Əli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdır
Sosial / Dunya
Oxunub: 1 210
10 sen 2019 | 18:18
Əli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdır

"Qaçqınkom”un keçmiş rəhbəri, baş nazirin müavini Əli Həsənovun kürəkəni Elman Allahverdiyev hazırda Almaniyadakı biznesini idarə edir.

O, iki il əvvəl idarə etdiyi "Gelandewagen"lə iki nəfərin ölümünə görə həbs olunmuş və bu yaxınlarda həbsdən buraxılan Nail Allahverdiyevin atasıdır.
Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Elman Allahverdiyev Hamburqda 2014-cü ilin yanvarından logistika sahəsində fəaliyyət göstərən LOHIMEX GMBH adlı şirkətin sahibidir. Şirkət 25 min avro nizamnamə kapitalı ilə Hamburq ədliyyəsində HRB 130362 saylı nizamnamə ilə qeydiyyatdan keçib, Hamburqun SORBENSTRASSE 47 ünvanında fəaliyyət göstərir.
Əli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdır
Nail Allahverdiyev

Şirkətin etibarnamə ilə rəsmi təmsilçisi isə Milli Məclis Aparatinin deputat köməkçiləri ilə iş sektorunun baş məsləhətcisi Elnarə Cələbiyevadır. Dövriyyəsi 500 000 - 1.000.000 aralığında olan kompaniyalar sırasına daxil edilən LOHİMEX-in saytında (http://www.lohimex.com) yer alan məlumata görə, şirkət yüklərin daşınmasından əlavə bağçılıq texnikası, alətləri, bitkilərin, kənd təsərrüfatı texnikası və onların ehtiyat hissələrinin, eləcə də tikinti materialları və aksessuarlarının idxal və ixracı ilə da məşğuldur.
Əli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdır
Bundan başqa Elman Allahverdiyev 2015-ci ilin martından 2017-ci ilin avqustuna qədər Almaniyanın Bad Bevensen kurort şəhərində GLORIOUS HOTELS RESORTS GMBH adlı şirkətin, həmin şirkət üzərindən idarə olunan GLORIOUS HOTEL KIEFERNECK otelinin sahibi olub.
Əli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdır
Sənədlərə görə həmin otelin aktivləri 1 milyon avroya yaxın olub. Lakin iki il əvvəl o, əvvəldən yerləri tam bron edilmiş oteli müəmmalı şəkildə qapadıb.
Xatırladaq ki, 1994-cü il təvəllüdlü N.Allahverdiyev idarə etdiyi "Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı VAZ-21015 markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub. Daha sonra maşın binanın fasadına şırpılaraq yanıb. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alıb. Onlar bugünlərdə Türkiyə mediasına açıqlamalarında hələ də sağalmadıqlarını, N.Allahverdiyevin yaxınlarının onları aldatdıqlarını, müalicə olunub ayağa qalxmaları üçün yardım göstərmədiklərini bildirirlər. Qəza 3 avqust 2017-ci ildə baş verib.

Bu il avqusun əvvəlində isə Nail Allahverdiyevin haqqındakı qərar dəyişib. Ali Məhkəmə N.Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin etmişdi. Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2 avqust 2018-ci il tarixli qərarla N.Allahverdiyevin cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Cinayət Məcəlləsinin 263-cü maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərdə təqsirli bilinən şəxslərə verilən azadlıqdan məhrumetmə cəzasının müddəti 5 ilə qədər olanda şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılır. Azərbaycanda müəyyən istisnalarla, məhkumlar demək olar ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində qalmırlar. Cəzanın müddətinin və rejimin dəyişdirilməsinə, N.Allahverdiyevin həbsdən buraxılmasına baxmayaraq, yenə də narazı qalıb. Vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.

Ali Məhkəmə qərarında N.Allahverdiyevin üzərindəki azadlıqdan məhrumetmə cəzasını ləğv edib, şərti cəza verərkən evli, ali təhsilli olması, əvvəllər məhkum edilməməsi, yaşayış yerindən müsbət xarakterizə olması kimi hallara əsaslanıb. Ali Məhkəmə N.Allahverdiyevə şərti cəza təyin edərkən onun üçün 3 il sınaq müddəti müəyyənləşdirib. (criminal.az)Əli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdırƏli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdırƏli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdırƏli Həsənovun kürəkəninin Almaniyadakı biznesi... - "Gelandewagen”lə 2 nəfəri öldürən Nailin atasıdır
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?