaxt ayırıb sığorta məsələsinə baxacaqdır. Bu süründürməçiliyin digər fəsadları ondan ibarətdir ki, bizim kimi canını, sağlamlığını Vətən yolunda qoymuş döyüşçülərə onlara çatacaq haqqı ( sığorta məbləği) ödənmirsə, sabah gənc nəslin nümayəndələri hansı döyüş ruhu ilə torpaqlarımızın azad olunması uğrunda döyüşəcəkdir? Məncə bu aksiomalı məntiqin sübuta ehtiyacı yoxdur. Lakin Sizin tərəfinizdən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş 03 dekabr 2013-cü il tarixli Fərmanı kifayət edir ki, bizim kateqoriyalı insanlara sığorta ödənişləri həyata keçirilmiş olsun.

Cənab Ali Baş Komandan. Hesab edirəm ki, yaşadığımız indiki müharibə şəraitində Dövlət sığorta Kommersiya Şirkətində, Milli Məclisdə kök salmış pozucu qüvvələrin aşkar edilməsi və barələrində qanunamüvafiq tədbirlər görülməsinin zamanıdır. Bir daha Sizdən xahiş edirəm şəxsən mənə qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişinin ( 80 %-in) və əlavə olaraq sığortanın gecikdirilməsinə görə hər gün üçün nəzərdə tutulan 0.5 % pulun hesablanaraq mənə ödəniməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi